Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Futbolumuzda nə baş verır? - Oliqarxlar klubların pullarını azaldıblar

Tarix 20.07.18, 14:35

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan klublarının hamısı ilk turda Avropa Liqasını tərk etdi

Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulub. Сavab oyunları çərçivəsində baş tutan qarşılaşmalarda üç Azərbaycan klubu da meydana çıxıb. Öncə Bakıdakı matç start götürüb. “Keşlə” öz meydanında “Baltsan”ı qəbul edib. Bakılılar 1:4 hesablı səfər məğlubiyyətinin əvəzini 2:1-lə çıxsa da, bu, mərhələ keçmək üçün yetərli olmayıb.

“Qəbələ” Lüksemburqda “Proqres”lə görüşüb. Əyalət təmsilçisi evdəki 0:2 hesablı yenilginin revanşını tək qolla alıb. Amma Stiv Monrozun vurduğu qol turu keçməyə kifayət etməyib.

“Neftçi” isə Macarıstanda “Uypeşt”in qonağı olub. Bakılılar 3:1 hesablı qələbədən sonra səfərə üstün yollansa da, meydan sahibləri paytaxt təmsilçisini şoka salıb. Roberto Bordnin komandası 0:4 hesablı darmadağınla Budapeştdən boynubükük dönür.

Qeyd edək ki, Avropa Liqasında bütün klubların I təsnifat mərhələsində mübarizəni dayandırması futbolumuzda böhran yarandığından xəbər verir. Bu da təsadüfü deyil.  “AzPolitika.info”ya verilən məlumata görə, futbol klublarına nəzarət edən oliqarxlar pul kisələrinin ağzılarını bağladığından, onların bir çoxu əsas oyunçularını itirib. Qalanlar da stimul olmadığından, əvvvəlki kimi oynamırlar. Nəticədə  “Qarabağ” istisna olmaqla bütün klublar ilk turda Avrokuboklarda mübarizəni dayandırdılar.

Məlumatlı mənbə iddia edir ki, belə davam edərsə, bəzi klublar ümumiyyətlə fəaliyyətini dayandıra bilər.

AzPolitika.info



Xəbərin oxunma sayı : 472




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap