Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Məni “Yuventus“dan qovdular“ - İquain

Tarix 18.10.18, 17:14

Font ölçüsü : - / +
bitmap-img6


"İtaliya kubokunun finalından sonra hiss etdim ki, nəsə yolunda getməyəcək. Bir müddət sonra Ronaldonu aldılar".

Qol.az-ın "La Gazzetta dello Sport" nəşrinə istinadən yaydığı xəbərə görə, bu sözləri "Milan"ın hücumçusu Qonzalo İquain deyib. Ötən mövsümün sonunda "Yuventus"u rossonyerlərə dəyişən argentinalı futbolçu Turin klubundan öz istəyilə ayrılmadığını bildirib:

"Klubdan getmək qərarı mənə aid deyildi. Bacardığım hər şeyi "Yuventus" üçün etdim ki, bu komanda ilə çoxlu titul qazanım. Kriştiano gələndə rəhbərlik mənə dedi ki, burada qala bilməzsən, artıq variantlar axtarırıq, sən satılacaqsan. Ən yaxşı qərar isə "Milan"a keçmək idi".

Təcrübəli forvard "Yuventus"dan qovulduğunu düşünsə də, bu komandaya hələ də bağlı olduğunu söyləyib: "Heç vaxt "Yuventus"dan intiqam almaq barədə düşünməmişəm. Bu komandaya ancaq sevgim var. Çünki hər zaman özümə qarşı yaxşı münasibət görmüşəm. Ancaq heç vaxt rəhbərlikdən məni satmasını xahiş etməmişəm. Sadəcə, məni komandadan qovdular".

Qeyd edək ki, İquain 2016-cı ilin yayında "Napoli"dən 90 milyon avroya "Yuventus"a transfer olunmuşdu.



Xəbərin oxunma sayı : 196




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap