Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İlon Mask sürətli yeraltı nəqliyyat sistemi inşa edəcək – VİDEO

Tarix 16.06.18, 18:47

Font ölçüsü : - / +
bitmap-img6


İlon Maskın “The Boring Company” şirkəti Çikaqo hava limanı ilə şəhər mərkəzi arasında sürətli yeraltı nəqliyyat sisteminin tikintisi üzrə tenderin qalibi olub.

“Report” “Chicago Tribune” nəşrinə istinadən xəbər verir ki, Mask tərəfindən irəli sürülən layihə 16 sərnişinlik pilotsuz vaqonlardan istifadəni nəzərdə tutur.

Vaqonlar diametri 4 metrdən bir qədər çox olan yeraltı tunellərlə saatda 160 km-dən çox sürətlə hərəkət edəcək.

Aeroport və şəhər mərkəzi arasında olan yola 12 dəqiqə sərf olunacağı ehtimal edilir. Hazırda metro vasitəsi ilə eyni məsafəni 40 dəqiqəyə getmək mümkündür.

“The Boring Company”nin hesablamalarına görə, vaqonlar hər yarım dəqiqədən bir yola çıxacaq və saatda 2 min nəfərə yaxın sərnişin daşımaq iqtidarında olacaq.

İnşaat işlərinin dəqiq nə zaman başlanacağı tarix bilinmir. Layihənin dəyəri təqribən 1 milyard dollara yaxındır.






Xəbərin oxunma sayı : 601




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap