Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə

Tarix 18.09.18, 22:31

Font ölçüsü : - / +
bitmap-img6


İsrailin Baş naziri Benyamin Netanyahu Suriyada “İl-20” təyyarəsinin vurulmasından sonra Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

“RİA Novosti” xəbər verir ki, Netanyahu Rusiya hərbçilərinin həlak olması ilə bağlı təəssüfləndiyini deyərək, təyyarənin vurulmasına görə Suriyanın məsuliyyət daşıdığını bildirib. Baş nazir əlavə edib ki, İsrail hadisənin araşdırılması üçün Rusiyaya zəruri informasiyanı təqdim etməyə hazırdır.

Netanyahu Putinə İsrail hərbi hava qüvvələrinin başçısını Moskvaya göndərməyi təklif edib.

Xatırladaq ki, Rusiyanın “İl-20” təyyarəsi İsrailin dörd “F-16” qırıcısının Latakiyə vilayətində hücumu zamanı radarlardan itib. Rusiya Müdafiə Nazirliyinin məlumatlarına görə, İsrail təyyarəçiləri Rusiya təyyarəsindən sipər kimi istifadə edərək, onu Suriya Hava Hücumundan Müdafiə Qüvvələrinin zərbəsi qarşısında qoyublar. Nəticədə 15 rus hərbçisi həlak olub.

Müdafiə naziri Sergey Şoyqu bildirib ki, “İl-20”nin vurulmasının və heyət üzvlərinin həlak olmasının bütün məsuliyyəti İsrail tərəfinin üzərinə düşür. O deyib ki, bu addım cavabsız qalmayacaq/Azərtac.



Xəbərin oxunma sayı : 451




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap