Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Milli Məclisdə deputatlar mübahisə etdi:“Hər bir deputat özünə cavabdehdir”

Tarix 15.11.18, 16:51

Font ölçüsü : - / +
bitmap-img6


“Bəzi hallarda demək olmur, jurnalistlər başqa cür yozur. Müəyyən vaxtlarda texniki işçilər Milli Məclisdə qanun layihələrinin qəbulu zamanı səs verirdilər. Bu, parlamentin nüfuzuna xələl gətirir. Doğru olaraq Konstitusiyaya salındı ki, deputat şəxsən özü səs verməlidir”.

Bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Çingiz Qənizadə deyib.

“Kimsə texniki işçiyə arxayın olaraq parlamentin iclasında iştirak etmirsə, birdəfəlik şəxsi işi ilə məşğul olmalıdır. Statusumuza uyğun olaraq, bu qanuna dəyişikliyi müdafiə etməliyik”, – o, deyib.

Ç.Qənizadə Milli Məclisin plenar iclaslarının ikinci hissəsində iştirak etməyən deputatları tənqid edib: “Bəziləri saat 12:00-da Milli Məclisin plenar iclasına gəlir, saat 14:00-dan – fasilədən sonra iclası tərk edir. Həmin vaxt Gəncədə və Şəmkirdə yeyib-içən deputatlar bilməlidirlər ki, saat 16:00-da yenidən Milli Məclisdə olmaq lazımdır. Burada bəhanə axtarmağa ehtiyac görmürəm”.

Deputat İlham Əliyev Ç.Qənizadəyə cavab olaraq deyib ki, hər kəs özünə cavabdehdir: “Deputat plenar iclasın birinci hissəsində qeydiyyatdan keçərək iştirak edir, ikinci hissədə üzrlü səbəbdən iştirak edə bilmirsə, bunu Milli Məclisə necə bildirməlidir? Bəzən elə olur ki, tədbirlərə dəvət olunuruq, bu tədbirlər də, adətən, günün ikinci hissəsində olur. Kimin ikinci hissədə harada iştirak etməsinin kiməsə aidiyyəti yoxdur. Hər bir deputat özünə cavabdehdir”.

Report



Xəbərin oxunma sayı : 166




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap