Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Antarktidada buz qatının altında “ölü” qitələr var – geofiziklər

Tarix 28.11.18, 23:48

Font ölçüsü : - / +
bitmap-img6


Antarktidanın şərq hissəsi qalın buzlarla örtülüdür. Bəzi alimlər iddia edirlər ki, nəhəng buz qatının altında “donmuş tektonik blok” yerləşir ki, bu kütlə geoloji baxımdan digər qitələrlə həmcins olması ilə fərqlənir. Lakin kosmik peyk vasitəsilə əldə edilən məlumata görə, Şərqi Antarktidanın həqiqətən qitələrin qalıqlıarı üçün bir “qəbiristanlıq” olduğu qənaəti yaranıb. Alimlər ən cənub qitəsinin 3D formatında tektonik xəritəsini tərtib ediblər və məlum olub ki, buz qatlarının altında qədim superqitənin qalıqları var

“The New York Times” qəzetində dərc olunmuş məqalədə deyilir ki, Almaniyanın Kil Universitetinin geofiziki Yorq Ebbinin rəhbərlik etdiyi tədqiqat qrupunun gəldiyi qənaət qravitasiya sahəsinin öyrənilməsi və Okean Dövriyyəsi Tədqiqatçısı (“GOCE”) stasionar peykinin məlumatlarına əsaslanır. Bu stasionar peyk yerin dərin qatlarında cazibə qüvvəsi sahəsini ölçməyə imkan verir.

İngiltərənin Nortumbriya Universitetində Antarktidanın buz təbəqələrini araşdıran alim Keyt Vinter bildirib ki, “GOCE”nin peyk məlumatları sayəsində superqitənin ayr-ayı kiçik detallarını birləşdirmək mümkün olub. Onun sözlərinə görə, Şərqi Antarktida ən azı geoloji baxımdan üç nəhəng kraton (yunancadan tərcümədə “güc” deməkdir) əyalətin olduğu labirintdir. Buz qatlarının altındakı qitələrin möhkəm qaya nüvələri Yer qabığının tektonik hərəkətlərini yüzlərlə milyon illər ərzində dağıdan geoloji amillərdir. Kratonlardan birinin forması Avstraliyanın bir hissəsi ilə eynidir, digərləri isə Hindistanın bir hissəsini xatırladır. Üçüncü kraton dəniz adalarının birləşmiş hissələrinin bənzəridir.

Tədqiqata dair hesabatın müəlliflərindən biri olan Britaniya Antarktida Tədqiqatları İnstitutunun aparıcı geofiziki Fausto Ferraçiolinin fikrincə, “bu əyalətlərin Yer kürəsi tarixinin hansı mərhələsində və necə birləşdiyi, bunun nəticəsində Şərqi Antarktidanın formalaşması barədə çoxlu müzakirələr aparılır”. Onun sözlərinə görə, bu parçalar 1 milyard il əvvəl - “Rodinia” adlı superqitənin yarandığı və ya onun cəmi 500 milyon il əvvəl “Qondvana” superqitəsi ilə birləşdiyi dövrdə bir araya gələ bilərlər. “Hər halda, Antarktida buzlaqlarının altında tapılan nəhəng kütlə 160 milyon il əvvəl “Qondvana”nın parçalanmasının nəticəsidir”, - deyə alim vurğulayıb.

Keyt Vinter buna əlavə olaraq bildirib ki, bu kəşfə rəğmən Şərqi Antarktidanın geoloji tərkibini dəqiq müəyyən etmək üçün uzunmüddətli tədqiqatlar aparılmalıdır. Məsələn, “GOCE”-nin xəritəsinə əsasən, süxurlardan nümunələr götürmək məqsədilə, qazma işləri üçün ideal yer tapmaq və qitənin mərkəzində dərin qazma işləri nə başlamaq olar.

Alim vurğulayıb ki, qlobal istiləşmə dövründə dünyada ən nəhəng buz təbəqəsinin altında nələrin gizləndiyini öyrənmək böyük əhəmiyyət kəsb edir. (AzərTAc)



Xəbərin oxunma sayı : 286




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap