Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Dünyada yeganə olan Türkiyənin qorxulu silahı:gəmilərin qənimi vatoz + VİDEO

Tarix 05.04.18, 4:21

Font ölçüsü : - / +
bitmap-img6


Bir-birinin ardınca hərbi-müdafiə sənayesinin ən müasir məhsullarını hazırlayan qardaş Türkiyə qürurlandırmaqda davam edir.

Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” hərəkatında milli silahların üstünlüyünü nümayiş etdirən Türkiyə silahlı pilotsuz dəniz vasitəsi ilə dünyanı növbəti dəfə heyrətləndirmək niyyətindədir.

AzFakt.com Publika.az-a istinadən xəbər verir ki, Albayrak Müdafiə Sənayesi və Qara Dəniz Texniki Universitetinin əməkdaşlığı nəticəsində ərsəyə gətirilən Vatoz dəniz vasitəsi türk ərazi sularında təhlükəsizliyi təmin edəcək.

Vatoz 3 ay sonra Ankarada keçiriləcək bir mərasimdə təqdim olunacaq. Vatozlar Türkiyənin ərazi sularına müdaxilə edən 10 milyard dollarlıq bir təyyarədaşıyan gəminin altına elektromaqnit təsiri sayəsində yapışa və daşıyacağı bomba ilə onu partlada biləcək gücə sahib olacaq.

Ölçü və formasına görə bir skat balığını (türkcə vatoz adlanır – red.) xatırladan Vatoz dünyada ilk və təkdir.

Suda balina və delfin kimi heyvanların çıxardığı səs xüsusiyyətində olan kriptolu akustik səs dalğaları ilə idarə edilir. Saatda 10 kilometr sürətlə hərəkət edən vatozların hərəkət müddəti 10 saatdır. Elektromaqnit qalxanı ilə dəniz canlılarından özünü qoruya bilər. Dəniz vasitəsi birdəfəlik istifadə üçün nəzərdə tutulub.

Göz hissəsində iki kamerası var və inteqrasiya olunmuş 3 mühərrik sistemi ilə işləyir.






Xəbərin oxunma sayı : 1204




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap