Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Rusiya, təyarəsinin vurulmasında İsraili ittiham etdi! – Moskvadan sərt bəyanat

Tarix 18.09.18, 15:13

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın “İl-20” təyyarəsi Aralıq dənizində Suriyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin general-mayoru İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, İsrail qırıcıları Rusiyanın “İl-20” təyyarəsinin arxasında gizlənərək onu Suriya hava hücumundan müdafiə qüvvələrinin zərbəsi qarşısında qoyublar. Təyyarə “S-200 raket kompleksi ilə vurulub. “İsrail hərbçilərinin məsuliyyətsiz hərəkətləri nəticəsində Rusiyanın 15 hərbi qulluqçusu həlak olub. Bu, Rusiya-İsrail tərəfdaşlığının ruhuna əsla uyğun deyil”, - deyə İqor Konaşenkov qeyd edib.

Rusiyalı general, həmçinin planlaşdırılan əməliyyat barədə İsrailin Rusiyanı gec xəbərdar etdiyini deyib. O, ölkəsinin İsrail hərbçilərinin Lazkiyə rayonundakı fəaliyyətini düşmənçilik kimi qiymətləndirdiyini və Müdafiə Nazirliyinin adekvat fəaliyyət hüququnu özündə saxladığını vurğulayıb.

İsrailin Moskvadakı səfirliyi informasiyanı şərh etməkdən boyun qaçırıb.

Xatırladaq ki, sentyabrın 17-də Moskva vaxtı ilə saat 23:00-da Rusiyaya məxsus “İl-20” təyyarəsi Suriyada yerləşən Hmeymim aviabazasına qayıdarkən Aralıq dənizində radarlardan itib. Həmin vaxt İsrailə məxsus 4 ədəd “F-16” təyyarəsi Lazkiyə əyalətindəki hərbi obyektlərə zərbə endirirdi.



Xəbərin oxunma sayı : 376




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap