Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Sovet İttifaqı Qəhrəmanı adı alan alman əsgəri – Hitler onun başını pul kəsmişdi

Tarix 09.11.18, 17:54

Font ölçüsü : - / +
bitmap-img6


17 fevral 1942-ci ildə “Faşizmə ölüm” partizan dəstəsinin üzvləri Smolensk yaxınlığındakı Kurqanovo kəndində yaşayış olmayan kənd evlərinin birindən heç bir müqavimətlə üzləşmədən Alman ordusunun əsgərini ələ keçiriblər. Rus dilində çox çətinliklə danışa bilən alman əsgəri partizanlara başa salıb ki, o, iki aydan artıqdır ki, xidmət etdiyi hissədən qaçaraq işğal olunmuş kəndlərdə gizlənir. Vermaxt əsgəri könüllü olaraq sovet qoşunlarının tərkibində almanlara qarşı döyüşmək istəyində olduğunu da söyləyib. Sözüz ki, onun bu dedikləri partizanlar üçün inandırıcı olmayıb və onlar alman əsgərini qərərgaha aparıblar.

Qərargahda tərcüməçi vasitəsilə alman əsgəri hər şeyi daha aydın izah edib.

Tam adı Frits Qans Verner Şmenkel olan alman əsgəri 14 fevral 1916-cı ildə Almaniyada anadan olub. Almaniya Kommunist partiyasının üzvü olan atası 1932-ci ildə nasistlərin partiya yığıncağına hücumu zamanı öldürülüb. Həmin ərəfədə Şmenkel kommunistlərin gənclər təşkilatına qoşulub və elə həmin vaxtdan da atasının qisasını alacağını özünə söz verib.

Şmenkel kərpic zavodunda işləyib. 1938-ci ildə hərbi xidmətə çağrılanda xəstəlik adı ilə xidmətdən yayınıb. Amma növbəti dəfə həkim komissiyasından keçəndə onun sağlam olduğu və xidmətdən qəsdən yayındığı aşkar olub. Şmenkeli buna görə cəzalandıraraq iki il müddətinə həbsxanaya göndəriblər.



Almaniyanın SSRİ-yə hücumu başlayanda Şmenkel qisas almağın əsl məqamı olduğunu düşünüb və könüllü olaraq hərbi xidmətə yollanıb. Bir neçə aylıq hərbi kurs keçdikdən sonra vermaxtın 186-cı diviziyasının tərkibində qərb cəbhəsinə göndərilib.

Şmenkelin planı döyüş ərazisində sovet qoşunlarının tərəfinə tərəf keçmək və almanlara qarşı döyüşmək olub. Bu planı həyata keçirməkdə isə müəyyən problemlər yaranıb. Rus dilində mükəmməl danışa bilməyən, əynində vermaxt forması olan Şmenkel yaxşı dərk edib ki, təmas xəttini keçəndə heç bir sorğu sualsız güllələrə tuş gələcək. Bütün bunları göz önünə gətirən alman əsgəri fikrindən dönməyib. Gecədən xeyli keçmiş o öz möqeyini tərk edərək meşənin sıx olduğu tərəfə istiqamət alıb. Smolensk ətrafındakı kəndlərə çatana qədər Şmenkel iki gün meşələrdə gecələməli olub. Nəhayət, Podmoşye kəndinə yetişən alman əsgəri kiçik bir müşahidə apardıqdan sonra müəyyənləşdirib ki, hədəf seçdiyi evdə yaşlı qadından başqa heç kim yaşamır.

Beləliklə Şmenkel “hədəf”inin qapısını döyüb. Yaşlı rus qadın qapını açanda uzun-uzadı izahata ehtiyac qalmasın deyə o, bir neçə dəfə “Lenin, Stalin, Telman” deyərək fikrini qısa ifadə edib. Məsələni təxmini də olsa anlayan rus qadın Şmenkeli evinə buraxıb.

İki ay mərhəmətli rus qadınının evində gizli yaşayan Şmenkel buradan partizan dəstələrinə qoşulmağın yollarını axtarıb, bunun üçün gecələr kəndin ətrafına çıxıb, partizanların yerini axtarıb. Amma sonda partizanlarla yox, “özününkülərlə” rastlaşıb. Fevralın 16-da iki alman zabiti onu tutaraq nəzarətləri altında olan Kurqanovo kəndinə gətiriblər ki, səhərisi gün mühakimə olunmaq üçün hərbi tribunala göndərsinlər. Səhərisi gün isə partizanlar onu ələ keçirərək qərərgahlarına gətiriblər.

Partizanlar bir müddət Şmenkeli öz yanlarında saxlayıblar. Ona inanmayıblar. Alman əsgərinin öz fürerinə xəyanət etməsi inandırıcı görünməyib. Hələ ki, ona silah da etibar edilməyib. Qəfil baş verən döyüşlərin birində Şmenkel öldürülmüş partizanın silahını ələ keçirərək alman pulemyotçusunu elə ilk atəşdən məhv edib. Düşmənin arxasında qalan partizan dəstəsinin üzvlərini xilas etməyə nail olub.

Beləliklə, Şmenkel sovet əsgərinin formasını geyinib, ona silah verilib.

Şmenkel növbəti əməliyyatların birində yenidən öz köhnə formasını geyinib, almanların mövqe tutduğu yerə yaxın bir ərazidə 11 alman zabitini əsir götürərək partizanlara təhvil verib.

Alman qoşunlarının kəndlərə tankla hücumu zamanı o, müxtəlif peşə sahibləri olan, heş bir hərbi biliyə malik olmayan partizanlara alman tanklarında yanacağın harada yerləşməsini izah edib, başa salıb ki, həmin yanacaq tutumlarını hədəf seçmək lazımdır. Və beləlikllə də bir əməliyyatda 5 alman tankı sıradan çıxarılıb.

Güclü şaxtaların olmasından partizan dəstəsində ərzaq qıtlığı yarananda Şmenkel yenə hərəkətə keçib. O, yenidən köhnə libasını geyinərək almanlara ərzaq daşıyan yük maşınını partizanların ixtiyarına göndərib.

Şmenkelin bir-birinin ardınca almanlara vurduğu zərbə vermaxtda müzakirəyə çevrilib. Alman əsgərinin törətdiyi əməllər haqqında Hitlerə də məruzə edilib. Fürer Şmenkelin istər dirisini, istərsə də ölüsünü gətirənə böyük məbləğdə pul mükafatı vəd edib.



Bundan xəbərdar olan Şmenkel isə öz fəaliyyətini davam etdirib. O, partizanlar arasında nüfuza, hörmətə sahib olub.
1943-cü ildə hərbi müxbir vəzifəsində çalışan Boris Polevoy (“Əsl insan haqqında povest” əsərinin müəllifi) Şmenkeldən müsahibə alıb. Sonralar Boris Polevoy öz xatirələrində Şmenkel haqqında fikirlərini belə bölüşüb:

“Şmenkel partizan dəstəsinin ən fəal üzvlərindən biri idi. Ruslar və digər millətlərdən olan partizanlar ona böyük hörmətlə, dostcasına yanaşırdılar. Ona ad da qoymuşdular – İvan İvaanoviç. Dəstənin başçısı deyirdi ki, belə yaxşı adamın adı Şmenkel ola bilməz. Rus dilində tam başa düşməsə də, yaxşı danışmağı öyrənmişdi...”

1943-cü ildə partizan dəstəsi sovet qoşunlarının tərkibinə daxil olanda Şmenkel hərbi kəşfiyyat məktəbində kurslar bitirərək “Pole” kəçfiyyat qrupunun komandir müavini təyin olunub. Bu ərəfədə o, "Qırmızı Bayraq" ordeni ilə təltif edilib.

1944-cü ilin yanvar ayında Minsk ətrafında almanların hazırladığı çox böyük bir əməliyyat nəticəsində Şmenkel ələ keçirilib. Fevralın 22-də tribunalın çıxardığı hökmdən sonra güllələnib.

Müharibədən sonrakı illərdə Şmenkelin qəhrəmanlığı unudulub. Yalnız 60-cı illərin əvvələrində arxiv sənədlərinin araşdırılması zamanı Şmenkelin döyüş fəaliyyəti, partizan hərəkatındakı fəallığı, göstərdiyi qəhrəmanlıqlar yenidən gündəmə gəlib.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 6 oktyabr 1964-cü il tarixli fərmanı ilə Şmenkel ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı və “Lenin” ordeni ilə təltif edilib.

Musavat.com





Xəbərin oxunma sayı : 244




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap