Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

General haqda hökm qüvvəyə mindi – 10 il 6 ay həbs, rütbə və əmlaklar da alındı

Tarix 20.04.18, 23:36

Font ölçüsü : - / +
bitmap-img6


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinə uzun illər rəhbərlik etmiş general Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Sabiq MTN-çilərin apellyasiya şikayəti təmin edilməyib, Bakı Hərbi Məhkəməsinin onlar haqqında hökmü qüvvədə saxlanılıb.
Həmin hökmə əsasən, E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Onların müvafiq olaraq, general və polkovnik rütbələrinin alınması üçün müvafiq orqanlara təqdimat göndərilməsi də hökmdə öz əksini tapıb. Bundan başqa, E.Quliyevin xeyli əmlakı müsadirə olunub.

Əməliyyatlar, agentura vəs . üçün büdcədən ayrılmış vəsaitlərin mənimsənilməsi ittihamı ilə əlaqədar MTN-in bazasında yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinin qaldırdığı 7 milyonluq mülki iddia da təmin olunub.
E.Quliyev və A.Mehdiyev Cinayət Məcəlləsinin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 181 (quldurluq), 182 (hədə-qorxu ilə tələb etmə), 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, 311-ci (rüşvət alma) maddələri ilə təqsirli biliniblər.
Lakin onlar özlərini təqsirli bilmirlər.



Xəbərin oxunma sayı : 364




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap