Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Çempionatın 2-ci günü –Bu gün hansı komandalar üz-üzə gələcək?

Tarix 15.06.18, 16:33

Font ölçüsü : - / +
bitmap-img6


İyunun 15-də Rusiyada keçirilən futbol üzrə dünya çempionatının ikinci günündə üç görüş keçiriləcək.

Günün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq ilk oyununda “A” qrupunda yer alan Misir və Uruqvay milliləri üz-üzə gələcəklər. İki dəfə dünya çempionu olan (1930 və 1950) Uruqvay yığması indiyədək 12 mundialda çıxış edib.

Misir yığması isə 1934-cü və 1990-cı illərdəki mundiallardan sonra üçüncü dəfədir dünya çempionatlarında iştirak hüququ qazanıb.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq ikinci qarşılaşma “B” qrupunda yer alan Mərakeş və İran milliləri arasında oynanılacaq. “Rusiya 2018” sonuncu dəfə mundialda 20 il əvvəl təmsil olunan Mərakeşin qatıldığı beşinci dünya çempionatıdır. Mərakeşlilər 1986-cı ildə səkkizdəbir finala yüksəlməyi bacarıblar.

İndiyədək dörd dəfə dünya çempionatlarında çıxış edən İran yığması onların hamısında mübarizəni qrup mərhələsində dayandırıb. Günün sonuncu görüşündə çempionatın favoritlərindən sayılan İspaniya və Portuqaliya milliləri qarşılaşacaqlar.

2010-cu ildə dünya çempionatının qalibi olan İspaniya yığması 15-ci dəfədir mundialda çıxış edir.

İndiyədək altı dəfə dünya çempionatına qatılan Portuqaliya yığması 1966-cı ildə üçüncü, 2006-cı ildə isə dördüncü yeri tutub. 1966-cı ildəki mundialda Portuqaliya futbolunun əfsanəsi Eysebio 9 qolla bombardir olub. Qeyd edək ki, bütün görüşlər İdman Azərbaycan kanalı ilə birbaşa yayımlanacaq.

 



Xəbərin oxunma sayı : 472




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap