Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Tramp Çini hədələyib - İdxal olunan bütün mallara yeni rüsumlar tətbiq etməklə

Tarix 21.07.18, 17:54

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Çindən idxal edilən 500 milyard dollarlıq malların hamısına yeni tariflər tətbiq etməyə hazırdır. Artıq maliyyə bazarları onun bu bəyanatına mənfi reaksiya verib.

Azərtac xəbər verir ki, CNBC televiziya kanalına müsahibəsində iki ölkə arasında ticarət kəsirindən danışan Tramp vurğulayıb: ”Mən rüsumları 500 milyard dollara qaldırmağa hazıram”.

ABŞ hökumətinin məlumatına görə, 2017-ci ildə Çindən Birləşmiş Ştatlara 505 milyard dollarlıq mal ixrac edilib ki, bu da ticarət balansında 376 milyard dollaradək kəsir yaradıb. Tarazlığın pozulmasının miqyasının artması 2018-ci ildə də davam edib. Belə ki, cari ilin beş ayı ərzində Çindən idxalın həcmi 205 milyard dollara, kəsir isə 152 milyard dollara çatıb.

Trampın öz sələfləri ilə müqayisədə ticarətdə tutduğu daha proteksionist mövqe bütün dünya ölkələri tərəfindən cavab tədbirləri ilə qarşılanır. Bundan əvvəl də ABŞ Çin mallarının idxalına 34 milyard dollar rüsum tətbiq etmişdi. Pekin Vaşinqtonun bu addımına adekvat cavab vermiş və amerikan mallarına eyni məbləğdə tariflər qoymuşdu.

Hazırda Birləşmiş Ştatların polad və alüminiuma tətbiq etdiyi yeni tariflərə cavab olaraq Çin, Avropa İttifaqı, Kanada, Meksika və Türkiyənin cavab tədbirləri müzakirə edilir.



Xəbərin oxunma sayı : 409




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap