Əməkdar artist: ““Eurovision”da ən yadda qalan onların çıxışı idi” – VİDEO Son 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıb - RƏSMİ Arvadı Eserdən yeni villa istəyir Tacir Şahmalıoğludan efirdə ŞOK SÖZLƏR: “Tellinin hər yerini yeyərəm“ - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 May 2019

    Əməkdar artist: ““Eurovision”da ən yadda qalan onların çıxışı idi” – VİDEO

  • / Maqazin / — 19 May 2019

    Son 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıb - RƏSMİ

  • / Maqazin / — 19 May 2019

    Arvadı Eserdən yeni villa istəyir

  • / Maqazin / — 18 May 2019

    Tacir Şahmalıoğludan efirdə ŞOK SÖZLƏR: “Tellinin hər yerini yeyərəm“ - VİDEO

  • / Maqazin / — 18 May 2019

    Nüşabə Ələsgərlinin əri ilə yeni FOTOLARI

  • / Maqazin / — 14 May 2019

    Azərbaycan və türk musiqisinin yer almadığı Bakı karaokeləri

Qulinin Türkiyədən Azərbaycana gətirildiyi təsdiqləndi - Təfərrüat

Tarix 04.12.18, 17:18

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə hakimiyyəti 46 yaşlı "qanuni oğru” Nadir Səlifovu (Quli) ekstradasiya edib.

Reyting.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Səlifov Azərbaycan paytaxtına – Bakıya gətirilərək ev dustağı edilib. 

Beləliklə, "qanunçu” azadlıqda bir ildən bir az artıq qalıb – o, 2017-ci ilin oktyabr ayında Azərbaycandakı 22 illik həbsxana həyatından sonra azadlğa buraxılıb və dərhal əvvəlcə Gürcüstana, sonra Türkiyəyə gedib. O zaman Azərbaycanın Daxili İşlər Nazirliyinin Quliyə heç bir iddiası olmayıb. 

Ancaq 2018-ci ilin yayında Azərbaycan hakimiyyəti hətta formal olaraq ölkə vətəndaşı olmasa da, Qulinin geri verilməsini tələb etməyə başlayıb.

 Quli 1995-ci ildə əlində sovet pasportu ilə həbs edilib, onun doğulduğu yer Gürcüstanın Dmanisi rayonudur. 

Qeyd edək ki, nüfuzlu "qanuni oğru”nun vereilməsini Rusiya tərəfi də tələb edir. Ötən ilin sonunda Moskvanın Presnen məhkəməsi və Samaranın rayon məhkəməsi Səlifovu insan oğurluğu ittihamı ilə qiyabi olaraq həbs ediblər. 

O, adam oğurluğu və azad olunması müqabilində pul tələb dilməsinin təşkilində günahkar hesab olunur. Bu iş üzrə daha 4 nəfərin adı keçir. Onların hamısı iş adamı Kamal Quliyevin 2015-ci il dekabrın 18-də Tolyattidə oğurlanmasında təqsirkar bilinir. 

Oğrular onu "Olimp” idman kompleksinin yaxınlığından götürərək qohumlarından 10 milyon avro tələb ediblər. Quliyev Qulinin əlaltılarından biri – Maksud Qurbanovun sayəsində qaçmağa nail olub. 

Qurbanov sonradan əvvəl törətdiyi qətlə görə saxlanılıb. Cəzasını yüngülləşdirmək naminə istintaqla işbirliyinə gedib və Səlifovun əleyhinə ifadə verib. İstintaq hesab edir ki, "qanuni oğru” oğurluğu hələ həbsxanada ikən təşkil edib.

Etibarlı mənbə bildirir ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının Qulini Türkiyədən tələb etməsi məhz Rusiyanın xahişi ilə bağlı ola bilər. Çünki Türkiyənin siyasi səbəbdən bu xahişi yerinə yetirməsi "əlverişli” deyil. İndisə Azərbaycanın timsalında vasitəçi kimi Qulinin Rusiya güc strukturlarının ixtiyarına veriləcəyi istisna olunmur. 



Xəbərin oxunma sayı : 427

loading...

Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda