Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Azərbaycan hibrid müharibə ilə üzləşib...” - Corc Kent

Tarix 08.11.18, 11:09

Font ölçüsü : - / +
bitmap-img6


Amerikanın Rusyaya qarşı tətbiq etdiyi sanksiyaların məqsədi Moskvanı beynəlxalq hüququn normalarına geri dönməyə məcbur etməkdir.

 “Kommersant” qəzetinin yazdığına görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent bildirib.

Bu günlərdə Cənubi Qafqaz regionunda səfərdə olan Corc Kentlə Rusiya, Ukrayna, Macarıstan, Latviya, Polşa, Serbiya və Türkiyədən olan bir qrup jurnalist Kiyevdən “Skype” üzərindən söhbətləşiblər. Jurnalistlərin amerikalı diplomatla bu söhbətini ATƏT “Dezinformasiyaya qarşı mübarizə” proqramı çərçivəsində təşkil edib.

Diplomat dezinformasiya mövzusuna özünün giriş nitqində toxunub. “Mən Ukrayna, Belarus, Gürcüstan, Moldova, Ermənistan və Azərbaycanla işləyirəm. Həmin ölkələrin hamısı bu və ya başqa formada Rusiyanın region ölkələrinə yanaşmasının nəticəsi olaraq meydana çıxan çağırışlarla üzləşiblər”- Corc Kent bildirib.

Dövlət Departamentinin rəsmisi dəqiqləşdirib ki, söhbət o cümlədən beynəlxalq hüququn normalarının pozulmasından, dezinformasiyadan istifadə edilməsindən və “bəzilərinin hibrid müharibə adlandırdığı metodların” işə salınmasından gedir. “Hər ölkədə situasiya fərqlidir və onların hər biri bu çağırışlara fərqli reaksiya verir”- diplomat əlavə edib.

Corc Kent qeyd edib ki, ona və bir çoxlarına Donbassdakı münaqişə 2008-ci ilin avqustunda Gürcüstanda baş verənləri xatırladır. “Hesab edirəm ki, bu Rusiyanın taktikasıdır-ölkələrdə situasyanı debalanslaşdırmaq və onlara öz gələcəklərini müəyyən etməyə imkan verməmək”-amerikalı diplomat deyib.

Lakin diplomata görə Amerikanın yanaşması bunun əksidir. “Bizim mövqeyimiz ondan ibarətdir ki, ölkələrin öz gələcəklərini seçmək hüququ olmalıdır. Biz bu ölkələrin ərazi bütövlüklərini və suverenliklərini dəstəkləyirik. Biz dövlətlərin çiçəkləndiyi və öz yolunu seçdiyi, o cümlədən Rusiya ilə yaxşı münasibətlə qurduğu, habelə Avropa ittifaqı ilə iqtisadi yaxınlaşmaya malik olduğu, ABŞ-la regional stabillik və iqtisadiyyat məsələlərində tərəfdaşlıq yaratdığı region görmək istəyirik”-Corc Kent belə deyib. (virtualaz.org)



Xəbərin oxunma sayı : 331




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap