Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Keçmiş kriketçi köhnə siyasətçiləri necə qalib gəlib? – Yeni baş nazirin generalların sevimlisi olması fikri ilə hamı razılaşır

Tarix 30.07.18, 17:12

Font ölçüsü : - / +
bitmap-img6


Şahid Cavid Burki

“Project Syndicate”


Kriketçidən siyasətçiyə çevrilən İmran Xan Pakistanın yeni baş naziri olacaq. Səslərin sayılması iyulun 25-də keçirilən seçkidən üç gün sonra başa çatıb və Xan öz partiyasını – “Pakistan Təhrik-e-İnsaf”ı (PTİ) zəfərə çatdırıb.

Partiya, ya da partiyaların koalisiyası, hökumət formalaşdırmaq üçün Milli Məclisin ən azı 137 üzvünün dəstəyini almalıdır. Xan bu məqsədə çatmağa yaxındır. 115 yer qazanaraq, PTİ, bir çox müstəqil və yarım düjin kiçik partiya üzvlərinin dəstəyini ala bilməlidir. O, avqustun 14-ünə, Pakistan dövlətinin 71-ci illiyinə qədər and içəcək.

Yaxın məsləhətçilərinin şurasına və ictimaiyyətə baş nazir seçilən şəxs kimi müraciət edən Xan deyib ki, kriket oyunçusu tək sonuncu top vurulana qədər oyunun bitmədiyini bilir. Lakin sonradan milli televiziya ekranına çıxaraq o, seçicilərə yeni Pakistanı vəd edib.

Ölkə dünyanın ən böyük demokratik təlimlərindən birini başa vurub. Ümumilikdə növbəti Milli Məclis və dörd əyalət məclisini seçmək üçün 106 milyon seçici qeydə alınıb. Onlardan 56 milyonu (ümumi sayın təxminən 53%-i) səs verib.

Seçicilər Milli Məclisin 270 üzvünü müəyyənləşdirib. Kampaniya dövründə iki namizəd öldürüldüyündən iki dairədə səsvermə təxirə salınıb. Müxtəlif dini azlıqların on nümayəndəsi və altmış qadın əyalət məclislərinə seçilib, nəticədə, milli qanunvericilik orqanı üzvlərinin ümumi sayı 342 nəfərə çatıb.

Milli Məclisin 272 mandatı uğrunda 3600 nəfər (orta hesabla hər yer üçün 13) namizəd yarışıb. Bu, siyasi mühiti qiymətləndirmək üçün yaxşı vasitədir.

Daha az inkişaf etmiş siyasi sistemlərdə partiya intizamı, adətən, seçkilərdə iştirak edə biləcək insanların sayını məhdudlaşdırmaq üçün çox zəifdir.

Pakistanda siyasi sahə partiyaların sayına görə də çox kiçikdir – bu, az inkişaf etmiş sistemin başqa bir əlamətidir.

1996-cı ildə qurulan PTİ-yə əlavə olaraq, digər iki partiya kütləvi tərəfdarlara malikdir. Ən köhnə partiya 1906-cı ilə qədər Britaniya Hindistanındakı müsəlman əhalinin siyasi və iqtisadi maraqlarını təmsil edən Pakistan Müsəlman Liqası (PML) – “Nəvaz”dır. Pakistanın qurucusu Məhəmməd Əli Cinnənin rəhbərliyi altında PML Hindistanda müsəlman əhali üçün ayrı bir dövlətin yaradılması kampaniyası aparıb. 1947-ci ildə Pakistan müstəqillik əldə etdikdən sonra partiya bir neçə dəfə yenidənqurmaya məruz qalıb; keçmiş baş nazir Nəvaz Şərifin və indi qardaşı Şahbazın rəhbərlik etdiyi siyasi qurum indi PML-N adlanır.

Digər əsas siyasi qüvvə – Pakistan Xalq Partiyası (PXP) 1967-ci ildə Zülfiqar Əli Bhutto tərəfindən qurulub. O, Çin, Hindistan və ABŞ-la münasibətlərdə ölkənin ilk hərbi lideri general Əyyub Xanın siyasəti ilə razılaşmadığı üçün həmin il hökumətin tərkibindən çıxıb.

Son ümumi seçkilər sayca on birinci idi. Bu günə qədər yalnız 2008 və 2013-cü illərdə keçirilən seçkilər açıq və demokratik şəraitdə baş tutub. Hər ikisi də hakimiyyətin dinc ötürülməsinə gətirib-çıxarıb.

2008-ci il seçkilərində 2007-ci ilin dekabr ayında seçki mitinqində həlak olan keçmiş baş nazir Bənəzir Bhuttoun dul əri Asif Əli Zərdarinin rəhbərliyi ilə PXP qalib gəlib. PML-N 2013-cü il seçkilərində Şərifin baş nazir olması ilə qalib olub. O, 2017-ci ildə istefa verib, “Panama işi” üzrə müxtəlif maliyyə cinayətlərində ittiham edilib. Bu ilin əvvəlində Ali Məhkəmə Şərifə dövlət vəzifələri tutmağı qadağan edib və bu ay o, on il müddətinə azadlıqdan məhrum olunub.

Builki seçki nisbi sülh şəraitində, qismən seçki məntəqələrində 370 min hərbçinin iştirakı ilə keçirilib. İmran Khan və onun tərəfdarları Şərif hökumətinin korrupsiya ittihamlarından faydalanıb, lakin məğlub partiyalar yenə də seçkidə qanun pozuntularının olduğunu iddia ediblər.

PTİ-nin müvəffəqiyyəti faktorlar birləşməsinin nəticəsidir. Başlanğıcda partiya şəhər gəncliyi arasında öz mövqeyini artırıb. Pakistan dünyanın ən gənc əhalisinə sahib dövlətlərdən biridir, orta yaş 25-dir və gənclərin böyük şəhərlərə köçü nəticəsində Kəraçi və Lahor kimi yerlərdə gənclərin payı 70-75% səviyyəsinə çatıb. Bu gənclərin bir çoxu üçün nə PML-N, nə də PXP onların istəklərinə cavab vermir, Xan isə yaxşı ödənişli iş, təhsil, səhiyyə və şəhər nəqliyyatı söz verib. PTİ köhnə partiyaları məğlub etdiyi Kəraçi şəhərində böyük uğur qazanıb.

Xanın korrupsiyaya qarşı yönəlməsi də gənc seçicilərin dəstəyini qazanıb. Həm Zərdari, həm də Şərifə qarşı Milli Hesabat Bürosu tərəfindən korrupsiya ittihamı irəli sürülüb. Bu Büro ölkənin dördüncü hərbi prezidenti general Pərviz Müşərrəfin qurduğu məhkəmə səlahiyyətli orqandır və yüksək səviyyəli qanunsuzluqların araşdırılması üçün yaradılıb.

Seçki kampaniyasında Xan rəsmi korrupsiya və dövlətin gənclərin istədiyi mal və xidmətlərin çatdırılmaması arasında bağ yaradıb.

Seçkilər iki digər məsələni ön plana çıxarıb. Birincisi, ordunun nəticələrə təsiri nə dərəcədədir? İkincisi, məhkəmə hakimiyyətinin dövlət işlərinə müdaxiləsinin uzunmüddətli nəticələri nədən ibarətdir?

Bu suallara cavab vermək üçün vaxt lazımdır. Ancaq Xanın ordu generallarının sevimlisi olduğuna dair konsensus var. Xarici media da əsasən bu qiymətləndirməni qəbul edir, həmin konsensus hökumətin beynəlxalq qavrayışını formalaşdıracaq.

Tərcümə: Strateq.az




Xəbərin oxunma sayı : 526




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap