Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Natali Qule Saakyanın ABŞ-a səfəri və Qarabağ münaqişəsinin həll yolu haqda

Tarix 19.03.18, 19:32

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "rəhbəri" kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına mane olan mənfi siqnaldır

Bunu Trend-ə açıqlamasında Fransa Senatının Xarici işlər komitəsinin sədr müavini, senator Natali Qule deyib.

O qeyd edib: "Yenə də biz həmişəki problemlə qarşılaşırıq. Bu, hətta Ermənistanın tanımadığı saxta dövlətdir. Beynəlxalq ictimaiyyət reaksiya verməli və belə münasibəti qadağan etməlidir. Biz Saakyanın Fransaya səfərinə mane olmağa çalışdıq, lakin cəhdlərimiz uğursuz oldu".

Xanım N.Qule əlavə edib ki, bu, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan ABŞ-dan göndərilən çox mənfi siqnaldır.

Onun sözlərinə görə, əgər hökumət belə hallarda gücsüzdürsə, o zaman "qondarma dövlət" məsələsi BMT Təhlükəsizlik Şurasına çıxarılmalıdır.

Qeyd edək ki, özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti" kimi təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar olaraq, Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanladığı etiraz notası təqdim edilib.



Xəbərin oxunma sayı : 211




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap