Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycan millisinin üzvü Lənkəranskinin adamlarını güllələdi - ŞOK VİDEO

Tarix 12.05.18, 4:16

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, martın 30-na keçən gecə Ukraynanın Xarkov şəhərində yerləşən "Ağdam” restoranının qarşısında kalaşnikov avtomatından atəş açaraq bir Azərbaycan vətəndaşının ölümünə səbəb olan killerlər saxlanılıb.

Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, onlardan biri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Haqverdi Yusifovdur. Kriminal aləmdə "Malış Dnepr” ləqəbi ilə tanınan Yusifov Moldova üzərindən Ukraynadan Türkiyəyə qaçarkən saxlanılıb.

Saxlanılan digər 32 yaşlı şəxsin azərbaycanlı olduğu dəqiq bilinsə də, adı hələlik məlum deyil. Sözügedən şəxslər barədə 72 saatlıq həbs qərarı çıxarılıb. Onlar yerli hüquq-mühafizə orqanları tərəfindən Ukraynaya təhvil veriləcək.

Qeyd edək ki, silahlı hücum edənlərin "Lotu Quli” ləqəbi ilə tanınan "qanuni oğru” Nadir Səlifovun briqadasının üzvləridir. Haqverdi İsayevin hətta bir müddət əvvəl "Lotu Quli” ilə birlikdə çəkilmiş şəkili də yayılmışdı.



Xatırladaq ki, "Ağdam” restoranından çıxan bir qrup qafqazlı restoranın qarşısında dayanmış avtomobildəki silahlı şəxslər tərəfindən atəşə tutulub. Avtomobildə 4 nəfər olub. Onlardan ikisi kalaşnikov avtomatı ilə restorandan çıxanlara yaylım atəşi açıb. Bu zaman Azərbaycan vətəndaşı, Xarkov bazarlarının birində ticarətlə məşğul olan 32 yaşlı İsmayılov Zaur Əziz oğlu ölüb. Əvvəllər qətlə görə məhkum edilmiş Gürcüstan vətəndaşı isə yaralanıb. Hücuma məruz qalanlar isə 2016-cı ildə İstanbulda qətlə yetirilən Rövşən Lənkəranskinin tərəfdarları olub.






Xəbərin oxunma sayı : 955




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap