Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

3 kiçik dövlət müəssisə və obyekti, 5 maşın, 12 qeyri-yaşayış sahəsi satıldı – Komitədə hərrac keçirildi

Tarix 20.06.18, 20:08

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərrac keçirib.

AzFakt.com Komitəyə istinadən xəbər verir ki,  rəqabətli keçən hərracda ümumilikdə 21 dövlət əmlakı özəlləşdirilib.

Bunlardan 3-ü kiçik dövlət müəssisə və obyekti, 5-i nəqliyyat vasitəsi, 1-i yarımçıq tikili, 12-si isə qeyri-yaşayış sahəsidir:

“Kiçik dövlət müəssisə və obyektləri Gəncə şəhərində, Yardımlı və Beyləqan rayonlarında, qeyri-yaşayış sahələrinin 1-i Sumqayıt şəhərində olmaqla digərləri Bakının Suraxanı, Sabunçu, Nəsimi, Nərimanov, Qaradağ və Xətai rayonlarında yerləşir.

Ümumi faydalı sahəsi 647 kv.m olan Yardımlı şəhərində yerləşən Əmlak kompleksi investor tərəfindən 32 min 500 manat ödəməklə özəlləşdirilib. Bu əmlak gələcəkdə sahibinə müxtəlif iqtisadi sahələrdə yüksək gəlir qazandıra biləcək. Hərracda özəlləşdirilən digər kiçik dövlət müəssisəsi isə Gəncə şəhəri, Kəpəz rayonunda yerləşən 32 saylı mağazadır. Sahibkar ümumi faydalı sahəsi 47 kv.m olan bu obyekti yenidən quraraq pərakəndə satış prosesini həyata keçirə bilər. Ümumi faydalı sahəsi 126 kv.m olan Beyləqan şəhərində yerləşən 7 saylı xırda topdansatış müəssisəsi sifarişçi tərəfindən 4 min manat ödənilməklə özəlləşdirilib. Belə müəssisələr iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, turizm, nəqliyyat və digər sahələrində fəaliyyətə cəlb oluna bilər.

Özəlləşdirilən qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 12 kv.m-419 kv.m aralığındadır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ümümi faydalı sahəsi 419 kv.m olan qeyri-yaşayış sahəsi 210 min manata özəlləşdirilib. Qeyd edək ki, bu əmlak gələcəkdə ofis, xidmət və digər sahələrdə gəlirli obyekt kimi istifadə edilə bilər.

Hərracda sahibini tapan nəqliyyat vasitələri arasında Almaniya, Rusiya, İtaliya istehsalı olan avtomobillər üstünlük təşkil edir. Bunlardan BMW, Fiat kimi avtomobilləri qeyd etmək olar. Həmin maşınların buraxılış tarixi 2003-2008 illəri əhatə edir. Bu avtomobillərdən ikisi satışda rəqabətli mühit yaradıb. Belə ki, alıcılar arasında olan yüksək maraq və rəqabət nəticəsində ilkin qiyməti 2 min manata qədər olan QAZ 31105 və VAZ 21213 markalı avtomobillərin qiyməti 2 dəfədən çox artaraq hər biri 4 min 700 manata satılıb”.

Qeyd edək ki, Komitə tərəfindən növbəti hərrac 27 iyun tarixində keçiriləcək. Prosesə investorları cəlb edə biləcək 114 dövlət əmlakı çıxarılıb. Bunlardan 24-ü səhmdar cəmiyyəti, 23-ü qeyri-yaşayış sahəsi, 31-i kiçik dövlət müəssisə və obyektləri, 36-sı isə nəqliyyat vasitəsidir.



Xəbərin oxunma sayı : 313




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap