Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Suriyada müxalifətin son qalası: İdlib kimin nəzarətində olmalıdır? - TƏHLİL

Tarix 17.08.18, 18:12

Font ölçüsü : - / +
bitmap-img6


Marianna Belenkaya

“Əl-Monitor”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 14-də Ankarada Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə Suriya gündəminə dair danışıqlar aparıb. O cümlədən Rusiya, Türkiyə, Almaniya və Fransa liderlərinin sentyabrın 7-ə planlaşdırılan İstanbul görüşü ilə bağlı.

Suriya gündəminə dair Rusiya-Türkiyə dialoqu ABŞ sanksiyaları ilə əlaqədar daha da güclənib. Lavrov amerikalıların Astana sülh prosesini pozmağa və Türkiyəni yanlarına çəkməyə çalışdıqlarını söyləyib. “Ancaq sanksiyalar ABŞ-ın səylərini pozur”.

Ankaradakı mətbuat konfransı iki əsas mövzunu: ABŞ-ın sanksiyaları və Suriyadakı vəziyyəti əks etdirib. Hər iki mövzu da bir-biri ilə sıx əlaqəlidir.

ABŞ-ın Rusiya, Türkiyə və İrana sanksiyalar tətbiq etməsi fonunda üç ölkə Astana formatında əməkdaşlıq edir, buna görə də, jurnalistlər sanksiyaların bölgədəki böhrana, xüsusilə də Suriyada problemlərlə necə təsir edəcəyini bilmək istəyiblər.

Hər iki nazir sanksiyaları qınayıb. Lavrov qadağaların Suriya böhranı ilə birbaşa bağlı olduğunu düşünmədiyini vurğulayıb. O deyib ki, Qərb, xüsusən də ABŞ “Astana hərəkatının faktik nəticələr əldə etməsinə maneə törətmək və onu uğursuzluq kimi təsvir etmək istəyir”. “Onlar daha əvvəl bu cəhdləri göstərib və ehtimal ki, bunu davam etdirəcəklər”.

Vaşinqton, həqiqətən də, Ankaranı qazanmağa çalışıb, çünki Türkiyə hökuməti Astana prosesi çərçivəsində qurulan hərbisizləşdirilən zonalarda Rusiya ordusunun dəstəyi ilə keçirilən hərbi əməliyyatları tənqid edib, Şərq Qutadakı kimyəvi hücumla bağlı ABŞ və Avropa ölkələrinin etirazına qoşulub.

ABŞ Konqresinin Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsi qarşısında aprel ayında çıxış edən Dövlət Departamenti katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi A. Vess Mitçel bildirib ki, Amerikanın məqsədi ” İŞİD-dən sonra Suriyadakı davamlı sabitliyə nail olmaq, Rusiya və İranın genişləndirilməsinə maneə törətmək üçün Türkiyəni Cenevrə prosesini dəstəkləmək üçün daha aktiv bir müttəfiqə çevirməkdir”.

Ancaq Vaşinqton və Ankara Suriyanın Mənbic şəhərinə dair razılaşdıqda belə, sonuncu Astana formatında qalıb. İndi, sanksiyalar tətbiq olunduqda, bu ittifaq güclənir, ancaq Ankara və Moskva ayrı-ayrılıqda Qərb ölkələrini öz tərəfinə çəkməyə çalışır.

Bu, sentyabrın 7-də İstanbul zirvəsinə perspektivdir. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan iyulun sonlarında bu görüşün keçirilməsini təklif edib. O, Astana formatına (Rusiya, Türkiyə və İran) qaçqın axınından əziyyət çəkən Almaniya; Fransa, habelə İngiltərə, ABŞ, İordaniya və Səudiyyə Ərəbistanı da daxil olmaqla, “kiçik qrupu” birləşdirmək istəyir.

“Kiçik qrup” heç bir əhəmiyyətli rol oynamır. Həqiqətən, bu proseslər Fransa və İngiltərənin daxil olmadığı digər ikitərəfli və üçtərəfli formatlarda müzakirə olunur. Ancaq Suriyada siyasi həll yoluna çatmaq üçün bütün xarici tərəflərin, xüsusilə də BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən ortaq səylər tələb edəcək.

Suriyanın gələcəyinə dair hələ çox fikir ayrılıqları var və mübahisələrdən biri qaçqınların taleyidir. Rusiya terrora qarşı mübarizənin sona yaxınlaşdığını düşünür, çünki ölkənin əksəriyyəti Şamın nəzarətindədir və qaçqınların evə qayıtmasına mane olan yeganə şey – dağıntıdır. Münaqişənin həllinə maraq göstərən ölkələr yenidənqurma və qaçqınların normal, dinc həyatına qayıtmalarına kömək etməlidir.

Ancaq BMT və Qərb ölkələri fərqli düşünür.

BMT-nin Qaçqınlar Agentliyinin rəhbəri Filippo Qrandi dəfələrlə qaçqınların geri dönməsinin “erkən” olduğunu söyləyib. Avqustun 13-də Berlində keçirilən xarici işlər naziri ilə görüşündə “Suriya hələ də çox təhlükəlidir”, – deyən Qrandi vəziyyəti qiymətləndirmək üçün yaxın vaxtlarda bu ölkəyə səfər edəcək.

Vaşinqton da dəfələrlə qaçqınların qayıtmasından əvvəl siyasi nizamlama tələb edib. Bundan əlavə, suriyalı silahlı militanlar Rusiyanın planlarına şübhə ilə yanaşırlar, çünki bir çox insanlar rejimin repressiyalarından xilas olmaq üçün ölkəni tərk ediblər.

Lavrov Qrandinin sözləri və Qərbin mövqeyindən əndişəlidir. O, Qrandinin bəyanatını “olduqca qəribə” adlandırıb.

Bu məsələ Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkelin danışıqlarında əsas mövzulardan biri olacaq.

Ankaranın qaçqınlara dair mövqeyi Qərb və Rusiya arasında orta bir yerdir. Bir tərəfdən, Türkiyə qaçqınların öz ərazisini tərk etməsini istəyir. Digər tərəfdən, qaçqınlar Suriyanın şimal bölgələrində, Türk himayəsi altında yaradılan müxalif “Suriya Milli Ordusu”na qatılır.

İdlibə gəldikdə, hələ də Şamın nəzarətinə qayıtmayan, Astana formatında yaranan sonuncu hərbisizləşdirilən zonanın perspektivləri Rusiya, Türkiyə və İran ittifaqı üçün ən böyük problem ola bilər.

İyul ayının sonlarında Suriya prezidenti Bəşər Əsəd Şamın bütün Suriya ərazisinə nəzarəti etməyi planlaşdırdığını və İdlibi prioritet sahə elan etdiyini söyləyib.

İki həftə əvvəl Ərdoğan Putini xəbərdar edib ki, İdlibə hücum humanitar böhran yaradaraq Astana müqavilələrinin sonu olacaq.

Moskva bir daha bütün tərəflər üçün məqbul qərar axtarmağa məcburdur, amma Şamın ssenarisini dəstəkləyir: Suriyanın bütün ərazisi eyni hakimiyyətdə birləşməlidir. Bununla belə, o, Türkiyəni də itirməyə həvəsli deyil.

İyulun sonunda Soçidə keçirilən danışıqlarda Rusiyanın nümayəndə heyətinə yaxın bir mənbə “Əl-Monitor”a Suriya nümayəndəsi Bəşər Cəfərinin Ankaranı hiddətləndirən çıxışını qınandığını bildirib. Lavrov və Çavuşoğlu da, Ankara və Moskvanın bəzi iddialara baxmayaraq, İdlibə dair qarşılıqlı anlaşma əldə edib. Əsas odur ki, terrorçuları Türkiyəyə sadiq olan müxalif qüvvələrdən ayırmaq lazımdır. Ankarada Lavrov bir daha vurğulayıb ki, danışıqlar aparmaq mümkün olmayan qruplar Suriya ordusu üçün qanuni hədəf hesab edilə bilər.

Putinin Suriyadakı səfiri Aleksandr Lavrentyev də bunu deyib. Xüsusilə, “Heyət Təhrir əl-Şam” və onun ən radikal elementi “Cəbhət əl-Nusra” ilə bağlı. Lavrentyev bildirib ki, hətta bəzi hallarda onlar da dialoqa dəvət edilə bilər.

Türkiyə, öz növbəsində, müxalifət və terrorçuların bir-birindən ayrılmalı olduğunu qəbul edir, lakin Çavuşoğlu, İdlibin terrora qarşı mübarizə bəhanəsi ilə bombalana bilməyəcəyini vurğulayıb.

Bununla yanaşı, Lavrov və Çavuşoğlunun demədikləri ən vacib məsələ budur: İdlibi kim idarə etməlidir?

Cavab Suriyada üsyançı qrupların müzakirəyə hazır olub-olmamasına, şübhəsiz, təsir edəcək.

Tərcümə: Strateq.az



Xəbərin oxunma sayı : 316




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap