Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Sabiq deputatla Etibar Pirverdiyev Türkiyədə tikinti biznesinə başlayıblar - FOTOFAKT

Tarix 04.10.18, 10:31

Font ölçüsü : - / +
bitmap-img6


Uzun müddət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində çalışmış, həmçinin 81 saylı Beyləqan seçki dairəsindən Milli Məclisin deputatı olan Ayaz Orucovla bağlı AzFakt.com-a ilginc məlumatlar daxil olub. 

AzFakt.com-a daxil olan məlumatda vurğulanır ki, sabiq deputat 1 ilə yaxındır  Türkiyə dövlətində ciddi şəkildə biznesə girişib. 

Türkiyədə fəaliyyət göstərən əmlak saytının verdiyi məlumata görə  2017-ci ilin aprel ayında Ayaz Orucovla Cem Aktaş adlı şəxs nizamnamə kapitalı 50 TL olan Algima İnşaat Şirkəti yaradıblar. İstanbul şəhərində fəaliyyətə başlayan Algima İnşaat Şirkətinin saytında əsasən böyük mənzillərin, ofislərin, villaların, torpaq sahələrinin alışı-satışı ilə məşğul olmaları barədə məlumat verilir. Ancaq son 6 ayda adı çəkilən şirkətin İstanbul şəhərində hündürmərtəbəli yaşayış binalarının tikintisinə başladığı bildirilir. 

AzFakt.coma- verilən məlumata görə Algima İnşaat Şirkətinin qurulmasında Ayaz Orucovun rəsmi şəriki kimi  adı keçən Cem Aktaş əslində formal şəxsdir. 

  Cem Aktaş


Sadəcə Türkiyə qanunlarına görə qurulan şirkətlərin qurucu rəhbərliyi ölkə vətəndaşı olması vacibdir. Məhz buna görə Ayaz Orucov Cem Aktaş adlı şəxsi Algima İnşaat Şirkətinin qurucusu kimi özünə şərik seçib. 

Sabiq deputatın qardaş Türkiyədə alqı satqı və tikinti biznesini genişləndirməsi ilə bağlı AzFakt.com-a daxil olan ilginc məlumatda isə bildirilir ki, "Ayaz Orucov Algima İnşaat Şirkətini keçmiş "Azərenerji" ASC rəhbəri Etibar Pirverdiyevlə birlikdə qurub".  
Bildirək ki, "Azərenerji" ASC-nin keçmiş  rəhbəri Etibar Pirverdiyevlə Ayaz Orucov yaxın qohumdurlar.Belə ki, Ayaz Orucovun qardaşı Etibar Pirverdiyevin baldızının həyat yoldaşıdır. Məhz bu qohumluq əlaqəsinə görə Ayaz Orucovun rəhbərlik etdiyi şirkətlər uzun müddət xarici ölkələrdən elektrik avadanlıqları gətirərək Etibar Pirverdiyevin rəhbərlik etdiyi "Azərenerji" ASC- yə satıb. 

etibar pirverdiyev azfakt ile ilgili görsel sonucu

AzFakt.com-a verilən məlumatda vurğulanır ki, elektrik avadanlıqlarının "Azərenerji" ASC-yə satılması hesabına milyonlar qazanan qohumlar son 2 ildə yatırımlarını sakitcə xarici ölkələrə daşımağa qərara veriblər. Əvvəlcə Ukraynaya lövbər salan qohumlar burada nədənsə möhkəmlənə bilməyiblər və Qara dənizi keçərək qardaş Türkiyəyə yerləşmək qərarı veriblər. 

Saytımıza daxil olan məlumata görə hazırda Ayaz Orucovla Etibar Pirverdiyevin Algima İnşaat Şirkəti İstanbulda hündürmərtəbəli bina tikintisinə başlayıblar. Bundan başqa Algima İnşaat Şirkəti İstanbul, İzmir, Antalya, Bodrum və digər böyük şəhərlərdə xeyli sayda villa, mənzil və torpaq sahələrinə sahib olub. 

Qeyd edək ki, uzun müddət  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində işləyən Ayaz Orucovun və oğlunun adı bir çox korrupsiya və qalmaqallarda hallanıb. Sabiq deputatın  oğlu İsmayıl Orucovun ən böyük qalmaqalı isə yolun ortasında qadınlara atəş açması olmuşdu.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.








Xəbərin oxunma sayı : 1834




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap