Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ərdoğanla Putin Türkiyədə görüşəcək –Çavuşoğlu tarixi açıqladı

Tarix 13.03.18, 20:25

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin "Akkuyu" Atom Elektrik Stansiyasının (AES) təməlqoyma mərasimində iştirak edəcəklər.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) tələbələri və müəllimləri qarşısında çıxış edərkən bildirib.

"Aprel ayının əvvəlində Türkiyədəki ilk Atom Elektrik Stansiyasının təməlqoyma mərasimi olacaq və iki prezident orada iştirak edəcək", – M.Çavuşoğlu deyib.

Onun sözlərinə görə, təməlqoyma mərasimi aprelin 3-4-də keçiriləcək Ali Əməkdaşlıq Şurası çərçivəsində baş tutacaq.

Nazir söyləyib ki, Türkiyə-Rusiya əlaqələri sürətlə inkişaf edir.

Qeyd edək ki, "Akkuyu" AES Rusiya layihəsi üzrə inşa olunur. Layihəyə əsasən, stansiyada hər biri 4800 MVt gücə malik 4 enerji bloku fəaliyyət göstərəcək. Layihənin dəyəri 20 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

AES Mersin vilayətində Aralıq dənizi sahillərində inşa ediləcək. İşlərin 2021-ci ildə başa çatacağı planlaşdırılır/Report.



Xəbərin oxunma sayı : 403




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap