Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Qubada 3 azərbaycanlı alpinist niyə həlak oldu? – Alim səbəbini açıqladı

Tarix 23.05.18, 2:40

Font ölçüsü : - / +
bitmap-img6


Qubada alpinistlərin meyitlərinin tapıldığı ərazidə qar uçqununun baş verməsi gözlənilən haldır.

Bunu özəl olaraq “Trend”ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, alpinistlərin meyitlərinin tapıldığı ərazidə qar uçqunu həmişə baş verib və bu ərazi üçün uçqunun baş verməsi normal haldır:

“Onların ikisinin meyiti 4 metr dərinlikdə olan qarın altında – çadırın içində, birinin meyiti isə çadırın yaxınlığında tapılıb. Onlar yalnız qar uçqununun altında qalaraq ölə bilərdilər. Alpinistlərin çadır qurmaq üçün seçdiyi ərazidə qar uçqunu həmişə baş verir. Ona görə də alpinistlər çadırlarını dərənin içində deyil, daha hündür yerdə qurmalı idilər ki, qar uçqunu olarsa, onlara təsir etməsin”.

M.Həsənov əlavə edib ki, Böyük Qafqaz dağlarının ən yüksək hissələri olan Bazardüzü, Bazaryurd, Tufandağ və Şahdağda çox tez-tez qar uçqunları baş verir:

“Həmin qar ucqunları çox böyük qar kütləsinin zirvədən aşağıya doğru böyük sürətlə axmasına səbəb olur. Qarın toplaşdığı belə yerlərdə qarın hündürlüyü daha yüksək olur”.

Qeyd edək ki, ötən il dekabrın 23-də “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü – Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkar edilib.

Meyitləri tapılan alpinistlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində xüsusi komissiya yaradılıb.





Xəbərin oxunma sayı : 496




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap