Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

5 toyuğun oğurlanması zarafatı ilə başlayan kütləvi dava - bir nəfər bıçaqlanıb, bir nəfər həbsdədir

Tarix 05.11.18, 11:48

Font ölçüsü : - / +
bitmap-img6


Qonşuların 5 toyuğa görə mübahisəsi qanlı bitib. İki nəfər arasında başlayan mübahisədə hadisədən xəbəri olmayan gənc bıçaqlanıb.

Musavat.com xəbər verir ki, 1993-cü il təvəllüdlü Sadıqov Elşən Elton oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.

Evli, himayəsində iki azyaşlı uşağı olan Elşən Sadıqov itiham edilir ondan ötrü ki, o, 18 noyabr 2017-ci il tarixdə əvvəlcədən tanıdığı Osman Quliyevi bıçaqlayıb.

Hadisənin baş verməsinə səbəb isə 5 toyuq üstündə başlayan mübahisə olub. Belə ki, Elşən hadisə günü məhəllədə qonşusu Oqtay Piriyevlə söhbət edirmiş. Oqtay Elşənə deyib ki, qonşusu Aydın Quliyevin beş toyuğu oğurlanıb. Oqtay bu oğurluğa görə Elşəndən şübhələndiyini elə Elşənin üzünə deyib. Elə söz-söhbət də buradan başlayıb. əvvəlcə bu, tərəflər arasında zarafat kimi dilə gətirilsə də, sonradan ciddiyə alınmağa başlayıb. Hər iki şəxsin də içkili olması mübahisəni daha da qızışdırıb.

Elşən qonşusu ilə mübahisə edəndən sonra məsələni aydınlaşdırmaq üçün toyuqları oğurlandığı deyilən digər qonşu- Aydın Quliyevin evinə gediblər. Bir neçə saat sonra Aydın Quliyevin evinə gedərkən də hər ikisi içkili olub.

Hadisənin baş verdiyi yerə çatarkən əvvəlcə Elşən Sadıqov kənarda gözləyib. Buna səbəb Oqtayın Aydınla məsələni aydınlaşdırmaq istəməsi olub. Elşən də bu söhbəti kənardan izləməyə başlayıb.

Elşən deyir ki, Aydınla Oqtay danışarkən söhbətləri baş tutmayıb və mübahisə edərək bir-birilərinə əl-qol atmağa başlayıblar: “Mən də kənarda dayanmışdım. Onlara yaxınlaşdırdım ki, sakitləşdirim. Səs-küyə evdən Aydının oğlu Osman çıxdı. Osman hadisənin mahiyyətini anlamadan birbaşa mənim üzərinə hücum etdi. Məni vuracağından qorxub hadisə yerindən götürdüyüm bıçaqla Osmanın sağ bud nahiyyəsindən bir dəfə bıçaqla vurdum. Sonra da oradan qaçdım”.
Elşən özünü qismən təqsirli bilib və cəzasının ağır olduğunu deyib. Buna görə də cəzasının yüngüləşdirilməsi üçün apellyasiya şikayəti verib.

Şikayətə Sumqayıt Apelyasiya Məhkəməsidə hakim Elman Əhmədovun sədrliyi ilə baxılıb.

Elşənin müdafiəçisi Bəhruz Bayramov apellyasiya şikayətində hökmün dəyişdirilməsini, Elşən Sadıqova təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

Vəkil apellyasiya şikayətində göstərib ki, Elşən Sadıqov həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşmandır. Elşən Sadıqovun məhkumluğu yoxdur, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir.

Müdafiəçilər Elşən Sadıqovun himayəsində iki azyaşlı uşağın olmasını, atasının ruhi xəstə, anasının hipertoniya xəstəsi olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, zərərçəkmiş şəxslə barışmasının nəzərə alınmasını xahiş ediblər.
Tərəfləri dinləyən məhkəmə qərara gəlib ki, birinci instansiya məhkəməsi Elşən Sadıqova cəza təyin edərkən işin bir sıra xüsusiyyətlərini, təqsirkarın şəxsiyyətini, zərərçəkmiş şəxslə barışmasını, o cümlədən cəza təyininin ümumi əsasları olan təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini tam nəzərə almayıb.

Sumqayıt Apellyasiya Məhkəməsi bu cinayət işi ilə bağlı qərarı elan edib. Qərara əsasən, Elşən Sadıqovun cəzası 4 il azadlıqdan məhrum etmədən 3 il azadlıqdan məhrum etməyə endirilib. Sadıqovun şikayəti qismən təmin edilib.

 



Xəbərin oxunma sayı : 349




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap