Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Mossad” Suriya kəşfiyyatçıları və raket alimlərinin ovuna çıxıb:“Özümüzü müdafiə edirik” – Araşdırma

Tarix 27.10.18, 23:25

Font ölçüsü : - / +
bitmap-img6


Yevgeni Krutikov

vz.ru, 26.10.2018

Son zamanlar Suriyanın raket proqramıyla bağlı yüksəkməqamlı kəşfiyyatçı və alimləri arasında tam bir silsilə müəmmalı ölümlər baş verib. Xüsusən də hətta “kimyəvi silah anbarına sorumlu” hansısa polkovnikin həlakından danışılır. Bu məlumatlarda nələr həqiqət, nələr yalanıdr və İsrailin “Mossad” xüsusi xidmətinin baş verənlərə necə aidiyyəti ola bilər?

İsrail mətbuatında Londonda mənzillənmiş, adıbəlli “İnsan haqları üzrə Suriya rəsədxanası”na isnadən Suriyanın raket sahəsində çalışmalarla bağlı yüksəkməqamlı kəşfiyyat əməkdaşları və alimləri arasında müəmalı silsilə ölümlər haqda informasiya yayılır. Bu ölümlərin praktik olaraq hamısı İsrailin “Mossad” xüsusi xidmətinin həyata keçirdiyi qətllər kimi şərh olunur.

Bəli, bu, İsrailin kəşfiyyat qurumunun ənənəvi özünü reklamına bənzəyir. Bir də Londondakı “rəsədxana” bir informasiya qaynağı kimi inam təlqin etmir. Bununla belə, hadisələr olub. Məsələ şərhdədir.

Oktyabrın 25-də Suriya ordusunun polkovniki Mahmud Əskər və arvadının Dəməşq-Latakiya avtoyolunda avtoqəzada həlak olduğu məlum olub. Müxalif qaynaqlar iddia edirlər ki, polkovnikin maşını atəşə tutulub, amma heç bir sübut gətirmirlər. Israil telekanallarından biri “şahidlərin sözləri”ndən nağıl danışaraq daha uzağa gedir ki, Əskərin maşını, az qala, onun  getdiyi marşrut boyu yerləşmiş “Suriya xüsusi xidmətlərinin hərbi düşərgəsi”ndən atəşə tutulub. Bu, Suriya hərbçiləri arasındakı, həm də “Mossad”ın törətdiyi ziddiyyətlərə işarə vurmalı olan informasiyanın ənənəvi “yarımfeyk” üslubda təqdimidir. Lakin bu məlumatda ən başlıcası polkovnik Mahmudun guya haçansa (dəqiq tarix göstərilmir) “kimyəvi silahlar anbarına sorumlu” olduğu haqda iddia olub. Sonra isə bu məlumatdan istifadə edənin təxəyyülünün özü aşılamalıdır ki, “Əsədin qanlı rejimi şahidlərdən qurtulur”.Polkovniki arvadıya birlikdə avtotrasda xüsusi xidmət düşərgəsinin  ərazisindən pulemyotla sadəcə güllələyiblər.

“Kimyəvi silah anbarına sorumluydu” nə deməkdir? Gözətçi işləyib? Ya təsərrüfat müdiri? Rəsmi Dəməşq bu cür təfərrüatları heç cür şərh etmir, amma bu, İsrail ictimai rəyi və London “rəsədxanası” üçün önəmli deyil. Yönələn raket sistemləri sahəsində Yaxın Şərqdə məşhur alim Əziz Əsbarın ölümü haqda məlumat daha maraqlı görünür. O bu il avqustun  başlanğıcında Xamə əyalətində balaca Masyaf şəhərində öz evinin yanında sürücüsü ilə birlikdə maşında partladılıb.

Əziz Əsbar Masyafda apreldə İsrail aviasiyasının məhv etdiyi Suriya elmi araşdırmalar mərkəzinin 4-cü Sektor deyilən qurumun bərpasına sorumluydu. Hesab olunur ki, Əsbar uzun illər boyu (Suriyada hələ vətəndaş savaşı başlanana qədər) İsrail ərazisini vura biləsi yaxınmənzilli (200 km-ədək) raketlərin modernləşdirilməsi və kütləvi istehsala buraxılışına sorumluydu. Söhbət İranın qədim sovet “Skad”ının pisləşdirilmiş variantı olan maye yanacaqlı “Fateh-110”-nun qatı yanacaqlı Suriya versiyası SM600 “Tişrin” raketlərindən gedir. Doktor Əsbar cəmiyyətdəki mövqeyinə görə Suriya və İran rəhbərliyinə də daxil idi və xüsusən də İslam İnqilabı Keşikçiləri Korpusu “əl-Qüds” briqadasının komandiri general-mayor Qasim Süleymaniylə dostluq edirdi. Amma özlüyündə ardınca ittiham gəlir ki, doktor Əsbar guya kimyəvi silah hazırlanmasına çəlb edilib, ancaq alimin belə çoxprofilliliyini təsəvvür etmək çox çətindir. Hətta ensiklopedik bilik də infraqırmızı tuşlama sistemindən incə kimyəvi birləşmələr formuluna  keçməyə imkan vermir.

“Təhrir əş-Şam” doktor Əsbarın qətlinə görə məsuliyyəti öz üzərinə götürüb, lakin Londondan Suriya müxalif qruplaşmaları nədənsə sui-qəsdin “səhnələşdirilməsi”ndə  Dəməşqi və şəxsən Bəşər Əsədi ittiham etməyə başlayıb. Suriya hökuməti isə Əsbarı uzun illər izlədiyini çox da gizlətməyən “Mosssad”ı qətldə aşkarca ittiham edir. Dəsti-xətt də “Mossad”a işarə edir.

Natanzda uranın zənginləşdirilməsi proqramı üzərində işləyən doktor Mustafa Rövşən 2012-ci ildə Tehranda özünün köhnə “Pejo-405”-ində partladılıb. 2008-də “Hizbullah”ın rəhbərlərindən biri İmad Muqniyə də Dəməşqdə maşında partladılıb. HƏMAS-ın rəhbərlindən biri bu ilin yanvarında Livanda oxşar şəraitdə həlak olub. 2010-da Dubayda isə İrandan Qəzza sektoruna silah tədarükü şəbəkəsinin dirijorlarından biri sayılan Mahmud əl-Məhbub partladılıb.

Bu ilin aprelində Malayziya paytaxtında fələstinli mühəndis Basim Fəədi əl-Bataşın qətlə yetirilməsi öz tərzinə görə bu silsilədən çıxır. Onu günün günorta çağı üç motosiklçi avtomatla güllələyib. Malayziya polisi xarakterik fotorobot buraxıb, amma icraçıları belə də tapmayıblar. Bir qədər sonra elə orada, Kuala-Lumpurada qəzzalı daha bir Fələstin alimi öldürülüb. Bununla belə, məsələn, Basim Bataşın sosial şəbəkələrdə “Biz hamımız HƏMASıq” tipli dərclərindən savayı terrorçu təşkilatlarla heç bir əlaqəsi yox idi. Bataş Kuala-Lumpurada universitetdə elektirk nəzəriyyəsi üzrə mühazirə oxuyurdu.

Bu zəncirin daha bir bəndi Əhməd İssa Həbibin – Suriya hərbi kəşfiyyatının, ehtimala görə, “Fəlsətin istiqaməti”nə başçılıq edən yüksəkməqamlı əməkdaşının qətlə yetirilməsi olub. İsrail qaynaqları, həmişəki kimi, mayor Həbibin rolunu şişirdərək onu, az qala, “İsraillə mübarizədə Əsəd rejimində əsas sorumlu” kimi təqdim edir. Güman etmirəm ki, ümumiyyətlə belə vəzifə və mövqe var, amma İsrail cəmiyyətinin baxış nöqtəsinə görə, hətta Yaponiya və Uruqvay xüsusi xidmətlərində də “İsraillə mübarizəyə sorumlular” olmalıdır. İsrail KİV-ləri yenə də Suriyanın Təl-Əvivin çox dostlaşdığı və inanmağa meylli olduğu həmin müxalif qaynaqlarına isnad edir. London “rəsədxanası” isə, adətən, ifadələri qarışıq salır. Məlumatların birinə əsasən, mayor Həbib öz maşınında, başqasına görə, Dəməşqdə deyil, niyəsə Xamədə öz evində öldürülüb. Bunlar yalnız bir məsələdə uyğun gəlir – kəlləyə bir atəş.

İsrailin müdafiə naziri Avigdor Liberman baş verənləri öyrəşdiyi üslubda şərh edib. Guya Yaxın Şərqdə həmişə kimisə partladırlar, bu ərəblərin həyat tərzi belədir, burada bizlik nə var? Amma bundan şübhələnməyə əsas var.

İsrail öz sərhədləri yaxınlığındakı istənilən raket çatdırma vasitələrini ardıcıl şəkildə məhv edir. Hətta Holandakı adi haubitsalar da Təl-Əvivdə qeyri-adekvat reaksiya doğurur. İsrailin bütün “aviasiya diplomatiyası” strategiyası nəsə uzaqvuran bir şeylə İsrail ərazisini atəşə tutmaq imkanının sarsıdılmasına yönəlib. Raket sistemlərinin məzillənmə məntəqələri, uzaqvuran artilleriya və yaxud pilotsuzları yönəltmə qərargahları məhz buna görə əsas hədəfə çevrilir. Və şəxsən – raketlərlə və uyğun texnologiyalarla bağlı alimlər.

Əlbəttə, “Mossad” heç vaxt boynuna almayacaq, onun tövrü belədir, amma sadəcə təbliğat anlayışı üzündən baş verən hər şeydə əli olduğu görüntüsü yaradacaq.

Əlavə etmək qalır ki, bu qətlləri pisləmək təklifiylə heç kim BMT Təhlükəsizlik Şurasının toplantısını çağırmır. Bu, vur-tut, İsrailə qarşı yamanlıq düşünən yalnız hansısa ərəblər və farslardır. Baş verənlər İsrailin özünü müdafiə hüququ kimi şərh olunur və ictimai rəy tərəfindən büsbütün dəstəklənir. Təkcə İsrailinki deyil…

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 460




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap