Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Milyardlıq sərvət və nüfuz savaşında “Bakı payı”: - Kürd klanı “tacı” uduzur

Tarix 11.05.18, 14:38

Font ölçüsü : - / +
bitmap-img6


Kriminal aləmin tanınmış "generalları" siyahısında yezidi kürdləri üstünlük təşkil edir. Cebhe.info xəbər verir ki, yezidi kürdləri "oğru aləmi”ndə həmişə söz sahibi olub. Onların ən tanınmış nümayəndələri mərhum “Ded Xasan” ləqəbli Aslan Usoyan və hazırda həbsdə olan “Kürd Şakro” ləqəbli Zaxari Kalaşovdur. Ded Xasan və Kürd Şakro eyni millətin nümayəndələri olmaqla yanaşı, eyni cərgədə “savaşırdılar”.

Onlar hələ ötən əsrin 90-cı illərindən etibarən birgə işləməyə başlamışdılar. Məhz Ded Xasanın ölümündən sonra onun kriminal “tac”ının da Kürd Şakronun başına qoyulacağı bildirilirdi.

Sovet qanunlarını kölgədə qoyan “orğu” qanunları

Aslan Usoyan "qanuni oğru" statusunu 26 il əvvəl almışdı. O zaman hələ Sovet hakimiyyəti idi və “oğru dünyası"nın öz qanunları vardı. İndi bu qanunlarda çox şeylər dəyişib. 60-cı illərin əvvəllərində status alan Ded Xasan sonralar da dəfələrlə mühakimə edildi.

SSRİ dönəmində də “kriminal imperiya”da kürdlər nüfuz sahibi idilər. Usoyan barədə deyirdilər ki, Uralın bütün həbsxanaları onun nəzarətindədir. O zaman klana qohumu Timur Mirozyev (Tbilisski) də daxil idi və Sverdlovsk üzrə nümayəndə təyin olunmuşdu.

1980-cı illərin sonundan 90-cı illərin sonuna qədər Ded Xasan nəzarət arealını kifayət qədər genişləndirdi. Artıq bura Çelyabinskdən Zlatoust, Aşağı Tiqil də daxil edilmişdi.

Kürd klanı hər yerdə kök atmağa başlamışdı. Ona gənc cinayətkar dəstələr, kooperativlər, gizli sex sahibləri, narkotik satıcıları haqq ödəyirdilər.

Gürcü-abxaz savaşı və PKK-ya yedirilən milyonlar

Ural regionuna narkotik Özbəkistan paytaxtından gətirilirdi, Usoyanın da bunda əməyi danılmazdır. O, Daşkəndlə birbaşa əlaqələrə malik idi və onlardan bacarıqla istifadə edirdi.

Bu o zamanlar idi ki, Şimali Qafqaz xüsusi diqqət mərkəzində idi. Deyirdilər ki, bu ərazi həmin klanın uzantılarının olduğu yerdir. Kislovodsk, Minvod, Krasnodar, Soçi- hər yerdə kriminal işləri Ded Xasan aparırdı. Hətta məlumatlar var ki, gürcü-abxaz münaqişəsində abxaz tərəfini Usoyan maliyyələşdirirdi. 90-cı illərin əvvələrində Ded Xasan klanı hətta münaqişə tərəfini maliyyələşdirəcək qədər sərvətə sahib idi və bunu heç kəsdən gizlətmək də mümkün olmurdu. Həmin dövrdə Türkiyə və İspaniya mətbuatında bir -birinin ardınca Ded Xasan klanının PKK silahlılarına pul verdiyinə dair məlumatlar yayılırdı. Bunları da heç kəs təkzib etmirdi.

SSRİ paytaxtında kürd klanını ittifaqın nüfuzlu "oğru"su Raf Svo təmsil edirdi. Ukraynda kürd klanı Valeri Kuxilavanın (Antimos) rəhbərliyində işləyirdi.

Bankdan mərc oyunlarınadək

1990-cı illərdə Uralda yerli mütəşəkkil dəstələr arasında ciddi qarşıduma başlamışdı. Bir neçə il davam edən bu qarşıdurmada Usoyanın xeyli adamı həlak oldu.

Ancaq ölən hər bir adamı Ded Xasanı nəinki zəiflədir, əksinə gücünə güc qatırdı. 90-cı illərin ortalarında hətta Ded Xasanın nəzarətindəki ərazilər sırasına Pribaltika, İsrail, Qərbi Avropa da daxil olmuşdu. Usoyan və Kürd Şakronun etibarlı adamları təkcə çoxlarının güman etdiyi kimi belində tapança gəzdirən, sağa-sola atəş açan kriminallar deyildi. Onların arasında bank strukturları, mərc oyunları və biznesin digər qollarının nümayəndələri vardı.

Restoranda atılan güllələr və Lənkəranski izi...

Nəhayət, 2013-cü il yanvarın 16-da bu imperiyaya son qoyulması üçün güllələr işə düşdü. Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində məşhur kriminal avtoritet, “Ded Xasan” ləqəbli Aslan Usoyan qətlə yetirildi. Hadisədən dərhal sonra Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsindən bildirdilər ki, sui-qəsd Povarsk küçəsində olub və Ded Xasan xəstəxanaya aprılsa da həyatını xilas etmək mümkün olmayıb. Beləliklə, Ded Xasanın imperiyasını idarə etdiyi restoranda da həyatına son qoyulub. Bu qətldə azərbaycanlı “oğru” Rövşən Lənkəranskinin adı hallanırdı. Ded Xasanın “ulduzu” Lənkəranski ilə heç vaxt barışmamışdı və “oğru aləmi”ndə bu, ölüm səbəbi olmaq üçün kifayət idi. Sonrada Lənkəranski özü də İstanbulda qətlə yetirildi və onun ölümünü də Ded Xasanın intiqamı kimi adlandıranlar az olmadı. Amma elə sirlər var ki, onlar açılmaq üçün deyil... 

18 yaşından özünü taxta hazırlayan “oğru”

Ded Xasandan sonra kriminal “tac”ın Kürd Şakronun başına qoyulacağını düşünənlər çox idi. 1953-cü il martın 20-də Tiflisdə anadan olan bu yezidi kürdü imperiyanın başına keçməyə özünün haqlı olduğunu hesab edirdi. Əvvəllər də, daha sonra İspaniyada həbsxanasında özünü bu gün üçün hazırlamışdı. 18 yaşında SSRİ-nin cinayət aləminə daxil olan və oradan bir daha çıxa bilməyən Kürd Şakro Ded Xasanın sınanılmış adamı idi. Həyatı boyu ona “qanuni oğru” adı verən Avdo Mirzoyevin “ümidlərini doğrultmuşdu”. Bu o şəxs idi ki, Stalinin həbsxanalarını görməsiylə də fəxr edirdi və 1971-ci ildə “kriminal dünyaya”ya Kürd Şakronu “bəxş etdi”..

İlk və 20 milyonluq son ...

Rusiya hüquq-mühafizə orqanlarının məlumatlarında Kürd Şakronun adı “kriminal aləmin generalı” deyə qeyd olunur. Və bu, ilk belə hadisədir. Müxtılif ara ilə “Solntsev”, “İzmaylovski” və “Bratski” kimi kriminal qruplaşmalara rəhbərlik edib. Qeyri-leqal mərc oyunlaır, kazino biznesi, narkotik və silah alveri ilə məşğul olduğu deyilir. Rusiyada üç dəfə mühakimə olunandan sonra 2003-cü ildə Tariel Oniani ona İspaniya yolunu açıb. Burada “11-lərin klanı” adlı gürcü-rus mafiyasına rəhbərlik edib. 2005-ci ildə İspaniya polisi Rusiya mafiyasına qarşı geniş əməliyyat keçirib və bir neçə “qanuni oğru” həbs olunub. Şakro qısa müddətliyə də olsa canını həbsdən qurtara bilib. Ancaq bu azadlıq 2006-cı ilə qədər sürüb. Həmin ilin mayında Birləşmiş Ərəb Əmirliklərində həbs edilərək İspaniya hökumətinə təhvil verilib. İspaniyada “çirkli pul”ların yuyulması ittihamı ilə mühakimə edilən Z.Kalaşovun mühakiməsi uzun müddət davam edib. Uzun araşdırmalardan sonra - 2010-cu ilin iyununda Madrid məhkəməsi Kalaşovun 7 il azadlıqdan məhrum edilməsi və 20 milyon avro cərimə olunması barədə qərar çıxarıb. Həbsini başa vurduqdan sonra Rusiyaya gələn (heç kəs, hətta Rusiya hökuməti də ondan 20 milyonu necə ödədəyini soruşmadı- müəllif) Kürd Şakro burda da uzun müddət azadlıqda qala bilməyib.

Səhər yeməyi əvəzinə polislər

FTX və DİN Kalaşovu 13 iyul 2016-cı ildə, səhər yeməyinə hazırlaşarkən həbs etdi. Az sonra mətbuatda Kalaşovun saray kimi malikanəsinin görüntüləri yayıldı. Ardınca Moskvanın Nikulin rayonunun məhkəməsi Şakro Molodoy və Kürd Şakro ləqəbli “qanuni oğru” Zaxari Kalaşovu 9 il 10 ay müddətinə azadlıqdan məhrum etdi.

O, cəzasını ağır rejimli cəzaçəkmə müəssisəsində çəkir. Məhkəmə Şakro Molodoy və onun 11 cinayət ortağını hədə-qorxu yolu ilə pul tələb etməkdə günahlandırıb.

Kalaşovun köməkçisi, “İtalyan” ləqəbli Andrey Koçuykova cəzasını ağır rejimli koloniyada çəkməklə 8 il 10 aylıq həbs cəzası verilib. “Qanuni oğru”nun digər yaxın adamı, "Rusiya Desantlar İttifaqı"nın vitse-prezidenti Batır Bekuradov 9 il 4 ay cəza alıb. Digər 9 nəfər uzunmüddətli azadlıqdan məhrumetmə cəzası alıb.

Məhkəmə hədə-qorxu yolu ilə pul tələbetmə ittihamı üzrə günahlandırılanların işinə iki epizod üzrə baxıb. Birinci epizodda zərərçəkmiş tərəf Elements restoranının sahibi Janna Kim, digər epizodda isə sahibkar Lev Qaramovdur.

Hər iki halda quldurlar Şakro Molodoyun rəhbərliyi altında hərəkət ediblər.

Bakı “sxodka”sı və başdan düşən “tac”

Kürd Şakronun adı hətta Bakı ilə bağlı bəzi məqamlarda çəkilib. Belə ki, o, İspaniyada həbs edildikdən sonra dəyəri milyonlarla dollarla ölçülən biznesinə nəzarət uğrunda Tariel Oniani və “Ded Xasan” klanı mübarizəyə başlayıb. Bu biznesin sırasında hətta Bakıdakı bəzi mənbələr də vardı. Hətta mətbuatda yayılan məlumata görə, İspaniya həbsxanasında saxlanıldığı zaman Kürd Şakro öz adamını biznesin vəziyyətini yerində dəyərləndirmək üçün gizli şəkildə Bakıya göndərib. Rusiya mətbuatı da bu barədə yazmışdı ki, şəxs Bakıda avtomobil biznesinə nəzarət uğrunda savaşa son qoymalı idi. Çünki bu biznesə həm də Tariel Oniani iddia edirdi və qüvvəsi heç də az deyildi. Hətta bəzi mətbuat orqanları daha da irəli gedərək Bakıda keçirilən “sxodka”dan da yazırdılar. “Sxodka”nın 2008-ci ildə keçirildiyi, ancaq nəticəsiz başa çatdığı vurğulanırdı. Məlumatlarda Bakıya gələn “kriminal general” “Krasnodar Bilo”nun adı çəkilirdi. İndi siə Zaxari Kalaşov həbsxanadadır və “tac” başqasına tərəf aparılır. Bu şəxsin kim olacağı, kürd, slovyan, yoxsa azərbaycanlı klanını təmsil edəcəyi isə “kriminal aləm”də dəngələri dəyişdirə bilər. 



Xəbərin oxunma sayı : 760




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap