Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Qanuni oğru“ya xəbərdarlıq edildi: ölkəni tərk etməlisən

Tarix 14.08.18, 23:25

Font ölçüsü : - / +
bitmap-img6


"Taro" ləqəbi ilə tanınan "qanuni oğru" Tariyel Onianini həbsxanadan azad olunduqdan sonra Rusiya ərazisini tərk etməyə məcbur edirlər.

AzFakt.com virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin göstərişinə əsasən, cəzasının 10 ilini "Qara delfin"də çəkən "qanuni oğru" bu haqda avqustun 6-da məlumatlandırılıb. "Taro" ölkəni tərk etməyəcəyi təqdirdə isə deportasiya olunacaq.

Bu xəbər "Taro"nun bütün planlarını alt-üst edib. Onun reaksiyası videogörüntülərdə də öz əksini tapıb. Belə ki, o, hüquq mühafizə orqanlarının əməkdaşlarına etirazını bildirib. Amma "qanuni oğru"ya izah edilib ki, bu, şəxsən daxili işlər nazirinin göstərişidir və vəkilləri vasitəsilə qanuni qaydada şikayət verə bilər.

Nazirliyin nümayəndələri ilə "qanuni oğru"nun görüşü isə ötən həftə baş tutub. Güc strukturlarından verilən məlumata görə, ən təhlükəli cinayətkarların saxlanıldığı xüsusi rejimli cəzaçəkmə müəssisəsi "Taro"ya o qədər də güclü təsir etməyib. O, söhbət əsnasında özünü olduqca sakit və təmkinli aparıb.
Bizi Telegramda oxuyun!



Xəbərin oxunma sayı : 256




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap