Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

4 min ildir ki, yerin altında yaşayırlar - Səbəbsə, olduqca maraqlıdır - Fotolar

Tarix 04.12.18, 16:45

Font ölçüsü : - / +
bitmap-img6


Çinin Henan əyalətinin Sanmenxia kəndində insanlar 4 min ildir ki, yerin altında yaşayırlar. Bu kənddə bütün evlər yerin altında tikilib. Hazırda isə orada 3 mindən çox insan məskunlaşıb.

Qeyd edək ki, Henan əyalətində doğulmaq hər bir çinli üçün qürur mənbəyidir. Belə ki, Henan Çinin ən qədim tarixə malik torpağıdır, eyni zamanda ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacının 20 faizdən çoxunu ödəyə bilir.

Bütün bunlardan əlavə bu əyaləti digərlərindən fərqləndirən əsas ünsür Sanmenxia kəndidir. Burada insanlar yerin altında yaşayırlar.

3 mindən çox insanın yaşadığı bu kənd illərdir ki, öz orijinallığını qoruyub saxlaya bilib.

Sanmenxia kəndi son bir ildir ki, Çin turizminin əsas mərkəzlərindən birinə çevrilib.


Bəs, nə üçün insanlar yerin altında yaşayırlar?

Əsas səbəb bu ərazinin kəskin hava şəraitidir. Yerin altında inşa olunması evlərin qışda isti, yayda sərin olmasına imkan verir.

Belə evlərin inşası bir xeyli vaxt aparıb. Təkcə yerin altında yeddi metrlik bir yer və altı mağara yaradılması üçün 3 il vaxt sərf olunur.

Statistics show that there are still over 3,000 people living in cave dwellings while others have moved to storied houses

Bu evlər bir çox insanlara sivilizasiyadan kənar kimi görünsə də, buradakı insanlar özləri üçün müasir Qərb evlərinin şəraitini yarada biliblər.

Belə ki, evlərdə bir-birindən ayrı hamam, qonaq otağı, yataq otağı hətta heyvanlar üçün sığınacaqlar da mövcuddur. Evdə həmçinin fərqli istiliklərə qədər tənzimlənə bilən 7 sobalı mətbəx var.

Bu da yemək bişirən şəxsin eyni anda fərqli yeməklər bişirməsinə imkan yaradır. Nəzərə almaq lazımdır ki, bu cür evlər 4 min il əvvəl inşa olunub. Ona görə də demək olar ki, hazırki evlərin qədim versiyası Çində inşa olunub. 

Evlərin qədimliyini qorumaq üçün yeni iş yerləri bu ərazilərdən kilometrlərlə uzaqda inşa olunur.







Xəbərin oxunma sayı : 178




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap