Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Prezidentliyə namizədlərin sayı səkkizə çatıb - SİYAHI

Tarix 17.03.18, 21:28

Font ölçüsü : - / +
bitmap-img6


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Azərbaycan Prezidentliyinə namizədliyi Vətəndaş və İnkişaf Partiyası (VİP) tərəfindən irəli sürülən Əli Əliyevin, prezidentliyə namizədliyini öz təşəbbüsü ilə irəli sürən Tural Abbaslının, prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovun namizədliyinin qeydə alınması məsələsinə baxılıb.

“Report”un xəbərinə görə, namizədlərlə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, həmin şəxslər imza vərəqələrini, namizədin qeydə alınması üçün zəruri seçki sənədlərini MSK-ya təqdim ediblər.

Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən S.Məmmədovun namizədliyinin qeydə alınması məsələsi səsverməyə çıxarılaraq qəbul edilib.

Prezidentliyə namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Tural Abbaslı müəyyən nöqsanlara yol verdiyi üçün onun namizədliyi qeydə alınmayıb.

Vətəndaş və İnkişaf Partiyası (VİP) tərəfindən namizədliyi irəli sürülən Əli Əliyevin də namizədliyi qeydə alınmayıb.

Beləliklə, prezidentliyə qeydə alınmış namizədlərin sayı 8-ə çatıb. Bunlar Prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur.

Qeyd edək ki, MSK 15 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib. Azərbaycanda prezident seçkiləri bu il aprelin 11-nə təyin edilib.



Xəbərin oxunma sayı : 328




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap