Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

SOCAR yeni qazpaylayıcı şəbəkələr alıb- Gürcüstanda

Tarix 21.07.18, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


“SOCAR Georgia Gas” Gürcüstanın regionlarını əhatə edən uzunluğu 594 min poqonometr olan qazpaylayıcı şəbəkələrə sahib olub.

Gürcüstan hökumətinin rəsmi saytında verilən məlumata görə, qazpaylayıcının ümumi dəyəri 21,3 milyon lari (9,5 milyon dollar) təşkil edir.

Qazpaylayıcı şəbəkələr SOCAR Georgia Gas Kasp, Qardaban, Zestafon, Zuqdidi, Ozurqet, Laqodexi, Axmet və On bələdiyyələrini əhatə edir.

“Gürcüstanda qazpaylayıcı şəbəkəni nəinki biz, eləcə də dövlət tikir. SOCAR dövlətdən şəbəkəni ödəniş möhləti almaqla istehsal xərcləri ilə birgə alır və davam olaraq şəbəkəni işə qoşur. İndiyə qədər ödəniş möhləti ilə 40 milyon lariyə yaxın şəbəkə almışıq”, – Bunu Trend-ə özəl olaraq SOCAR Energy Georgia-nın rəhbəri Mahir Məmmədov deyib.

Hazırki razılaşmanın şərtlərinə görə, 21,3 milyon lari 48 ay ərzində, 8,5 milyon lari isə 36 aya ödənilməlidir.

Qeyd edək ki, 2008-ci ilin noyabrında Azərbaycan ilə Gürcüstan arasında saziş imzalanıb. Sənəd 2009-cu ildən başlayaraq sonrakı beş il ərzində Gürcüstanın qaz bazarında ARDNŞ-nin fəaliyyətinin fəallaşdırılması imkanlarını nəzərdə tutur. Memoranduma əsasən, ARDNŞ layihənin həyata keçirilməsi üçün Gürcüstan hökuməti tərəfindən müəyyən edilən qaz istehlakçıları qruplarını (sosial qruplar) təmin edən “SOCAR Georgia Gas” törəmə müəssisəsini yaradıb.

Həmçinin, 2008-cil il dekabrın sonunda ARDNŞ və Gürcüstan hökuməti 30 paylayıcı qaz təsərrüfatı və paylayıcı qaz şəbəkəsinin istifadəyə verilməsi barədə müqavilə imzalayıb. Bu şəbəkələr Gürcüstanın Kaxeti, Mtsxeta-Mtianeti, Şida və Kvemo Kartli, Acarıstan, Quriya, İmereti, Sameqrelo regionlarını əhatə edir. 2009-cu ilin aprelində ARDNŞ azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Marneuli rayonunun paylayıcı qaz şəbəkələrini istifadəyə alıb.

ARDNŞ yanvar-noyabrda Gürcüstana 300,43 milyon kubmetr qaz ixarc edib. Keçən il ARDNŞ Gürcüstana bir milyard kubmetrdən çox qaz ixrac edib. 2008-ci ildə bu göstərici 789 milyon olub. Gürcüstana qaz tədarükü 2008-ci ilin aprelində başlayıb.

2013-2016-cı illərdə Gürcüstanda 200 min abonent təbii qazla təmin olunub. Həmçinin 2014-2015–ci illərdə Abxaziya ilə sərhəddə yerləşən Tsxinvali regionunda 58 yaşayış məntəqəsində 13 500 evə qaz çəkilib.

Bununla yanaşı, 2013-2017-ci illərdə ölkə üzrə 229 min abonent fərdi qaz sayğacları ilə təmin olunub.



Xəbərin oxunma sayı : 580




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap