Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ayselə görə təhqir edilən Sərxan: “Qeyrətsiz...“

Tarix 20.04.18, 21:11

Font ölçüsü : - / +
bitmap-img6


Aparıcı Sərxan Kərəmoğlunun "Evimin qonaqları" verilişində müğənni Aysel Əlizadəni qucağına alması müzakirələrə səbəb olub. 

Axşam.az-ın məlumatına görə, aparıcının ünvanına sosial şəbəkələrdə təhqirlər yazıblar. Buna əsəbiləşən Sərxan onlara cavab verib. 

Kərəmoğlu bildirib ki, onun verilişi 18+ gecə şousudur və istədiyini edə bilər:

“Hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma elə fikir bildirənlər var ki, onlar birbaşa təhqir edirlər. Sözüm onlaradır: siz qeyrətsiz, mənşəyi bəlli olmayan zibillərsiniz. Sizin əxlaqdan xəbəriniz yoxdur. Əgər siz əxlaq görsəniz, müxtəlif portallarda təhqir, söyüş yazmazsınız. 

25 ildir ki, televiziyada çalışıram. Qərəzli fikir və təhqir yazanları gözəl bilirəm. Qonağımın üzündən öpməyim nə zamandan bəri tərbiyəsizlik oldu? Hər kəs, hətta prezidentlər görüşəndə qucaqlaşıb, öpüşürlər. Burada pis nə var? Pislik sizin içinizdədir. Bu 18+ gecə şousudur, film kimi bir əyləncə təqdim etməkdir fikrim. Siz isə rus, türk serallarında "görək öpəcəkmi" deyə, saatlarla oturub gözləyirsiniz. Bizdə nə axtarırsınız: qeyrət? Qeyrət sizdə. Gedin hansısa türk məşhuru gələndə dediyinz qızlarınız, bacılarınız az qala bir əlini toxundursun deyə, özlərini öldürürlər. Hardasınız? Qeyrətiniz haradadı? Nə isə, siz xalq deyilsiz, 300-400 nəfərin fikri xalq demək deyil.
Hər kəs öz payını almasa, rahatlaşa bilmir”.






Xəbərin oxunma sayı : 1066




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap