Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Gördüklərimdən dəhşətə gəldim, hamı bir-birinə borcludur, icra başçıları isə…” – Qubad İbadoğlu

Tarix 20.06.18, 1:06

Font ölçüsü : - / +
bitmap-img6


“Bayram günü Tovuzdaydım, elə bil ki, Azərbaycana deyil, başqa ölkəyə səfər etmişdirm. Rayonlarda əsl natura iqtisadiyyatı formalaşıb. Gördüklərimdən və eşitdiklərimdən dəhşətə gəldim”.

AzFakt.com xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu Feysbuk-dakı şəxsi səhifəsində yazıb.

O bildirib ki, Bakıda Mərkəzi Bank 200 manatlıq əskinas dövriyyə buraxır, amma bölgələrdə əhali dolana bilmir, qonşular hətta bir-birindən 1-2 manat borc istəyir və ya da aralarında natural formada mal mübadiləsi aparır: “Hamı bir-birinə və banklara borcludur. Tovuzda, Qazaxda, Ağstafada, Şəmkirdə, Gədəbəydə əksəriyyət gözləyir ki, kartof yetişsin, satıb, borclarını ödəsinlər. Kartofun kilosu isə hazırda 20 qəpikdir. Cəlilabad və Masallı kartofunun topdansatış qiyməti bundan da ucuzdur”.

Qubad İbadoğlu yazıb ki, bu hal yalnız Qərb bölgəsinə xarakterik deyil, mərkəzdə, cənubda, Aranda, Mil-Muğanda son aylar əlverişsiz keçən hava şəraiti taxıl sahələrini və meyvə bağlarına ciddi ziyan vurub: “Yerli icra hakimiyyətlərinin inhisarında olan aqro-lizinqlərdən kombaynları icarəyə götürə bilməyən kəndlilər taxıllarını vaxtında biçə bilmədiklərindən mayalarını belə batırmaqdadırlar. Bütün bunlar da pis idarəçiliyin, inhisarçılığın və korrupsiyanın nəticəsində baş verir. Bir tərəfdə kəndliyə kombayn verməyən mülkədar icra hakimləri, digər tərəfdə də əlverişsiz hava şəraiti aqrar sahəni bərbad günə qoyub”.



Xəbərin oxunma sayı : 1018




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap