Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Çox yemək və arıqlamaq: alimlər inqilabi üsul hazırlayıb

Tarix 12.08.18, 14:31

Font ölçüsü : - / +
bitmap-img6


Günümüzdə bir sıra ölkələrdə piylənmə probleminin təhlükəli miqyas aldığını görən alimlər bu sindromun qarşısının alınması istiqamətində tədqiqatlar aparırlar. ABŞ-ın Yel Universitetinin əməkdaşları bu yaxınlarda yeni üsul kəşf ediblər.

Azərtac “vistanews.ru” saytına istinadla xəbər verir ki, qlaukoma xəstəliyinin müalicəsində istifadə olunan dərmanların tərkibindəki xüsusi maddəni qəbul etməklə piylənmənin qarşısını almaq mümkündür. Əzələlərdə aparılan eksperiment göstərib ki, bu maddə piylərin qana sorulmasına imkan vermir və onların orqanizmdən xaric olmasına kömək edir.

Gələcəkdə tədqiqat müəllifləri insanlara kökəlmədən qidalanma yollarını öyrədəcəklər. Bu məqsədlə, ilk olaraq, çox yemək və kökəlməməyi təmin etmək üçün həmin möcüzəvi maddənin əsasında xüsusi qida əlavələrinin hazırlanması nəzərdə tutulur. Məlum olduğu kimi, piylənmə orqanizm üçün bir sıra fəsadlar yaradır. Belə ki, bu bəlaya düçar olanlar ürək-damar və həzm sistemləri xəstəliklərinə daha çox tutulurlar. Son tədqiqatlar göstərir ki, piy onkoloji şişlərin yaranması və inkişafı üçün əlverişli mühitdir.

Lakin ekspertlər bu cür kəşflərə əvvəlki kimi, şübhə ilə yanaşırlar. Həkimlərin bir çoxu xatırladır ki, piylər sağlam orqanizmin inkişafına kömək edən zəruri komponentdir. Bu cür maddələrdən çox istifadə edilməsi orqanizmdə deqradasiyaya səbəb ola bilər.



Xəbərin oxunma sayı : 712




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap