Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Arvadının şöbə müdiri ilə əlaqəsindən şübhələndi, izlədi və... - Ağdaşda DƏHŞƏTLİ OLAY

Tarix 18.04.18, 19:51

Font ölçüsü : - / +
bitmap-img6


Ağdaş rayonunda qətl törətməkdə təqsirli bilinən 1978-ci il təvəllüdlü Pərviz İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Pərviz İsmayılov əvvəllər tanıdığı 1979-cu il təvəllüdlü Elçin Babayevin onun arvadı Günəş Hüseynova ilə Vatsapda yazışmalarından şübhələnib. O, arvadı ilə Elçin Babayevin münasibətlərinin olmasını bəhanə edərək, ikincini öldürmək qərarına gəlib.

Qısqanclıq

Bu məqsədlə Pərviz İsmayılov “münasibətlərinə aydınlıq gətirmək adı ilə 28 dekabr 2016-cı il tarixdə, saat 19.32-də istifadə etdiyi mobil telefonla Elçin Babayevə zəng edib.

Onlar Ağdaş şəhəri “Qəbələ dördyolu” deyilən ərazidə görüşmək barədə razılaşıb. Bundan təxminən 10 dəqiqə sonra Elçin Babayevlə həmin ərazidə görüşən Pərviz İsmayılov onunla Ağdaş rayonunun Dəhnəxəlil kəndinin ərazisində fəaliyyət göstərən, ictimai yer olan “Dəhnə” kafesinə gəlib.

Kafedə görüş

Həmin kafedə əvvəlcədən sifariş etdiyi 2 saylı otaqda Elçin Babayevlə əyləşib, sonuncudan arvadı Günəş Hüseynova ilə nə kimi münasibətlərinin olmasını soruşub. Elçin Babayev Günəş Hüseynova ilə heç bir münasibətinin olmadığını deyib.

Mübahisə və dava

Daha sonra Pərviz İsmayılov Elçin Babayevin ayağa duraraq, onun üzərinə gəlməsini görüb. Onu qorxutmaq məqsədi ilə gödəkçəsinin cibində gəzdirdiyi “Makarov” markalı tapançanı çıxararaq tavana bir dəfə atəş açıb. O, Elçin Babayevin yerində oturaraq söhbətlərinin davam etdirməsini istəyib.

Bu zaman Pərviz İsmayılov Elçin Babayevdən mobil telefonunu ona verməsini tələb edib. Elçin Babayev telefonu ona verməkdən imtina edib. Buna görə aralarında olan münaqişə daha da kəskinləşib.

Qətl

Elçin Babayevin telefonunu verməməsi onun şübhələrinin artmasına səbəb olub. Bu səbəbdən əlindəki tapança ilə Elçin Babayevə 3 dəfə ardıcıl olaraq atəş açıb. Odlu silahdan açılan atəşdən xəsarət alan Elçin Babayev vəfat edib.

İstintaq orqanı tərəfindən Pərviz İsmayılovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə maddələri ilə ittiham elan edilib.

“Gülə-gülə danışdığını gördüm”

Təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz İsmayılov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, hadisədən təxminən 20 gün əvvəl arvadı və qaynı Ziyanın arvadı Ağdaş şəhərin H.Əliyev prospektində yerləşən, adını bilmədiyi gözəllik salonuna gediblər: “Mən də onların salona getdiyini görmüşəm, onların arxasınca getdim. Salonun yerləşdiyi binanın yaxınlığında dayanaraq, onları gözlədim. Bu vaxt Elçin Babayev salonun yerləşdiyi binanın küncündən salona tərəf hərəkət etdiyini gördüm. Sonuncu salona çatmağa bir neçə metr qalmış salondan ilk olaraq qaynım arvadı, ondan 5-10 saniyə sonra isə öz arvadım onun arxasınca çıxdı. Həmin vaxt qaynım arvadı səkidə, arvadım Günəş isə giriş qapısının qarşısında dayandı. Bu vaxt Elçin Babayevin qaynımın arvadına çatmağa az qalmış əlində telefonla gülə-gülə kiminləsə danışa-danışa yerişini yavaşladığını, onların yanına çatmağa 7-8 metr qalanda isə telefonu cibinə qoyduğunu gördüm”.

“Qaynım arvadının dostu ilə münasibətləri olub”

Pərviz İsmayılov bildirib ki, bu vaxt Elçinin hərəkətlərindən onun arvadı ilə münasibət qurmağa çalışdığını hiss edib: “Elçin Babayev sonra onların yanından keçərək, dayanmadan getdi. Sonra qaynım öz maşını ilə gəldi. O, arvadımı və öz arvadını apardı. Onda şübhə doğuran digər səbəb isə qaynım arvadının əvvəllər Elçinin dostu Ceyhun adlı şəxslə sevgili olması və uzun müddət münasibətdə olmaları olub”.

“Arvadımla telefon əlaqəsi olmasından şübhələnmişdim”

Pərviz İsmayılov qeyd edib ki, Elçinin arvadının vəfat etdiyini, onun ayrı-ayrı qadınlarla, xüsusilə də evli qadınlarla münasibət qurduğunu bilib: “Bundan başqa, Elçin məndən bir telefonda iki Vatsap istifadə etməyin mümkün olub-olmamasını soruşmuşdu. Mən də ona cavabımda bunun mümkün olduğunu demişdim. Telefon proqramlarını yaxşı bildiyimə görə Elçinə “əgər istəyirsənsə, telefonu ver sənin telefonuna yükləyim”, - deyə bildirmişdim. Bu vaxt Elçin telefonu mənə uzatmışdı. Telefonu götürmək istəyən zaman Elçin telefonu geri çəkdi, verməyə qorxdu. Həmin ərəfədə Elçinlə arvadım arasında telefon əlaqəsi olmasından şübhələnmişdim”.

“Şübhələrimi daha da artırdı”

Təqsirləndirilən şəxs bildirib ki, bu şübhələrinə görə bir neçə gün müddətində Elçin və arvadının Vatsap proqramına girib-çıxmalarını izləyib: “Həmin vaxt Elçin ilə yoldaşımın eyni vaxtda “online” olduqlarını gördüm. Bu da Elçinə qarşı mənim şübhələrimi daha da artırdı. Ona görə də Elçinlə görüşüb, bu məsələ ilə bağlı onunla söhbət etmək qərarına gəldim. Hadisədən təxminən beş gün əvvəl qardaşıma yoldaşım Günəşin və Ziyanın arvadının başqa biri ilə telefon əlaqəsi olmasından şübhələndiyimi demişdim. Qardaşım məndən şübhələnməyimin səbəbini soruşdu. Mən də yoldaşımın telefonunda Vatsapa daxil olan zaman onun gecə yarısı şəbəkədə olduğunu gördüyümü və bunu bir neçə gün izləyərək, müşahidə etdiyimi söylədim”.

“Dedi ki, bu məsələni böyütmək lazım deyil”

Pərviz İsmayılov bildirib ki, bununla bağlı Günəşin qardaşı Zaurla görüşüb və məsələni ona izah etmək qərarına gəlib: “Ertəsi gün günorta vaxtlarında istifadə etdiyim telefonundan qaynım Zaura zəng edərək, onu evimizə çağırdım. Zaur gəldikdən sonra ona bir neçə gündür bacısını telefonda izlədiyimi, müşahidə edərək, onun kiminləsə Vatsapda yazışdığını, gecə səhərə kimi bu proqramdan istifadə etdiyini söylədik. Sonra qardaşım Zaura “bu məsələni çox böyütmək lazım deyil, ona görə də sən özün bunu öyrənib dəqiqləşdir və bu barədə bir söz de, valideynlərin bunu bilməsin”, - deyə bildirdi. Zaur da bununla razılaşdıqdan sonra getdi. Zaur getdikdən təxminən bir neçə saat keçməsinə baxmayaraq, ondan heç bir xəbər çıxmadı”.

“Qayınanam razı olmadı”

Pərviz İsmayılov bildirib ki, Zaura bir neçə dəfə zəng etsə də, o, telefona cavab verməyib: “Belə olan halda qardaşım mənə Zaurgilin evinə getməyi və bu barədə hər şeyi aydınlaşdırmağı təklif etdi. Sonra qardaşım Elçin ilə birlikdə Günəşin atası evinə getdik. Orada qaynım Zaur, qayınatam və qayınanam ilə birlikdə bu barədə söhbət etdik. Qardaşım onlara Günəşin telefonunu gətirməyi və telefona baxıb, hər şeyi aydınlaşdırmağı təklif etdi. Lakin qaynanam Günəşin telefonunu aldığını və bu gündən etibarən onun telefon işlətməyəcəyini dedi. Sonra qardaşımla birlikdə evdən çıxdıq və öz evimizə gəldik. Evə gəldikdən sonra qardaşım sabah yenidən onların evinə gedib, bu barədə bir daha danışdıqdan sonra hər şeyi aydınlaşdırmağı dedi”.

“And içdi ki, heç kimlə əlaqəsi olmayıb”

Pərviz İsmayılovun sözlərinə görə, qardaşı Elçinə bu məsələdə şübhələndiyi şəxsin kim olması barədə heç nə deməyib: “Ertəsi gün Elçin yenidən Günəşgilin evinə getdi, onun valideynlərindən Günəşin telefonunu istədi. Bu vaxt anası əlində Günəşin telefonunu xırda hissələrə parçalanmış halda yanına gətirdi. Elçin Günəşin istifadə etdiyi nömrəni istədi. Lakin Günəşin ailəsi nömrəni də vermədi. Sonra Günəş təklikdə Elçinlə söhbət etdi və and içdi ki, onun heç kimlə əlaqəsi olmayıb”. 



Xəbərin oxunma sayı : 2098




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap