Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Abel Məhərrəmovun içib dava saldığı konfransdan İspaniya telekanalının reportajı - Şeyx və qudası tək oturub...+VIDEO

Tarix 19.11.18, 23:19

Font ölçüsü : - / +
bitmap-img6


İspaniyanın RTVE telekanalı Madriddə türk əsilli azərbaycanlı iş adamı Əli Evsenin “Evsen Foundation” fondu tərəfindən təşkil edilən və BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun karyerasını bitirən beynəlxalq konfransdan reportaj hazırlayıb. 

Virtualaz.org xəbər verir ki, reportajın videoyazısı ötən gün “Evsen Foundation”un YouTube kanalında yerləşdirilib.

Bir neçə il əvvəl Misirin devrilmiş diktatoru Hüsnü Mübarəkin milyardlarının “yuyulmasında” ittiham edilərək barəsində beynəlxalq axtarış elan olunan və İspaniyada həbs edilən, amma sonradan sərbəst buraxılan Əli Evsen “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” adlı beynəlxalq konfransı artıq üçüncü ildir təşkil edirdi.



Və noyabrın əvvəllərində keçirilən bu konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri arasında Milli Məclisin üzvü və rektor Abel Məhərrəmovun iştirakı ilə baş verən, hətta ispan polisinin müdaxiləsinə gətirib çıxaran qalmaqal barədə məlumatlar ötən həftə mətbuata sızdırılıb. Bunun ardınca Abel Məhərrəmov işdən çıxarılıb. Məlumatlara görə Abel Məhərrəmov bərk sərxoş halda Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəyə sataşıb. Habelə onun Madridə gedərkən özü ilə çəlləklərlə dolu şərab apardığı da  bildirilir.

İspaniya telekanalının reportajının “Evsen Foundation”un reklam şərtləri əsasında hazırlandığı təxmin edilə bilər. Çünki reportajda Azərbaycan nümayəndə heyətinin üzvləri demək olar ki, gözə dəymir. Əksinə,  Əli Evsen və qudası Allahşükür Paşazadənin yanaşı oturduqları görünür. Reportajda iştirakçıların bəzilərinin açıqlamalarına yer verilir, amma konfrans barədə danışanlar arasında da Azərbaycan nümayəndə heyətinin üzvləri yoxdur. Bununla belə reportajın sonunda ötəri də olsa Abel Məhərrəmov gözə dəyir.



Əli Evsen təxminən 16 dəqiqəlik reportaj boyu tərcüməçisi vasitəsilə konfrans və onun dinlərarası dialoqun qurulmasında əhəmiyyəti barədə danışır.

Xatırladaq ki, mətbuata sızdırılan məlumatlara görə Abel Məhərrəmov həm də Əli Evsenlə dava edib, onu İspaniyada səfir işləyən oğluna qarşı “saymamazlıqda” günahlandırıb.



Xəbərin oxunma sayı : 1246




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap