Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Balababa Rzayev öz kadrlarını “Azərenerji“yə toplayır - Yeni təyinatlar

Tarix 20.10.18, 17:30

Font ölçüsü : - / +
bitmap-img6


“Azərenerji” ASC-də iki yeni təyinat olub.

AzFakt.com "Report”a istinadən xəbər verir ki, Ziyəddin Misir oğlu Quliyev qurumun vitse-prezidentinin müavini təyin edilib. Hazırda Z.Quliyev "Azərenerji”nin vitse-prezidentinin səlahiyyətlərini icra edir.

Bundan başqa, "Azərişıq” ASC-nin Tədris Mərkəzinin direktoru Vüqar Əliyev "Azərenerji” prezidentinin müşaviri təyin olunub.

Qeyd edək ki, Z.Quliyev bu vaxta qədər "Azərişıq” ASC-nin Texniki Departamentin direktoru vəzifəsində çalışıb. Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci ildə ona "Əməkdar mühəndis” fəxri adı verib.

Xatırladaq ki, 2005-ci ilin oktyabr ayından "Azərenerji”nin vitse-prezidenti Marlen Əsgərov idi. O, bu il sentyabrın 17-də ürək çatışmazlığından vəfat edib.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin bu il sentyabrın 4-də imzaladığı sərəncamla Etibar Pirverdiyev vəzifəsindən çıxarılıb və "Azərişıq" ASC-nin sədri Balababa Rzayev "Azərenerji”nin prezidenti təyin edilib.



Xəbərin oxunma sayı : 535




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap