Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Cəmil Həsənli ilə “Meydan” TV arasında qalmaqal –Milli Şura sədri sensasiyalı ittihamlar səsləndirdi

Tarix 16.05.18, 16:19

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Konqresinin Helsinki Komissiyasında qalmaqalla nəticələnən brifinqdən sonra internet üzərindən yayımlanan “Meydan” TV və Milli Şura (MŞ) arasında qarşılıqlı ittihamlar dərinləşib.

Xatırladaq ki, brifinqdə iştirak edən “Meydan” TV-nin direktoru Emin Milli Azərbaycanda ənənəvi müxalifətin siyasi meydandan geri çəkilməli oludğunu deməklə yanaşı, hökumətin təzyiqlərinə məruz qalan siyasi qüvvələr arasında bu düşərgədən olanların heç birinin adını çəkməyib. Onun ReAL Partiyasının imkanlarını qabartması MŞ üzvlərini qəzəbləndirib.  Şura rəhbərliyi Emin Millini qərəzli, obyektiv olmamaqda ittiham ediblər.

“Meydan” TV-nin əməkdaşı Orxan Məmmədin “Facebook”da Milli Şura sədri Cəmil Həsənlinin ünvanına yazdığı fikirlər isə sanki odun üstünə yağ töküb. O.Məmməd yazıb:  “Milli Şura üzvləri təkcə son 6 ayda “Meydan” TV-də yayımlanan 30-dan çox veriliş və reportajda söz sahibi olublar. Şəxsən Əli Kərimli elə həmin müddət ərzində “Meydan” TV-də saatlarla canlı yayımlarda danışıb, heç bir senzurasız. İndi Cəmil Həsənli bəy Emin Milliyə əsəbindən yazıb ki, “Son vaxtlar “Meydan” TV-də Milli Şuraya məhdudiyyət qoyulur”. Bunu demək ən azı sizin üçün ayıb olmalıdır, Cəmil bəy. Axı, bu boyda komandanın haqqını tapdalamaq olmaz, Emin də öz çıxışına başlayanda dedi ki, mən burada media rəhbəri kimi yox, Azərbaycan vətəndaşı kimi danışacam. Direktorumuzu nə qədər tənqid edirsiniz edin, buna 2-3 gündür heç qarışmırıq da. Amma “Meydan” TV-nin komandasına edilən haqsızlığa göz yuma bilmərəm. Yəqin ki, Cəmil bəy sadəcə çox yorulub AXC-nin 100 illiyi ilə bağlı gördüyü işlərdən, yoxsa, qocaman tarixçidə bu qədər aqressiya normal deyil, deyə düşünürəm”.

Milli Şura sədri jurnalistin həmin statusuna dərhal reaksiya verib. Cəmil Həsənli cavabında yazıb: “Orxan bəy, bu, “ayıb” ifadəsini işlətmək sizin üçün hələ tezdir. Amma bir halda özünüzə rəva görmüsünüzsə, ayıb bunu demək deyil, ayıb “Meydan” TV-nin aparıcılarına belə göstərişlər verməkdir. Bir para digər ayıb olan məsələlər də var ki, ümumilikdə faydalı işlər görən “Meydan” TV-nin nüfuzuna xələl gətirməmək üçün onlara toxunmağı məsləhət bilmirəm”. C.Həsənli sonuncu cümləsində vurduğu  eyhama daha sonrakı şərhində aydınlıq gətirib:

“Yaxşı, əgər siz xatırlamadınızsa, buyurun, mən xatırladım. Bir müddət əvvəl Aytən xanım (TV-nin aparıcısı Aytən Mürsəliyeva – red) Milli Şuranın rəhbərliyində təmsil olunan Gültəkin xanım Hacıbəylini təkidlə canlı yayıma çağırdı. Lakin efirə 15 dəqiqə qalmış, “Meydan” TV-dən bir xəbər olmadığı üçün Gültəkin xanım özü Aytən xanıma zəng edib hazır olduğun bildirib. Aytən xanım isə bildirib ki, planlar dəyişib və mənlik deyil. Ən azından, etika xatirinə, dəvət etdiyiniz adama zəng edib bu dəyişiklik barədə məlumat verməli deyildinizmi? Bəlkə, araşdırıb deyəsiniz, həmin gün efirə kim çıxdı və Gültəkin xanımı canlı yayımdan kim uzaqlaşdırdı? Əgər bu fakt yetərli olmasa, digərlərini də xatırlada bilərəm. Məncə, yetərli olması daha məqsədəuyğundur”.

Milli Şura sədri bu cavabla kifayətlənməyib “Meydan” TV əməkdaşının onun ünvanına səsləndirdiyi “ayıb” ifadəsinə “Facebook”da ayrıca status həsr edib və internet televizyasının onun rəhbərlik etdiyi quruma qarşı qərəzli olduğunu iddia edən daha bir ittiham irəli sürüb. Cəmil Həsənli yazıb:  “Dostlar! “Meydan” TV-nin əməkdaşı Orxan Məmməd bəy bizə qarşı bir yazı paylaşmışdı və aramızda kifayət qədər yaş fərqi olmasına baxmayaraq, yazısında təhqir elementləri var idi. Mən ona bundan çəkinməyi məsləhət etdim və xatırlatdım ki, ayıb belə şeyləri demək deyil, ayıb tərəfsiz, qərəzsiz, obyektivliyə iddialı bir media qurumunda Milli Şura və Xalq Cəbhəsi rəhbərliyinin proqramlara çağırılmaması haqqında aparıcılara göstərişlər verməkdir. Orxan bəy bildirdi ki, “bu ittihamdır, sübut gərəkdir, sübut olmasa, böhtandır”. Mən də sübut qoydum ortaya. Lakin dünəndən bəri Orxan bəy nə üzrxahlıq edib, nə də münasibət bildirib. Görünür, sübutumuz yetərli olmayıb. Əlavə sübuta ehtiyac var. Buyurun, onu də təqdim edək. Hələ tanınmış telejurnalist Sevinc Osmanqızı “Meydan” TV-də çalışanda rəhbərlik tərəfindən ona bildirilib ki, Milli Şura və Xalq Cəbhəsinə bu media qurumunda moratorium, yəni qadağa qoyulub, əlavə edilib ki, bu, bizim media siyasətidir və onu pozmaq olmaz. Əli Kərimli ilə apardığı bir video müsahibəyə görə jurnalistə irad bildirilib və ona moratoriumu pozmamaq barədə xəbərdarlıq edilib. Bəzi dostlar unudurlar ki, “Meydan” TV onların öz vəsaitləri hesabına deyil, demokratik qurumlardan aldıqları qrant vəsaitləri hesabına fəaliyyət göstərir. Həmin təşkilatlar qarşısında media qurumunun ayrıseçkilik etməmək, tərəfsiz, qərəzsiz, obyektiv media siyasəti yeritmək barədə öhdəlikləri var. Son vaxtlar belə məqamlarda bizə necə davranmağı tez-tez xatırlatmağa çalışan məşhur media təmsilçilərindən, tərəfsiz qələm sahiblərindən soruşuram: belə faktlar açılandan sonra diskriminasyadan uzaq, tərəfsizliyə, qərəzsizliyə, obyektivliyə iddia edin bir mətbuat orqanı necə hərəkət etməlidir?!”.

Bu statusa isə “Meydan” TV-nin əməkdaşı Sevinc Vaqifqızı cavab verib. O yazıb: “Cəmil bəy, mən də bunları yazmaq istəməzdim, amma siz bu yazınızla məcbur etdiniz. Özünüzdən müsahibə alıb Sevinc Osmanqızına göndərmisiniz. Bu da elə təqdim olunub ki, guya Sevinc Osmanqızı sizdən müsahibə alıb. Müsahibə ilə bağlı şübhələr yarananda Sevinc xanım etiraf edib ki, siz ona hazır müsahibə göndərmisiniz və o da “Meydan”a yönəldib. Bundan sonra belə halların baş verməməsi üçün ona xəbərdarlıq edilib. Siz yəqin bilirsiniz ki, bizim işimiz sual verməkdi, öz-özündən müsahibə alıb göndərən adamları yayımlamaq deyil. Bu hərəkəti də heç sizə yaraşdırmamışdım. Fikirləşirəm ki, kifayət qədər savadlı və hazırcavab şəxssiniz və “Meydan”ın sualları qarşısında heç də aciz qalmazdınız. Biz hökumət mediası deyiliksə, o demək deyil ki, sizin media olmalıyıq, sizin təbliğatınızı aparmalıyıq. Jurnalist xəbərə dayanıqlı işləyir. Xəbər də hadisədən yaranır. Evinizdə oturub hər gün sizdən müsahibə, şərh alınmasını gözləyə bilməzsiniz. Hərəkətiniz varsa, sizi narahat edib efirə qoşacağıq, yox, yoxdursa, sizin və tamaşaçının vaxtını almayacağıq”.

Turqut

Strateq.az



Xəbərin oxunma sayı : 415




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap