Aygünün qızından yeni fotolar Səmranın sözləri tənqid edildi: “Nə edirsən böyük ombanı, silkələ getsin“ Fədayə Laçının vəkilləri müdafiə çıxışı ediblər – “Səhhəti ağırdır” Bella Hadid alt paltarı reklamında - Fotolar
Axtar
 
  • / Maqazin / — 29 Noyabr 2018

    Aygünün qızından yeni fotolar

  • / Maqazin / — 28 Noyabr 2018

    Səmranın sözləri tənqid edildi: “Nə edirsən böyük ombanı, silkələ getsin“

  • / Hadisə / — 12 Noyabr 2018

    Fədayə Laçının vəkilləri müdafiə çıxışı ediblər – “Səhhəti ağırdır”

  • / Maqazin / — 06 Noyabr 2018

    Bella Hadid alt paltarı reklamında - Fotolar

  • / Maqazin / — 03 Noyabr 2018

    İrina Şeykdən ayrılıq xəbərlərinə cavab

  • / Maqazin / — 31 Oktyabr 2018

    “Aktrisa, aparıcı, müğənni oldunsa, fahişəsən“ - Pərvin Abıyeva

Rusiya Ukraynada seçkini necə qazana bilər? – Kreml tərəfdarları populyarlaşır, Moskva şərtsiz qələbə əldə edə bilər (Təhlil)

Tarix 21.11.18, 21:07

Font ölçüsü : - / +
bitmap-img6


Ukraynada gələn il keçiriləcək seçki yaxınlaşdıqca, Moskvanın maraqları da diqqət mərkəzinə keçir. “The Atlantic Council” təşkilatının vebsaytında Markian Kuzmoviç  yazır ki, 2014-cü ilin Avromaydan İnqilabının ərsəyə gətirdiyi avropapərəst kursa baxmayaraq, Moskvanın maraqlarına daha sıx bağlı olan partiyalar hakimiyyətə gəlməyə real cığır görməkdədirlər.

“Heç bir namizədə yekdil dəstək yoxdur. Seçki rəsmilərindən narazılıq, iqtisadi narahatlıq, müharibənin gətirdiyi sıxıntılardan yoğrulmuş bir nəhəng ortam mövcuddur. Seçki ikinci tura qalsa, qərbyönlü siyasətçi müxalifət namizədi ilə üz-üzə gəlsə, birinci turdan keçməmiş namizədləri dəstəkləyənlər Rusiyayla münasibətlərin normallaşması, Donbasda zorakılığa son qoyulması kimi mesajlara anlam verə bilərlər. Adətən bu və iqtisadi populizm kimi mesajları Rusiyaya sığınmış keçmiş prezident Viktor Yanukoviçin varisləri səsləndirir”, – müəllif yazır.

Müxalifət Bloku və Za Zhyttia partiyaları Rusiyayla münasibətləri normallaşdırmaq, Donbasdakı müharibəni qeyri-hərbi yolla bitirmək istəyir. Onları birlikdə 12,2 faiz dəstəkləyir. Müxalifət Blokunun Boyko fraksiyası və Za Zhyttia partiyası bu yaxınlarda elan ediblər ki, vahid seçki platforması yaradacaqlar. Medianın dəstəyi, qərbyönlü düşərgədə parçalanma və status kvodan narazılıq o deməkdir ki, vahid namizədin ikinci turda real şansı yarana bilər. Hələ bu, Ukrayna elektoratının 16 faiz azalması faktına baxmayaraq belədir. Axı, separatçı regionlar ənənəvi müxalif mövqe ilə seçilirdi.

Müəllif qeyd edir ki, elektorata dezinformasiya ötürmək cəhdləri də gözlənəndir. Avropa Birliyi və NATO ilə bağlı ölkə boyunca fərqli fikirlər hökm sürür, bəzi hallarda neytral və neqativ yanaşmalar pozitiv fikirləri üstələyir. Son bir ildə ölkənin cənubunda və şərqində avroatlantik inteqrasiyaya dəstək azalıb. Digər tərəfdən, Ukraynada neytrallıq tərəfdarlarının sayı 2015-ci ildə 23 faiz idisə, bu il 35 faizə qalxıb. Düzdür, NATO-ya dəstək 41-21 faizdir və indiyədək ölkə tarixində bu səviyyədə olmayıb. Di gəl, NATO-nun opponentləri və neytrallar ucbatından Kiyev rəhbərliyi post-Maydan əhval-ruhiyyəsini dəyişə bilməsə, bu, Moskva üçün qeyri-hərbi yolla qələbə demək olar.

(Azadlıq radiosu)



Xəbərin oxunma sayı : 358

loading...

Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda