Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Paşiniyan Rusiya ordusunun hərəkətini pislədi:“Bu, Ermənistanın suverenliyinə qarşı təxribatdır”

Tarix 20.07.18, 14:18

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanın baş naziri Nikol Paşiniyan iki gün əvvəl Şirak vilayətinin Panik kəndində baş vermiş insidentin qeyri-məqbul olduğunu bəyan edib.

AzadlıqRadiosunun erməni xidməti – Azatutyun xəbər verir ki, baş nazir iyulun 19-da keçirilmiş hökumət müşavirəsi zamanı deyib: “Mən bunu Ermənistan və Rusiya arasındakı dost münasibətlərə və Ermənistanın suverenliyinə qarşı təxribat hesab edirəm”.

O bildirib ki, bu insident üçün cavabdeh olanlar aşkarlanmalı və məsuliyyətə cəlb edilməlidirlər.

Paşiniyan bundan sonra təfərrüatlara varıb: “Əlbəttə başa düşmək lazımdır ki, bu insidentlə bağlı təhqiqat hansı prosedurlar üzrə aparılmalıdır, çünki müqavilələrin Ermənistanın daxili qanunvericiliyi ilə münasibəti aydınlaşdırılmalıdır. Bütün hallarda mən bilirəm ki, polis bu barədə materialları hazırlayır…”

Bu arada Ermənistan Milli Təhlükəsizlik Xidmətinin başçısı Artur Vanesyan jurnalistlərlə söhbəti zamanı deyib ki, Rusiya tərəfi belə insidentlərin bir daha olmayacağına dair vəd verib. Jurnalistlər deyiblər ki, “adamlar bu insidentdə siyasi məna, daha doğrusu erməni tərəfinin qorxudulmasına cəhd görürlər”.

Vanesyan bunun “əsla belə olmadığını” bildirib.



Xəbərin oxunma sayı : 163




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap