Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İstanbul zirvəsinin uğuru: İran unudulmadı, ABŞ isə…

Tarix 28.10.18, 15:26

Font ölçüsü : - / +
bitmap-img6


Almaniya və Fransanın İstanbul sammitində Rusiya və Türkiyə ilə gücünü birləşdirməsi Suriya məsələsinin nizamlanmasında böyük uğurdur.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlı, Qəhrəmanmaraş Universitetinin professoru Toğrul İsmayıl RİA-ya açıqlamasında deyib. 27 oktyabrda İstanbulda baş tutan dördtərəfli sammiti dəyərləndirən T.İsmayıl bildirib ki, Rusiya və Türkiyənin Suriya məsələsində çox şeyə nail olduğunu əminliklə demək olar: “Sammitdə Fransa və Almaniyanın ən yüksək səviyyədə iştirakı isə böyük uğurdur. Nəzərə alaq ki, bu çətin məsələdə dövlətlər çoxsaylı ümumi məqamlar tapmağa nail oldular”.

Professor bildirib ki, Suriya problemini ABŞ-sız həll etmək mümkün deyil: “ABŞ-ın fərqli yanaşması var və bu, hələlik masaya yatırılmayıb, ona görə də onun yerini Fransa və Almaniya tutur”.

Politoloq qeyd edib ki, liderlər bir çox məsələdə ortaq mövqe nümayiş etdirdilər: “Bu, Rusiya və Türkiyə arasındakı İdlib razılaşması, qaçqınlara yanaşma, humanitar yardımın göstərilməsu, terrorizmlə mübarizə və Suriyada sülhün bərpa olunması məsələləridir”.

T.İsmayılın fikrincə, hələlik fərqli baxışlar olan bəndlər də var: bu, Bəşər Əsədə münasibət və Suriyanın şərqində, ABŞ-ın dəstəklədiyi, Ankaranın terrorçu saydığı və Türkiyədəki HDP ilə bağlı olan kürd silahlılarıdır:

“Bu məqamda Türkiyənin narahatlığı birinci plana çıxır. Yeri gəlmişkən, Rusiya da hesab edir ki, Fəratın şərqi ABŞ-dan təmizlənməlidir, çünki onlar qanunsuz yerləşiblər. Bu məqama isə Almaniya və Fransa tərəddüdlə yanaşırlar, çünki ABŞ-la münasibətləri pisləşdirmək istəmirlər”.

O, xüsusilə vurğulayıb ki, sammitdə İran diqqətdən kənarda qalmayıb:

“Astana sammitində iştirak edən İran İstanbul sammitində diqqətdən kənarda qalmadı. Danışıqlar prosesində İranın maraqları da vurğulandı. Astana prosesi bütün hallarda davam etməlidir”.

Qeyd edək ki, ötən gün Türkiyə, Rusiya, Almaniya və Fransa liderlərinin iştirakı ilə İstanbulda Suriya zirvəsi baş tutub.



Xəbərin oxunma sayı : 442




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap