|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Eldar Mahmudova bağlı Akim Bədəlovun korrupsiya layihələri – Fotolar
Tarix 17.09.18, 23:21 |
|
Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsisində məqsəd adından bəlli olduğu kimi, alternativ enerji ilə müxtəlif məntəqələri təmin etmək idi.
Bu proqram çərçivəsində dövlət büdcəsindən layihələrin icrası üçün agentliyə fantastik məbləğlərdə vəsaitlər yönəldilib. Qurumun rəsmi saytında icra edilmiş layihələrin adları açıqlanıb. http://area.gov.az/page/8
Maxinasiya layihələri – sübut
AzFakt.com AzEuroNews.com-a istinadən xəbər verir ki, həmin projelərin həyata keçirilməsi kağız üzərindən olub və büdcədən silinən pullar agentliyin sədri Akim Bədəlovu, müavinləri Nurəli Yusifbəyli, Cəmil Məlikovu, aparat rəhbəri İmran Əhmədovu varlandırıb.
İmran Əhmədov
Misal üçün rəsmi saytda Bakı şəhərində 5 məktəb və 2 tibb məntəqəsinin alternativ və bərpa olunan enerji mənbələri hesabına elektrik və istilik enerjisi ilə təmin edilməsi xəbəri göstərilir.
Cəmil Məlikov
Amma həmin təhsil və səhiyyə ocaqlarının adları açıqlanmır. Türkan qəsəbəsində internat məktəbinin alternativ enerji mənbələri hesabına enerji ilə təmin olunması qeyd olunub. Bu da təsdiqini tapmır.
Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün “6 məktəb – 6 bağça” layihəsi, Masallının Boradigah qəsəbəsində idman zalının tikintisi, Xocavənd rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Beyləqan rayonunun inzibati ərazisində yerləşən Xocavənd qəsəbəsində idman zalının tikintisi guya ki, agentlik tərəfindən həyata keçirilib.
Nurəli Yusifbəyli
Və sual doğurur ki, alternativ enerji mənbələri təchiz edən agentlik nə üçün idman zalı tikintisi aparmalıdır? Eyni zamanda Bakı-Ələt yolunda, Bakı-Quba yolunun Tağıyev qəsəbəsi istiqamətindəki günəş enerjisi alan qurğuların quraşdırılması da formal mahiyyət daşıyır.
Araşdırmalar təsdiqləyir ki, agentlik sədri A.Bədəlov və onun komandasının qarşısına qoyulan layihələr, proqramlar maxinasiyalara xidmət edib, prezidentin tapşırıqları icra edilməyib.
Akim Bədəlov
Keçid və pilot layihələrdə talançılıq
A.Bədəlovun prezident tərəfindən qarşıya qoyulan hədəflər sırasında həyata keçirmədiyi keçid layihələrdir (http://area.gov.az/page/9).
Bu siyahıda hansı işlərin görüldüyü indiyə qədər qaranlıqdır. Eyni zamanda perspektiv layihələrin icrasında (http://area.gov.az/page/9) heç bir tərpəniş müşahidə olunmur.
Məsələn, pilot layihələrdən olan sosial binalarda (təhsil və səhiyyə müəssisələrində, ASAN xidmət mərkəzlərində və s.) günəş panellərinin (PV modulların) quraşdırılması nəzərdə tutulub.
Amma proyektlərin yerinə yetirilməsi yenə də dövlət rəhbərliyindən gizlədilməyə cəhd olunub. Çünki A.Bədəlov illərlə diqqətdən kənarda qalmağı bacararaq, büdcə pullarını mənimsəyiblər.
Bundan başqa, “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı var. Bu fərmanın icrası sual altındadır.
Bütün bunlarla bərabər, A.Bədəlov təkcə agentliyin layihələrində yeyintilərlə məhdudlaşmayıb. Onun iş bioqrafiyasında keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla sıx iş birliyi haqda məlumatlar var.
Elə bunun nəticəsidir ki, agentliyin aktivləri “Azərişıq” ASC-nin balansına keçib. Çünki Bədəlova olan etimad itirilib. Baxmayaraq ki, bəzi xəbərlərdə Pirverdiyevin gedişindən sonra ona əlavə səlahiyyətlərin veriləcəyi söylənir.
Lakin adı maliyyə yeyintilərində və MTN şefi ilə keçən A.Bədəlova nə dərəcədə etimad göstəriləcəyi maraq doğurur. Çüni Külək Elektrik Parkı bu agentliyin balansından çıxarılaraq “Azərişıq” ASC-nin balansına verilib.
2008-ci ildə Energetika Nazirliyinin tərkibində Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Agentlik yaradılmışdı. 2013-cü ildə bu agentlik nazirliyin tərkibindən çıxarılaraq müstəqil struktura çevrildi. A.Bədəlov müstəqil qurumda artıq istəklərini reallaşdırmağa başladı.
Eldar Mahmudov -Akim Bədəlov – Pərviz Vəliyev tandemi
Plana əsasən 2020-ci ilə qədər ölkənin elektrik enerjisinə olan tələbatının 20 faizi məhz alternativ və bərpa olunan mənbələr hesabına təmin edilməliydi. Amma yuxarıdakı faktlardan da görünür ki, “gələcəyə baxış 2020” layihəsini agentlik sədri icra etməyib.
Məsələn, Hesablama Palatası agentliyin tabeliyində olan “Azalternativenerji” MMC-də büdcə vəsaitlərinin talan edilməsi faktları aşkarlamışdı. Bədəlov isə bu talanları həyata keçirərkən E.Mahmudovun vaxtı ikən qüdrətinə arxalanmışdı.
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov
Onun bacısı oğlu MTN-nin Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanı üzrə idarəsinin rəisi olmuş polkovnik Pərviz Vəliyevdir.
Ölkənin siyasi rəhbərliyinə məruzə olunub ki, Akim Bədəlov, agentliyin nəzdindəki “Azalternativenerji” MMC-nin direktoru Rizvan Vəliyev və qardaşı olan MTN-nin Hava Limanı İdarəsinin sabiq rəisi Pərviz Vəliyev Mahmudovla işbirliyinə gediblər.
Akim Bədəlov Eldar Mahmudov-Cahangir Hacıyev tandemi tərəfindən yaradılan “dərin dövlət” klanının aktiv üzvü olan polkovnik Pərviz Vəliyevin dayısıdır.
MTN-in hava limanı rəisi Pərviz Vəliyevin qardaşı, sabiq milli təhlükəsizlik naziri E.Mahmudovla yaxın əlaqələri olan, tikinti maqnatı Rizvan Vəliyev barəsində xəbərlər var.
R.Vəliyev dayısı A.Bədəlovla MTN-də yüksək himayədarları sahəsində uzun illər Bakı və regionlarda iri sifarişli tikintiləri həyata keçiriblər.
Bədəlovun Elçin Quliyev, İlqar Əliyev və general Tofiq Babayevə çıxışı…
Mediada yayılan xəbərlərdə bildirilir ki, Akim Bədəlovla MTN –lə münasibətləri illərə söykənir. Ancaq Eldar Mahmudov MTN naziri təyinatı almamışdan hələ xeyli qabaq Akim Bədəlov Antiteror Mərkəzinin rəisi Elçin Quliyev və müavini İlqar Əliyevlə general Tofiq Babayevin işçiləri olduğu zamandan bəri münasibətləri yaranıb.
Eldar Mahmudov MTN naziri təyinatından sonra ikilinin sürətlə çox mühüm bir idarənin rəhbərliyinə və MTN rəhbərliyi ilə “dərin dövlət” kliçkası adı altında qarşı qarşıya oturması isə artıq onun böyüklərdən biri etmişdi.
Bacısı oğlu Pərviz Vəliyev MTN-ə bu qrupun ATM deyilən “dərin idarəsində” stajor kimi fəaliyyətə başlayır. Həmin illərdə MTN adı ölkədə hər kəsdə bir qorxu yaradırdı.
Bir müddətdən sonra isə artıq ATM-də “dərin dövlət”in sədaqətli zabitinə çevrilən Pərviz Vəliyev məhz ATM rəhbərliyinin təqdimatı ilə MTN-nin Hava Limanı İdarəsinin rəisi təyin edilir.
“Xəzər Konsaltinq” Agentliyi, Aqşin Bədəlovun Kanar adaları, villaları…
Təkcə 2014-cü ildə layihə-smeta sənədlərinin hazırlanması üçün məsləhətçi xidmətlərin alınmasına görə “Xəzər Konsaltinq Agentliyinə” QSC-yə 1250000 (bir milyon iki yüz əlli min manat) vəsait ayrılıb. Adı çəkilən QSC-nin Akim Bədəlova məxsus olduğu deyilir.
Akim Bədəlovun ailəsinin nəzarətində olan «Xəzər» Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzin onun ən yaxın adamı, qohumu Asif İsmayılov rəhbərlik edir.
Maraqlı məqamlardan biri isə səhmdarı həyat yoldaşı və oğlu olan bir şirkəti necə məmurun rəhbərlik etdiyi dövlət qurumunda podratçı şirkət ola bilər? Qanun bunu yasaqlasa da, Akim Bədəlov buna əhəmiyyət verməkdədir.
Dövlət Büdcəsinin Ehtiyat Fondundan ayrılan vəsaitin istifadəsi zamanı Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün Biləsuvar rayonu ərazisində fəaliyyətdə olan 6 məktəbdə və 6 uşaq bağçasında istilik mənbəyi və binadaxili istilik sistemlərinin yaradılması, həmçinin alternativ enerji mənbələrinin yaradılması obyektləri üzrə tikinti-quraşdırma işlərinin başa çatdırılıb istifadə olunmasına baxmayaraq obyektlərin istismara qəbulu ilə əlaqədar dövlət qəbul komissiyası yaradılmayıb. Yəni gizli və qanunlara müvafiq aparılmadan talan həyata keçirilib.
Akim Bədəlovun hazırda Bakı şəhərində 20-dən çox obyektinin olduğu deyilir. Göygöl, Şamaxı, Qax, Quba rayonlarında yay evləri. Villalar, Samux rayonunda hektarlarla torpaq sahələri və mal qara fermaları, Bakı şəhərində evləri var.
Novxanıda dəniz kənarında milyonluq villası, İstanbulda, londonda mənzillər və sair daşınmaz əmlaklar. Akim Bədəlovun oğlu Aqşin Bədəlov qiyməti 150 min manatlqı olan avtomobildə gəzir.
Oğul Bədəlov yay istirahətini Farer adalarında, Tailandda, Kanar Adalarında, Avropanın dəbdəbəli şəhərlərində keçirir. Aqşın Bədəlov dəfələrlə ətrafındakılara deyib ki, İsveçrədəki banklda adıma 20 milyon dollara yaxın pul var.
Tofiq İsmayılovun qızı Bədəlovları necə ifşa etdi?
Nəhayət, xatırlatmaq yerinə düşər ki, mərhum Dövlət katibi Tofiq İsmayılovun qızı Səbinə İsmayılova Akim Bədəlovun qanunsuz əməllərindən Prezident İlham Əliyevə şikayət etmişdi…
Saxta sənədlərə əsasən “Xəzər”də 50% pay Akim Bədəlovun həyat yoldaşı Mövsümova Akifə Şərif qızına, 25% pay oğlu Bədəlov Aqşın Akim oğluna və 25% pay bacısı oğlu Vəliyev Rizvan Şami oğluna məxsus edilib…
Səbinə İsmayılova
T.İsmayılov 1989-cı ilin mart ayında Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinə (mətndə sonra-Birlik) rəhbərlik edən dövrdə keçmiş Kirov (indiki Binəqədi) rayonu Komsomol komitəsi nəzdində “Xəzər” Mərkəzini yaradır, müəssisənin fəaliyyəti üçün Binəqədi rayonu 12-ci Aşırım küç. 68A ünvanda tikili və torpaq sahəsinin ayrılmasına nail olur.
“1991-ci il tarixdə atam T.İsmayılov Qarabağ səmasında faciəvi şəkildə həlak oldu. Atamın vəfatından sonra bütün bu müddət ərzində “Xəzər” podratçı şəkildə iri tikintilər apardığına baxmayaraq Akim Bədəlov bizə böyük fasilələrlə cuzi məbləğlər ödəyirdi və bildirirdi ki, guya iri maliyyə xərcləri var, işləri qaydasına düşən kimi ailəmizə olduğu bütün öhdəlikləri ödəyəcək. “Xəzər”in apardığı tikintilər sırasında eks-deputat Dünyamin Xəlilova məxsus “Qlobus Plaza”, eks-Beynəlxalq Bankın sədri Cahangir Hacıyevə məxsus Zaqatala stadionu, Ali Məhkəmənin binası, tikintisi yarımçıq qalan Respublika Uşaq Diaqnostika Mərkəzi və bir çox digər tikintilər.
Lakin 2013-cü ilin fevral ayından Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə sədr vəzifəsinə təyin olunandan sonra A.Bədəlov ailəyə pul ödəməkdən imtina etdi. Anam Lalə İsmayılova A.Bədəlovun iş yerinə gedərək ondan bu məsələlərə aydınlıq gətirilməsini istədi.
Lakin A.Bədəlov ona hədə-qorxu gələrək aşağıdakıları bildirmişdir: «…Tofiq İsmayılovun “Xəzər”in yaradılmasında heç bir rolu olmayıb. Mənə, A.Bədəlova o vaxtlar Moskvanın Siyasi Bürosu Bakıda T.İsmayılovu güdməyi tapşırmışdı.
İşimi yaxşı gördüyümə görə Siyasi Büro “Xəzər”i mənə bağışlayıb. Mənim kim olduğumu heç kəs bilmir, mənim möhkəm arxam var və “Xəzər”in məsələsini qaldırsanız sonradan peşiman olaçaqsınız…” – prezidentə müraciətdə belə məlumat verilir.
Vəssalam, A.Bədəlovun bütöv bioqrafiyası göz qabağındadır: MTN şəbəkəsinə bağlılıq, layihələrin icrasında talançılıq, əmlak ələ keçirilməsi, oliqarx həyat tərzi…Bu halda əlavə səlahiyyətlər verilə bilərmi?
Agentlik nədənsə, indiyə qədər ittihamlara və T.İsmayılovun qızının müraciətinə münasibət bildirməyib.
Xəbərin oxunma sayı : 1486
Gündəm
Xəbərlər
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
TOP 10
ARXİV