![]() |
|














“Büdcənin bu cür talan edilməsini istəmirəm…” – SAM rəsmi açıqlama yaydı, Rauf Arifoğlu yenidən ittiham etdi! + VİDEO
Tarix 04.12.18, 10:48 |
|

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Türkiyənin Siyasi, İqtisadi və Sosial Araşdırmalar Mərkəzi (SETA) ilə birgə Ankarada “Türkiyə-Azərbaycan əlaqələrinin gələcəyi” mövzusunda beynəlxalq konfrans adı altında təşkil etdiyi tədbirlə bağlı yaranmış qalmaqal haqqında məlumat vermişdik. Bu konfransa dəvət olunan qonaqlardan biri – “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu təşkilatçıları ifşa edən açıqlama yaymış, SAM rəhbərliyinə qarşı ittihamlar irəli sürmüşdü.
Baş redaktorun açıqlamasından belə məlum olmuşdu ki, kimlərsə növbəti dəfə pul “yumaq” üçün bir qrup media nümayəndəsini beynəlxalq konfrans adı ilə Ankaraya aparıb. Tədbirin keçirildiyi zalda isə Azərbaycandan aparılan 15 redaktordan əlavə çox az sayda adam olub. Yəni, bizimkilərin özləri deyib, özləri eşidiblər.
“Nəyə lazımdır, bu oyuncaq konfranslar? Mən niyə Bakıdan Ankaraya gedib, Musa Qasımlını və SAM-çı Cavid Vəliyevi dinləməliyəm? O konfransa yəqin ki, müəyyən qədər vəsait sərf olunub. Amma nə üçün? Axı hamı şahid oldu ki, tam boşuna bir tədbir idi. Nə media vardı, nə də dəvətlilər. Türkiyə Avropa deyil ki, oraya dəvət məsələsində problem ola. Deməli, işləməyiblər, sadəcə, fiksiyadır! SAM rəhbəri Fərhad Məmmədov və digər məsuliyyətli şəxslər bu biabırçılığa cavab verməlidir. Onlar dövləti və prezidenti aldadırlar”, – deyə Rauf Arifoğlu Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovu ittiham etmişdi.
R.Arifoğlunun bu açıqlamasının üzərindən 2 gün keçməsinə baxmayaraq, Fərhad Məmmədov məsələylə bağlı hər hansı açıqlama verməyib. Hələlik susmağa üstünlük verir. Əvəzində Strateji Araşdırmalar Mərkəzi Ankarada təşkil olunan tədbirlə bağlı özünün rəsmi internet səhifəsindən yazılı açıqlama yayıb.
Açıqlamada bildirilib: “SAM və Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi (Türk XİN SAM) birgə əməkdaşlıq çərçivəsində 26-30 noyabr tarixləri ərzində Ankarada “Azərbaycan həftəsi” keçirib. Bu məqsədlə SAM, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Xarici İşlər Nazirliyinin əməkdaşlarından, habelə millət vəkili və müstəqil ekspertlərdən ibarət nümayəndə heyəti Ankaraya səfər edib. Səfər Ümummilli lider Heydər Əliyevin Ankaradakı Heydər Əliyev Parkında ucaldılan abidəsinin ziyarəti ilə başlayıb.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın Ankaradakı səfirliyində, Türkiyənin Prezident Administrasiyasında, Türkiyə XİN SAM, Avrasiya İncələmələr Mərkəzi (AVİM) və Siyasi, İqtisadi və Sosial Araşdırmalar Mərkəzində (SETA) geniş tərkibli dəyirmi masa, görüş və beynəlxalq konfrans keçirib.
Nümayəndə heyəti əvvəlcə Azərbaycanın Ankaradakı səfirliyində olub, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşüb, habelə Ankara Universitetində və Ankarada yerləşən müxtəlif beyin mərkəzlərində fəaliyyət göstərən azərbaycanlılarla Türkiyə-Azərbaycan ikitərəfli münasibətlərinə dair müzakirələr aparıb.
Səfərin ikinci günü, 27 noyabrda SAM-ın nümayəndə heyəti Türkiyənin Prezident Administrasiyasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Tuğba Nur Sönməzlə görüşüb. T.N. Sönməz ikitərəfli münasibətlərin hazırkı vəziyyətinə və gələcək perspektivlərinə dair məlumat verib və hər iki ölkə arasındakı qarşılıqlı əməkdaşlıq sahələrinin gələcəkdə də genişlənəcəyinə ümidvar olduğunu bildirib. Görüş Azərbaycan-Türkiyə əməkdaşlığının tarixi və hər iki ölkənin hökumət başçıları səviyyəsində davam edən mehriban qonşuluq siyasəti, qlobal miqyaslı layihələrin həyata keçirilməsində iki ölkə arasındakı qarşılıqlı dəstək və ölkələr arasındakı strateji tərəfdaşlıq mövzularının müzakirəsi ilə davam edib”.
Daha sonra qeyd olunub ki, SAM Türkiyədə “Azərbaycan həftəsi” çərçivəsində təşkil etdiyi silsilə tədbirləri davam etdirərək Türkiyə XİN SAM və AVİM-də dəyirmi masa formatında görüşlər keçirib: “Türkiyə və Azərbaycan arasındakı qarşılıqlı əlaqələr, bu əlaqələrin siyasi, iqtisadi, təhlükəsizlik və əməkdaşlıq aspektləri və eləcə də regionun siyasi arenasında cərəyan edən hadisələrə dair mövzuların müzakirəsinə həsr edilmiş dəyirmi masalar Türkiyə Universitetlərinin akademik heyəti və eləcə də digər tanınmış tədqiqat mərkəzlərinin nümayəndələrinin müşayiəti ilə həyata keçirilib. SAM səfər çərçivəsində daha bir əhəmiyyətli tədbir — “Türkiyə-Azərbaycan əlaqələrinin gələcəyi” mövzusunda beynəlxalq konfrans təşkil edib.
Türkiyənin Siyasi, İqtisadi və Sosial Araşdırmalar Mərkəzində (SETA) keçirilən konfransda Türkiyə və Azərbaycan arasında siyasi səviyyədə mövcud olan dostluq münasibətlərinin hər iki ölkənin qardaş xalqları arasında da özünü büruzə verdiyini qeyd edən Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Musa Qasımlı ikitərəfli münasibətlərin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığını bildirib. Bundan başqa, Musa Qasımlı hər iki ölkənin müxtəlif beynəlxalq platformalarda da qarşılıqlı şəkildə bir-birinin mövqeyini dəstəklədiyini iştirakçıların diqqətinə çatdırıb.
Tədbirdə SAM-ın Xarici siyasət məsələlərinin təhlili Şöbəsinin müdiri Cavid Vəliyev çıxış edərək Türkiyə-Azərbaycan ikitərəfli əlaqələrinin regionun siyasi konfiqurasiyasına müsbət yöndə təsir etdiyini, siyasi, iqtisadi, enerji və hərbi sahələrdə hər iki dövlətin maraqlarının uzlaşdığını bildirib, eyni zamanda, Azərbaycanın Türkiyənin terrorizm və separatizmə qarşı apardığı mübarizəyə dəstək verdiyini xatırladıb. İki ölkə arasında davam edən siyasi-iqtisadi, mədəni və digər sahələrdəki əməkdaşlığa dair fikir mübadiləsinin aparılması üçün əlverişli platforma rolunu oynayan konfrans Orta Şərq Texniki Universitetinin (ODTÜ) əməkdaşı Oqtay Tanrısevər və Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun keçmiş sədri Necdət Ünüvarın ikitərəfli münasibətlərin inkişafı və gələcək perspektivlərinə dair məruzəsi ilə davam edib”.
Açıqlamada həmçinin bildirilib ki, SAM ilə Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzi arasında 2011-ci ilə imzalanmış Əməkdaşlığa dair Memoranduma əsasən hər ildən bir Türkiyə və Azərbaycanda müvafiq olaraq, “Azərbaycan həftəsi” və “Türkiyə həftəsi” keçirilir: “Cari ildə bu ənənəni davam etdirən Mərkəz Türkiyədə dörd günlük “Azərbaycan həftəsi” təşkil edib. Qeyd edək ki, silsilə xarakterli tədbirlərin əsas məqsədi elm və ictimaiyyət nümayəndələrini iki ölkənin daxili, xarici və təhlükəsizlik siyasəti barədə məlumatlandırmaqdan və ikitərəfli münasibətlərin inkişafına təkan verməkdən ibarətdir”.
Rauf Arifoğlu “BakiPost” saytına açıqlamasında diqqəti ona yönəldib ki, SAM özünün yaydığı 2 saat 10 dəqiqəlik videodan da tədbirin necə biabırçı təşkil olunduğu açıq-aşkar görünür: “Orada cəmi bir videokamera var idi. O da tribunaya tuşlanmışdı. Kadrlardan da göründüyü kimi, çox yaxın məsafədən zalın ilk 4 və 5 oturacağı çəkilir. Hətta ilk 3 və 4 oturacaqlar belə dolu deyildi. Məndə isə tam zalı göstərən fotolar var. Bizim çəkdirdiyimiz selfi və fotolarda zal ümumi görsənir.
Mənim fikrim Fərhad Məmmədovu və konkret şəxsləri ifşa və ittiham etmək deyil. Fikrim ölkəmiz adına edilən yanlışı özlərinə göstərmək idi ki, gələn dəfə bunu etməsinlər. Tədbirdə 1 nəfər də olsun Türkiyə mətbuatını təmsil edən jurnalist yox idi. O tədbiri Türkiyə televiziyaları işıqlandırmadı. İl ərzində bu kimi 100 tədbirin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərin hər birinə konkret məbləğ ayrılıb. O məbləğlər dövlət büdcəsindən gedəcək. Mən büdcənin bu cür talan olunmasını istəmirəm! Buradan 15 nəfəri aparıb, orada özümüzü-özümüzə dinlətdirmənin nə əhəmiyyəti var? Bu işgəncə növüdür, buna gərək və ehtiyac yox idi”.
R. Arifoğlu SAM-ın cavabındakı “Heydər Əliyev parkını ziyarət” məsələsinə də toxunub: “Tədbirin bir hissəsi mərhum prezident Heydər Əliyevin adını daşıyan parka ziyarət və onun heykəlinin önünə gül qoymaq idi. Fərhad Məmmədov da bunu tədbir kimi qeyd edib. Əgər bunu tədbir saymaq olarsa… Orada da iştirak edənlərin sayı az idi. Bakıdan gedən 15 nəfər KİV rəhbəri olmasaydı, orada cəmi 5-6 nəfər olacaqdı. Maraqlı məqama diqqət çəkmək istəyirəm: Türkiyədən gülqoyma və ziyarət mərasiminə dəvət olunan bir neçə şəxs ora yox, mərasimdən sonra təşkil olunmuş ziyafətə qatıldı. Bunun özü də çox maraqlı detaldır. Mən Azərbaycan adına olan bu görüşlərin yüksək səviyyədə olmasını istəyirəm. Ona görə də həmin qeydləri yazmışam. Başqa bir marağım yoxdur”.
Qeyd edək ki, SAM Ankarada keçirilən tədbirin videosunu da öz internet səhifəsinə yerləşdirib (Video aşağıda təqdim olunur-red.). Həmin videodan Rauf Arifoğlunun ittihamlarının həqiqəti əks etdirdiyi, tədbirə Bakıdan gedən redaktorlardan savayı 5-10 nəfərin qatıldığı açıq görünür. Ancaq SAM-ın açıqlamasında bu məsələnin üzərindən sükutla keçilir. Ortada ciddi ittihamların olmasına baxmayaraq, bunlara cavab verilmir.
Belə çıxır ki, SAM rəhbərliyi Ankarada beynəlxalq konfrans adı ilə keçirilən tədbirin pul “yumaq” məqsədinə xidmət etdiyini qəbul edir. Məsələ ondadır ki, bu cür tədbirlərin təşkilinə xeyli miqdarda dövlət vasaiti sərf olunur. Sadə hesablama aparsaq, 15 nəfər baş redaktorun, bir neçə deputat və ekspertin, SAM rəhbərliyinə daxil olan bir qrup şəxsin Ankaraya aparılmasına, orada 4 gün qalmasına, konfrans zalının icarəsinə və sairə azı 100-150 min dolların xərcləndiyini söyləyə bilərik.
Hər halda ictimaiyyəti SAM-ın Ankarada keçirdiyi əhəmiyyətsiz görüşlərə dair açıqlamalar deyil, səslənən ittihamlarla Fərhad Məmmədovun cavabı maraqlandırır.
AzPolitika
Xəbərin oxunma sayı : 157
loading...
Siyasət
Xəbərlər
-
Evlərə “kupça“nı necə almaq olar? - VİDEO
-
Mehriban Əliyeva Zəhraya hədiyyə göndərdi - Foto
-
“Qarabağ“dan xal itkisi, Qəbələdə heç-heçə
-
Toyuqların 70 faizinin tərkibində bu zəhərli maddə var - ABŞ alimlərindən şok xəbərdarlıq
-
Brüsseldə Xocalı mitinqi - Foto, Video
-
“Vasif Talıbov qurub-yaratsın, siz də “masabəyilik” edin” - Deputata daha bir cavab
-
ABŞ-Meksika sərhədində tikanlı məftillər çəkiləcək- Beton bloklar quraşdırılır
-
Eldar Əzizovun “təmizləmə” islahatı davam edir -Bakı meriyasında köklü dəyişikliklər
-
Daxili işlər naziri Ramil Usubov vətəndaşları qəbul edib - Şirvanda
-
Razim Məmmədov 5 rayona kuratorluq edəcək - Xətainin eks-başçısını “qoruyan əllər“
-
Həftənin ən gözəl qolları - Video
-
Avropaya dəniz yolu ilə 8300-dən çox qeyri-qanuni miqrant gəlib - 2019-cu ilin ilk aylarında
-
“Donald Trampı bir az əyləndirərik…” – İran xarici işlər naziri
-
Ordumuz raketləri işə saldı - Fotolar
-
Avropa İttifaqı-ABŞ danışıqları baş tutmadı- Tərəflər razılığa gələ bilməyiblər
-
Prezidentdən yoxlamalarla bağlı daha bir sərəncam - Hökumətə tapşırıq verildi
-
Avropa Parlamentinə seçkilər ərəfəsində intriqa:Yunkerlə Orban necə görüşəcəklər?
-
Şəmkirin icra başçısı Fazil Məmmədovu rayondan qovub - ŞOK İDDİA
-
Azərbaycanlı müğənnidən yenə erotik rəqs – VİDEO
-
Vyetnam prezidenti Kim Çen Inı ölkəsinə dəvət edib- Bu, son 55 ildə KXDR rəhbərinin Vyetnama ilk rəsmi səfəri olacaq
-
Əmanətlərin tam sığortalanması müddəti daha 1 il artırılacaq –Qanuna dəyişiklik edildi
-
“Novostroyka“dakı mənzillərin “kupça“sı... - Qiymətlər elan olundu
-
“Bayağı seriallar bizi çox narahat edir” - MTRŞ sədri
-
Duman, çiskin olacaq, mülayim şimal küləyi əsəcək –Sabaha olan hava proqnozu
-
ƏƏSMN-ə yeni səlahiyyət verildi - Daha İcra Hakimiyyətinə hesabat verilməyəcək
-
ABŞ və Türkiyə müdafiə nazirləri Pentaqonda görüşüblər- Suriyadakı böhranı müzakirə ediblər
-
Qulu Məhərrəmlidən AzTV-dəki dəyişikliklərə reaksiya: “Bu, həm də ortaya bəzi suallar çıxarır”
-
Səudiyyə Ərəbistanı Çinlə yaxınlaşır - 10 milyard dollarlıq neft müqaviləsi!
-
Beynəlxalq Atom Enerjisi Agentliyi:“İran nüvə sazişinə əməl edib“
-
ABŞ-dan ermənilərə “qırmızı vərəqə” - Nikolun Qarabağa görə strateji səhvi
-
Azərbaycanda müasir toxumçuluq laboratoriyası yaradılacaq- Nazirlik rəsmisindən açıqlama
-
Poroşenko “Rossiya 1”-də Putini qatil adlandırdı –VİDEO
-
Azərbaycanlı müğənnidən ehtiraslı poza - Fotolar
-
Klublar Komitəsinə yeni sədr seçildi - “Qarabağ“ və “Qəbələ“ imtina etdi
-
“Standart İnsurance“dan növbəti fırıldaq - Kameraya əl salla, məşhur oldun
-
Azərbaycanın daha bir rayonuna polis rəisi təyin olunub –Nazir əmr imzaladı
-
Ermənilər məşhur Azərbaycanlı jurnalisti öldürmək istəyir – “Bəlkə də bu, sonuncu müraciətimdir” + VİDEO
-
Əri icra başçısının müavini olan direktordan nazirə ŞİKAYƏT - Məktəbi “skype“la idarə edirmiş - VİDEO
-
Azərbaycanda meşələr qorunacaq - Proqram hazırlanır
-
Moskvada Azərbaycan bayrağını təhqir edən ermənini diz çökdürdülər – FOTOLAR
-
Siyavuş Novruzovdan Qüdrət Həsənuquliyevə cavab – “Biz istəsək də birtərəfli qaydada bu statusu ləğv edə bilmərik”
-
Azərbyacanda ən stajlı icra başçıları kimlərdir? –ADLAR
-
Bakıda tikinti dayandırılıb? - Açıqlama
-
Bəşəriyyətin nə qədər ömrü qalıb? -Alimlər Qiyamətin dəqiq vaxtını açıqladılar
-
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib –Vasif Talıbov iştirak edib (FOTO)
-
Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət Mərkəzi yerini dəyişir – Vaxt açıqlandı
-
BDU-nun itkin düşən tələbəsi Xəzər TV-də tapılıb? - Açıqlama
-
“Paşinyan Qarabağla bağlı bəzi tezislərlə razılaşıb” - Davos görüşünün pərdəarxası DETALLARI
-
Yalçın İmanovun vəkilliyinə xitam verildi – Vəsatətlərin heç biri qəbul edilməyib
-
Fransızlar Ermənistan dağlarında qar uçqununa düşdülər
-
Fevralın 25-də dollar neçəyə olacaq? -Mərkəzi Bank rəsmi məzənnəni açıqladı
-
Bakıda daha bir avtobus yandı
-
Azərbaycanlı model bakirəliyini 2,4 milyon avroya satdı - Fotolar
-
FİFA-dan “Çelsi“yə ağır cəza - transfer qadağası
-
Azərbaycan siyasətində ilk təcrübə:ReAL partiyası 40 min imza ilə parlamentə müraciət etməyə hazırlaşır
-
Kreslosunu biznesə dəyişənlər: Sabiq nazirlərin “topdağıtmaz” biznes imperiyaları
-
Beşqat dünya çempionu qayınatasını niyə döyüb? - İdmançının məhkəmədəki tam ifadəsi
-
“Süründürməçilik də olur, rüşvətxorluq da var, insan haqlarının pozulması da“ -Səməd Seyidov
-
”Azərbaycanda ilk rəsmi milyonçu tapmışam” - Natiq Cəfərli
-
ABŞ yeni hücum konsepsiyası hazırlayır -“Əgər Rusiya səmasında...”
-
Mehriban Əliyeva Qarabağ əlili üçün ev tikdirir - FOTO
-
“Qanuni oğru”ların 1 nömrəli düşməni bilindi - nazir Kolokoltsev...
-
“Sipark İnşaat” alimləri süründürür - Şikayət
-
Saxta düyünü əsil düyüdən neçə fərqləndirək? – 4 TEST
-
Bu ilin sonundan Ələt-Astara yolu ödənişli olacaq –Saleh Məmmədov
-
Diaspora Komitəsi azərbaycanlıları Qarabağla bağlı mitinqdə iştirak etməyə çağırdı – BƏYANAT
-
Zakir Qaralov 24 nəfəri qəbul etdi, prokurorlara müvafiq göstərişlər verdi
-
Asif Əsgərovun yaxın adamı ağacları kəsdirdi – Yerində bina tikir
-
Damlanın meneceri: “Mübarizənizi kişi kimi aparın, videodakı qız...”
-
Sabah yağış, qar yağacaq - Xəbərdarlıq
-
Metronun yeni stansiyalarının istifadəyə veriləcəyi tarix açıqlandı - Ünvanlar
-
Sabirabadda sərnişin mikroavtobusu qəzaya uğradı –Ölən və yaralananlar var
-
Azərbaycanlı aktrisanın intim görüntüləri yayıldı - ŞOK VİDEO
-
Aprel ayında Azərbaycanın 10 milyonuncu vətəndaşı doğulacaq –Bununla bağlı hazırlıq aparılır
-
Fazil Məmmədov biznesinin başına keçdi: “Synergy Group” fəaliyyətini genişləndirir
-
Sumqayıtda avtobus qəzası ilə bağlı cinayət işi başlandı
-
Sahil Babayev iki şöbə müdirinə yeni vəzifə verdi – ƏƏSMN-də növbəti dəyişiklik
-
Bakı Modern Məktəbi bağlanır? –AÇIQLAMA
-
Gürcüstan nə istəyir? –QAZ, SOCAR, NATO və QAZPROM LABİRİNTİ
-
Tanınmış iş adamı üsyan etdi:“Tenderlər sövdələşmə ilə satılır, sahibkarlar çıxlımaz vəziyyətə salınır...“
-
Oqtay Şirəliyev gedir: deputat yeni nazir postunda?
-
Damlanın intim videosu yayıldı? - 18+ Fotolar
-
Bakı Nəqliyyat Agentliyi Rəşad Məcidin avtomobilinin görüntülərini yaydı - Qanunsuz park edibmiş?
-
Sumqayıtda 42 nəfərin yaralandığı dəhşətli qəzanın baş verdiyi an - VİDEO
-
“Qaçqın və məcburi köçkünlərin problemləri mənə çox yaxındır“ - Bahar Muradova
-
İşdən çıxarılan icra başçısına vəzifə verildi - Prezident Aparatında
-
Çeçen sürücü avtobusu Putinin iqamətgahına çırpdı – Foto
-
“Qeyri-qanuni tikililərdən çıxın, kirayə haqqınızı biz ödəyək” – Ərdoğan
-
Düşmən gecə mövqelərimizi iriçaplı pulemyotlarla atəşə tutub –Müdaifə Nazirliyi
-
Azərbaycanda ən yüksək əməkhaqqı olan sahələr açıqlandı - CƏDVƏL
-
Messi “Barselona“dan gedir: tarix və yeni klubu açıqlandı
-
Vergi ombudsmanının görəcəyi işlər məlum oldu - VİDEO
-
Ərdoğan və Bahçeli azərbaycanlı jurnalisti vahid namizəd etdi -FOTOLAR
-
Tək şəxsiyyət vəsiqsiylə kredit elanı realdırmı? - VİDEO
-
Sumqayıtda dəhşətli qəza: yaralananların sayı 42 nəfərə çatdı (YENİLƏNİB/VİDEO)
-
Ceyhun Bayramov 104 nəfəri məktəb direktoru təyin etdi - TAM SİYAHI
-
Ter-Petrosyan hakimiyyətə gəlir –Köçəryanın azad olunması çətinləşir
-
ABŞ və KXDR liderləri nə vaxt görüşəcək? –Ağ Evdən açıqlama
-
Kadırova sui-qəsd hazırlayan çeçen “Neolit” olayında - Maraqlı iddialar
-
Rektora belə sual verildi: “Kamal müəllim, siz doğrudanmı təhsildən bixəbərsiniz?”
-
Sumqayıtda avtobus binaya çırpılıb, 30-dan çox yaralı var – VİDEO
-
Prezident Veteranlar Birliyinə 1 milyon manat ayırdı –Sərəncam
-
Krımın işğalından keçən 5 il… – Nələr dəyişdi, Kremlin gözləntiləri özünü doğrultdumu? (TƏHLİL)
-
Bakıda iki bələdiyyənin sədri istefa verdi –ADLAR
-
Koçaryanın oğlu ağır cinayətlərdə ittiham olunur –Sedrak Koçaryanın ölkədən çıxışı yasaqlandı, istintaq gedir
-
İnam Kərimov Sabirabadda vətəndaşlarla görüşəcək –Tarix bəlli oldu
-
Magistraturalara qəbul imtahanının birinci mərhələsi başlayır –DİM-dən xəbərdarlıq
-
Vasif Talıbov institut direktorunu təltif edib –Sərəncam
-
Gömrük Komitəsi ölkəyə gətirilən quzu ətini bahalaşdırır? –Rəsmi izahat
-
Azərbaycan sərhədini pozan 5 əcnəbi saxlanıldı - DSX açıqlama yaydı + FOTO
-
“Nar” ölkə üçün əhəmiyyətli sosial layihələrini davam etdirir - Açıqlama
-
Deputat yalan danışır? - Dəhşətli qəza ilə bağlı müəmmalar var
-
Aysundan diqqətçəkən pozlar - Fotolar
-
Simeone qeyri-etik jesti barədə - “Demək istədim ki...“
-
Türkiyədən gələn kişi arvadını yad kişi ilə tutdu və... – İsmayıllıda şok olay
-
Azərbaycanda boşanma epidemiyası sürətlə yayılır – “Əsas səbəb kasıblıq və…”
-
Prezident İlham Əliyev Ağdamla bağlı sərəncam verdi –2,3 milyon ayrıldı
-
Sabunçu Rayon Məhkəməsində sensasion insident –Hakim və prokurora hücum olub
-
“AFB Bank“ı satın alan Hikmət İsmayılov kimdir? - MARAQLI FAKTLAR
-
Vitse-spikerdən növbənkənar parlament seçkisi xəbərinə reaksiya:İddialar başqa, qanunvericilik başqa şeydir”
TOP 10
ARXİV