Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Müharibənin yalnız birinci mərhələsi başa çatıb” – Azərbaycan prezidenti

Tarix 26.06.18, 15:25

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan xalqını Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə ürəkdən təbrik edirəm. Silahlı Qüvvələrin bütün şəxsi heyətinə yeni uğurlar arzulayıram”

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının “Azadlıq” meydanında keçirilən hərbi paradda nitqinə bu sözlərlə başlayıb.

Dövlət başçısı deyib ki, keçən ay Xalq Cümhuriyyətinin 100 illiyi qəbul edilib:  “Cümhuriyyətin ən önəmli qərarlarından biri ordunun yaradılması ilə bağlı idi. Təəssüflər olsun ki, 2 ildən sonra Cümhuriyyət öz müstəqilliyini itirdi. Bu, bir daha göstərir ki, müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir.

Müstəqilliyimiz 1991-ci ildə əldə edilib. Ancaq müstəqilliyin ilk 2 ili ağır keçib. 1991-1992-ci illərdə Azərbaycanda vəziyyət ağır idi.

Ermənistan işğalçılıq siyasəti apardı və torpaqlarımızın bir hissəsi işğal altına düşmüşdü, daxildə baş verən çəkişmələrlə əlaqədar müstəqilliyimizə təhlükə yaranmışdı.

Belə bir vaxtda Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Bundan sonra vəziyyət sabitləşdi, Azərbaycan bu ağır vəziyyətdən çıxdı”.

Ali Baş Komandan qeyd edib ki, müstəqilliyimizin ilk illərində nizami ordu yaradılmayıb, ayrı-ayrı silahlı birləşmələr torpaqlarımızı qoruya bilməyib: “Ona görə də ümummilli liderin qərarı ilə nizami ordunun yaradılması mühüm addım idi. O dövrdə ölkəyə xarici sərmayə cəlb edildi, ölkədə aparılan iqtsadi və siyasi islahatlar vəziyyəti sabitləşdirdi. Azərbayan 1993-cü ildən sonra inkişaf və tərəqqi yolu ilə gedir”.

“Müharibə başa çatmayıb, müharibənin yalnız birinci mərhələsi başa çatıb”, deyən  İlham Əliyev bildirib ki,  1993-cü ildə AXC-Müsavat hakimiyyətində problemdən istifadə edərək Ermənistan torpaqlarımızı işğal edib: “Beynəlxalq hüquqa görə Dağlıq Qarabağ Azərbaycanın torpağıdır. BMT və digər beynəlxalq təşkilatlar bununla bağlı bir çox qərar və qətnamələr qəbul edib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində göstərilir ki, erməni silahlı qüvvələri işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr indi də qüvvədədir”.  

Ali Baş Komandan qeyd edib ki, Azərbaycan xalqına qarşı Xocalısoyqırımı törədilib: “600-dən çox qoca, uşaq, qadın qətlə yetirilib, 1000-dən çox insan itkin düşüb. Bu gün 10 ölkə Xocalı soyqırımı rəsmən tanıyıb. Azərbaycan heç vaxt işğalla barışmayacaq və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik və buna nail olmuşuq. Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sıralarındadır. Güclü ordunun yaradılması üçün güclü iqtisadiyyatımız olmalıdır. Son 15 ildə Azərbaycan qədər iqtisadi sahədə inkişaf edən ölkə olmayıb. İqtisadiyyatımız 3,2 dəfə artıb. Azərbaycan bu gün iqtisadi baxımdan özünü rahat hiss edir. Biz öz hesabımıza yaşayırıq və heç bir yerdən yardım almırıq. Öz zəhmətimizlə qazanılan vəsaiti ölkə qarşısında duran məqsədlərə yönəldirik. Bunların arasında ordu quruculuğu əsas yerdədir. 2003-cü ildən bu günə qədər hərbi xərclərimiz 15 dəfə artıb”.

Dövlət başçısı nəzərə çatdırıb ki, son illər onlarda hərbi şəhərcik yaradılb: “Hərbi şəhərciklərin 80 faizi son illər yenidən tikilib və təmir edilib. Sonrakı 2-3 il ərzində bütün hərbi şəhərciklərimiz təmir olunacaq. Hərbçilərin mənzil-məişət məsələləri həll olunur. Orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Hərbi hissələrdə bu gün 20 mindən çox mülki vətəndaş çalışır. Biz artıq əsgərləri məişət işlərindən azad etmişik”.

“Ötən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən həyata keçirilmiş əməliyyat nəticəsində 90-cı illərin əvvəllərində zəbt edilmiş  11 min hektar ərazi düşməndən azad edildi. Azərbaycan tərəfindən böyük mühəndislik, kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə həyata keçirildi”, deyən İlham Əliyev bildirib ki, Azərbaycan hərbçiləri bir daha qəhrəmanlıq göstərib: “Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur və istənilən vəzifəni icra edə bilərik, icra da edirik.

2016-cı il aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var”.

Dövlət başçısı bildirib ki, Azərbaycanda da müasir texnika və silahlar istehsal edilir: “Gözətçi hərbi gəmiləri, hava hücumundan müdafiə sistemləri, onlarla döyüş təyyarəsi, 100-dən çox döyüş hərbi-nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş üçün pilotsuz aparatlar, ən müasir artilleriya qurğuları, uzaq mənzilli raketlər, yaylım raket sistemləri, əməliyyat-taktiki raket sistemləri alınıb. Bunlar bizim hərbi gücümüzü artırır. Bütün bunları ona görə edirik ki, Azərbaycan ordusu güclü olsun. Çünki dünyada gedən proseslər göstərir ki, beynəlxalq hüquq işləmir. İşləsəydi, Azərbaycan torpaqları işğaldan azad edilərdi. Beynəlxalq təşkilatların qərarlarının icra mexanizmi yoxdur. Güc amili əsas amil kimi çıxış edir. Ona görə də biz bu siyasəti aparırıq və bu, düzgün siyasətdir. Biz dost ölkələrlə səmərəli əlaqələr nəticəsində dünyanın ən müasir silahlarını əldə etmişik. Bundan sonra da Azərbaycan ən müasir silah və texnika alacaq. Buna nail olmaq üçün dost ölkələrlə əlaqələrimiz və maliyyə resurslarımız var”. 

Ali Baş Komandan qeyd edib ki, Azərbaycanda yüksək vətənpərvərlik ruhu mövcuddur: “Ordumuzun döyüş qabiliyyəti ən yüksək səviyyədədir. İki il əvvəl Ermənistan xalqımıza qarşı növbəti təxribat törədib, mülki əhaliyə qarşı təcavüz edilib. Həm hərbçilər, həm mülki əhali şəhid olub. Azərbaycan ordusu işğalçını yerində oturtdu, uğurlu əks-hücum əməliyyatı keçirərək torpaqların bir hissəsini işğalçılardan azad etdi. Ağdərə, Füzuli, Cəbrayılrayonunun bir hissəsi işğalçılardan azad olundu. Uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağa Azərbaycan ordusu nəzarət edir. Biz ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərdə xidmət göstəririk, Lələtəpədə, Ağdərə dağlarında bayrağımız dalğalanır.

Biz strateji yüksəklikləri əldə etmişik və bu, bizə böyük üstünlük verir. Aprel döyüşləri şanlı qələbəmizdir. Ordumuz, Azərbaycan əsgəri əsl qəhrəmanlıq göstərib. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq. Biz Ermənistan ordusu haqqında mifi darmadağın etdik. Onların illərlə yaratdıqları müdafiə xəttini bir neçə gün ərzində darmadağın etdik”.

“Düşmənin istənilən strateji obyektini məhv etməyə qadirik. Bütün strateji məntəqələr Azərbaycan ordusu tərəfindən məhv edilə bilər” – deyə bildirən Ali Baş Komandan vurğulayıb ki, münaqişənin danışıqlar yolu illə tezliklə həlli, ərazi bütövlüyümüzün bərpa edilməsi qarşı tərəfindən də marağında olmalıdır : “Azərbaycan getdikcə güclənəcək. Bizim qarşımızda bütün üfüqlər açıqdır. Azərbaycan yalnız inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə rəqabət apara bilmir və apara bilməyəcək. Tarixi həqiqət, beynəlxalq hüquq bizim tərəfimizdədir.

Aprel, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu gücləndirir.

Xalqımız tam arxayın ola bilər ki, ordumuz istənilən vəzifəni yerinə yetirməyə qadirdir.

2016-cı ilin aprel döyüşləri, 2018-ci ilin Naxçıvan əməliyyatında işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun böyük mənəvi əhəmiyyəti var.

Həmin bu bayraqlar bu gün bu hərbi paradda, “Azadlıq” meydanında nümayiş etdiriləcək. Bu bayraqlar döyüş bayraqlarıdır.

Bu bayraqlar işğaldan azad edilmiş torpaqlarda dalğalanır və hərbi parad üçün bura gətirilib.

Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayraqları “Azadlıq” meydanına gətiriləcək və hərbi paradda nümayiş etdirləcək. Biz bu müqəddəs günü yaxınlaşdırırıq”.



Xəbərin oxunma sayı : 676




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap