Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Keçmiş Hərbi Komisardan şok siyahı – Nazirlərin övladları ön cəbhədə xidmət ediblərmiş…

Tarix 18.09.18, 21:16

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın sabiq Hərbi Komissarı, Milli Məclisin deputatı Əliağa Hüseynov Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlunun “Müdafiə Nazirliyində çalışdığım 7 ildə cəbhə bölgəsində vəzifəli şəxsin övladını görmədim” açıqlamasına münasibət bildirib.

AzFakt.com-un məlumatına görə, keçmiş Hərbi Komissar “ölkə.az”-a açıqlamasında iddia edib ki, nə onun dövründə, nə də indi yüksək vəzifəli dövlət məmurlarının övladlarının hərbi xidmətdən yayınması halları mövcud olmayıb. General-leytenant bu fikrini əsaslandırmaq üçün Azərbaycanın Hərbi Komissarı vəzifəsində işlədiyi dövrdə (1998-2009) övladları ön cəbhədə (!) hərbi xidmətdə olmuş yüksək vəzifəli şəxslərin adlarını da açıqlayıb. Ə.Hüseynovun bu siyahısına inansaq, belə çıxır ki, hakim komandanın əksər üzvlərinin övladları ÖN XƏTTƏ düşmənlə üz-üzə hərbi xidmət keçib.

Keçmiş Hərbi Komissar deyib: “Yaxşı yadıma gəlir, mən Hərbi Komissar işlədiyim illərdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədovun, Baş nazirin müavini Hacıbala Abutalıbovun, ədliyyə naziri Fikrət Məmmədovun, Baş prokuror Zakir Qaralovun, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun, keçmiş müdafiə naziri Səfər Əbiyevin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədri Qərib Məmmədovun, Baş qərargah rəisi Nəcməddin Sadıqovun, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlanları, fövqaladə hallar naziri Kəmaləddin Heydərovun iki oğulu, Milli Məclisin sədri Oqtay Əsədovun kürəkəni hərbi xidmətdə olublar. Özü də adlarını çəkdiyim şəxslərin övladları ön cəbhədə və döyüşlər aparan hərbi hissələrdə qulluq ediblər. Bütün bunlar faktdır və heç kəs dana bilməz. Kimlərsə deyir ki, dövlət məmurlarının övladları hərbi xidmətdən yayınır, deməli həmin adamların özləri əsgərlikdə olmayıb danışanlardır”.

Ə.Hüseynov daha sonra bir qədər də irəli gedərək, iddia edib ki, onun fəaliyyəti dövründə məmur övladlarının hərbi xidmətdən yayınması halları qətiyyən mövcud olmayıb: “Mənim vaxtımda məmur övladlarının əsgərlikdən qaçması söhbəti ola bilməzdi. Çünki Ulu Öndər Heydər Əliyev məsələni elə qoymuşdu ki, məmur övladları hərbi xidmətə birinci aparılırdı. Mən elə bir məmur oğlu tanımıram ki, hərbi xidmətə getməkdən yayınsın. Ulu Öndər Heydər Əliyev özü şəxsən məsələyə nəzarət edirdi. Mən indi də eşitməmişəm ki, hər hansı məmur övladı hərbi xidmətdən yayınsın. Bu gün də bu ənənə davam edir”.

Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin hərbi xidmətə yollanması məsələsinə də toxunan deputat qeyd edib ki, ölkə başçısının övladının hərbi xidmət etməsi hər kəs üçün nümunəvi addımdır: “Özü də Heydər Əliyev çox çətin hərbi hissədə xidmət edir. Yəni, onun xidmət etdiyi hərbi hissə qarşıya qoyulan vəzifə tapşırıqları çətinliyinə görə heç də ön cəbhədən fərqlənmir. Heydər Əliyev ixtisasca diplomatdır. Sovet İttifaqı dövründə də belə ixtisasa yiyələnən gəncləri məxfi hərbi hissələrə salırdılar. Çünki onun xidmət etdiyi yer Dövlət Təhlükəsizlik Xidmətinin “N” saylı hərbi hissəsidir”.



Xəbərin oxunma sayı : 1030




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap