Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanda böyük nar emalı kompleksi tikiləcək- Kompleks sənaye parklarından birində inşa edilə bilər

Tarix 27.05.18, 15:57

Font ölçüsü : - / +
bitmap-img6


2019-cu ildə Azərbaycanda nar məhsullarının istehsalı üçün böyük bir kompleksin tikilməsi planlaşdırılır.

Bunu Trend-ə Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov bildirib.

F.Qaraşov bildirib: “Bizim assosiasiyamızın bir neçə üzvü artıq iş planı hazırlayıb. Onun tərtibi üçün xarici konsaltinq və audit şirkətləri cəlb olunub. Biznes plan artıq Azərbaycan İqtisadiyyat Nazirliyinə təqdim olunub və biz müsbət cavab gözləyirik. Layihə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə maliyyələşdirilə bilər”.

Sədrin sözlərinə görə, kompleks Azərbaycanın sənaye parklarından birində inşa edilə bilər.

“Kompleksin 4 müəssisədən ibarət olacağı gözlənilir: nar şirəsi, konsentrat, toxum və nar qabığı emalı üzrə. Biznes plana əsasən kompleksin ümumi dəyəri 25 milyon manat təşkil edir. Tikintiyə 2019-cu ildə başlamaq, 2021-ci ildə isə onu yekunlaşdırmaq planlaşdırılır”, – deyə birliyin rəhbəri bildirib.

Qaraşovun sözlərinə görə, nardan alınan məhsulların növlərini artırmaq vacib məsələdir: “Bu, həmin sahədə ixrac potensialının artırılmasına kömək edəcək. Nardan şirələr, spirtli içkilər, narşarab almaq mümkündür. Nar qabığı və toxumlarından alınan yağ, kosmetoloji və əczaçılıq istehsalında istifadə olunur. Yəni qalığı olmayan məhsuldur “.

Xatırladaq ki, Nar Məhsulları İstehsalçıları və İhracatçıları Birliyi 31 oktyabr 2016-cı il tarixində yaradılıb.



Xəbərin oxunma sayı : 553




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap