“Diriliş Ərtoğrul”un məşhur aktyoru FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ Şəbnəm Tovuzlunun elə bir fotosu internetə sızdı ki, hər yerdə onu sildirir- FOTO Həyat yoldaşına 300 minlik avtomobil aldı Kənan Doğulu Bakıda konsert verdi
Axtar
 
  • / Maqazin / — 27 May 2018

    “Diriliş Ərtoğrul”un məşhur aktyoru FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

  • / Maqazin / — 21 May 2018

    Şəbnəm Tovuzlunun elə bir fotosu internetə sızdı ki, hər yerdə onu sildirir- FOTO

  • / Maqazin / — 20 May 2018

    Həyat yoldaşına 300 minlik avtomobil aldı

  • / Maqazin / — 20 May 2018

    Kənan Doğulu Bakıda konsert verdi

  • / Maqazin / — 18 May 2018

    Elgiz əməkdar artistin görünüşünü lağa qoydu

  • / Maqazin / — 17 May 2018

    Məryəm libası ilə ulduzları geridə qoydu - Foto

Natiq Cəfərli:“Bölgədə müharibə başlasa neft 100 dolları keçəcək”

Tarix 14.05.18, 14:38

Font ölçüsü : - / +
bitmap-img6


“Bank of America Merrill Lynch” investisiya bankı gələn il dünya bazarında xam neftin 1 barelinin qiyməti 100 ABŞ dollarına çata biləcəyini bəyan edib.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan–a deyib ki, son günlər neft qiymətlərinin gələcəyi ilə bağlı bir-birinə əks proqnozlar verilir: “Hazırda neft bazarında qeyri-sabitlik var. Məsələn nüfuzlu “Fitch” agentliyi İrana sansksiyaların tətbiq olunmasına baxmayaraq, dünya bazarında neftin qiymətinin düşəcəyini proqnozlaşdırır. Son illərdə ilk dəfə olaraq neft bazarında çox ciddi qeyri-müəyyənlik yaranıb. OPEK və Rusiya anlaşması bazarda müəyyən balans yaratmışdı.  “Bank of America Merrill Lynch”-in proqnozu sırf İran sanksiyaları ilə bağlıdır. Belə bir ehtimal da var ki, İran neft bazarından tamamilə sıxışdırılıb çıxarılacaq. Düşünürəm ki, neft qiymətlərinin indiki maksimal hədləri bir müddət davam edəcək. Əgər bölgədə böyük müharibə olsa, burada Səudiyyə Ərəbistanı və İran iştirak etsə neftin qiyməti 100 dolları da keçəcək. Qiymətlər əsasən siyasi risklərdən asılı olacaq”.

ABŞ prezidenti Donald Tramp İranla “altılıq” dövlətlərinin 2015-ci ildə, əvvəlki prezident Barak Obama dövründə bağlanan nüvə sazişi müqaviləsindən Vaşinqtonun çıxdığını bəyan edib. Yaranmış situasiyada isə neftin qiyməti daha da bahalaşır.



Xəbərin oxunma sayı : 238

loading...

İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda