|
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Utanc və korrupsiya tablosu: Bakı küçələrinə ayrılan 2.300 ton duzu kimlər “yeyib“?
Avropa İttifaqında daxili ziddiyyətlər artır - TƏHLİL
Tarix elmləri namizədi olan Prezident – İlham Əliyev hansı mövzuda elmi işi müdafiə edib?
Güləddin Dadaşovu korrupsiya və çoxsaylı şikayətlər bitirir: “Azərkontrakt” ASC sədri kim olacaq?
Prezident nöqtəni qoydu - “Dediyim marşrut açılmasa, biz Ermənistanla...”
Prezident Administrasiyasının şöbə müdiri:“Rəsmi Bakı heç bir dövlətin daxili işlərinə qarışmır...“
Tarix 04.12.18, 21:25 |
|
Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Brüsseldə dərc olunan nüfuzlu "Euractiv" qəzetinə müsahibə verib.
AzFakt.com həmin müsahibəni təqdim edir:
- Postsovet məkanında bir neçə "dondurulmuş münaqişə” var. Amma onların bəzilərini "dondurulmuş” hesab etmək olmaz. Çünki bu münaqişələrdə hələ də silahlardan istifadə olunur, insanlar həyatını itirir. Dağlıq Qarabağ da belə münaqişələrdən biridir. Ermənistanda yeni baş nazirin hakimiyyətə gəlişindən sonra bu istiqamətdə hansısa dəyişikliklər olubmu? Münaqişənin həllində müsbət iinkişafa ümid varmı?
- Bu il noyabrın 11-də Birinci Dünya müharibəsinin başa çatmasının 100-cü ildönümü qeyd olunub. Təəssüflə qeyd etmək lazımdır ki, bu gün Avropada, Azərbaycanın işğal altındakı əraziləri boyunca Birinci Dünya müharibəsini xatırladan səngərlər var.
Buna görə sizinlə razıyam. Bu münaqişəni metaforik olaraq "dondurulmuş” hesab edənlər yanılır. Birinci və İkinci Dünya müharibəsi göstərib ki, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı gücdən istifadənin dəhşətli fəsadları olur. Odur ki, dövlətlərin beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin dəyişdirilməsinə cəhd qəbuledilməzdir.
Əgər Ermənistandakı yeni hökumət sivil dövlət qurmaq, əhalisini layiqli həyatla təmin etmək niyyətindədirsə, rəsmi Yerevan üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməli, BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, qoşunlarını Azərbaycanın işğal altındakı ərazilərindən çıxarmalıdır. Bundan əlavə, azərbaycanlı məcburi köçkünlər doğma torpaqlarına qayıtmalı, ədalət bərpa olunmalıdır. Ədalət olmadan sülhü təmin etmək mümkün deyil.
Ermənistan qonşu ölkələrlə sülh şəraitində yaşamağı öyrənməlidir. O, hərbi təcavüzü, ərazi iddialarını və öz-özünü təcrid etməyi dayandırmalıdır. Yalnız bundan sonra hərbi riskləri aradan qaldırmaq, işğalla əsaslanan status-kvonu dəyişdirmək olar. Nəticədə münaqişənin siyasi yolla həllinə imkan yaranar.
Yeri gəlmişkən, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər (Fransa, Rusiya, ABŞ) bu münaqişə ilə bağlı status-kvonun dəyişdirilməsinə ehtiyac olduğunu hətta prezidentlər səviyyəsində dəfələrlə vurğulayıblar. Ermənistandakı yeni hökumətdən də bunu gözləyirik. Onlar əvvəlki hərbi xunta rejiminin səhvlərini təkrarlamamalıdır.
Bu ilin sentyabrında Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası əsnasında Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında söhbət olub. Nəticədə Azərbaycan konstruktiv mövqeyini, münaqişənin danışıqlar yolu ilə həllində qətiyyətini bir daha nümayiş etdirib. Atəşkəs rejiminin gücləndirilməsi, aşağı səviyyələrdə kommunikasiyanın yaradılması, danışıqlara dair öhdəliklərin təmin edilməsi ilə bağlı şifahi razılıq əldə olunub.
Azərbaycan Ermənistandakı seçkidən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklif etdiyi və dəstəklədiyi substantiv, intensiv danışıqlara hazırdır. Amma təəssüf ki, Bakının konstruktiv və xoşniyyətli mövqeyinə rəğmən, Yerevan Azərbaycanın işğal altındakı ərazilərində qeyri-qanuni fəaliyyətini davam etdirir. Bu, danışıqlar üçün əlverişli mühitin yaradılmasına ciddi zərbə vurur.
- Ermənsitanın Azərbaycanda ciddi narahatlıq yaradan fəaliyyətinə misal göstərə bilərsinizmi?
- Ermənistan Azərbaycanın işğal altındakı ərazilərində anneksiya siyasəti yürüdür, qeyri-qanuni fəaliyyətlər həyata keçirir. Bununla o, işğal əsaslanan status-kvonu möhkənləndirməyə çalışır. Rəsmi Bakıda xüsusilə ciddi narahatlıq yaradan məsələ Suriya ermənilərinin işğal altındakı ərazilərdə məskunlaşdırılması, bu ərazilərdə demoqrafik vəziyyətin süni şəkildə dəyişdirilməsidir. Humanitar hüquqa və Cenevrə Konvensiyalarına əsasən, işğal edilmiş ərazilərdə qeyri-qanuni fəaliyyət qadağandır. İşğal altındakı ərazilərdə mineral sərvətlərin istismarı və onların İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzv ölkələrinə qeyri-şəffaf şəkildə ixrac edilməsi də ciddi narahatlıq yaradır. Bununla yanaşı, Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycan xalqının əsrlərlə mövcud olan mədəni irsini məhv edir. Onlardan bəzilərinin bərpası artıq mümkün deyil. Sülh prosesinə xələl gətirməklə bərabər, Azərbaycanın işğal altındakı ərazilərinə qeyri-qanuni səfərlər və bu ərazilərdə qanunsuz əməllərin həyata keçirilməsi etnik təmizləməyə məruz qalmış 1 milyondan çox azərbaycanlı məcburi köçkün və qaçqının kollektiv hüquqlarının pozulmasıdır.
- Rəsmi Bakı bütün əsas qlobal ölkələrlə yaxşı əlaqələrə əsaslanan siyasət yürüdür. Lakin qlobal ölkələr arasında münasibətlər daha da pisləşir: ABŞ ilə Avropa İttifaqı arasında münasibətlər indiyədək olmadığı qədər pisdir, Vaşinqtonla Pekin arasında əlaqələrdə problemlər var, Rusiya ilə Qərb ölkələri arasındakı münasibətlər narahatedicidir. Bugünkü vəziyyəti necə qiymətləndirirsiniz? Bu, Azərbaycan üçün necə nəticələnə bilər? Ölkənizin beynəlxalq səviyyədə rolu necə olacaq?
- Beynəlxalq münasibətlərdə artan gərginlik və ziddiyyət beynəlxalq ictimaiyyətinin məsuliyyətli üzvü olan Azərbaycanı da narahat edir. Çünki rəsmi Bakı qanunlara əsaslanan beynəlxalq siyasi və iqtisadi düzəni dəstəkləyir. Bununla yanaşı, o, çoxşaxəli beynəlxalq münasibətlərin və əməkdaşlığın tərəfdarıdır.
Azərbaycan universal təsisatlarla bağlı islahatların və onların müasir dövrə uyğunlaşdırılmasının sadiq tərəfdarıdır. Bakı 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək (Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirən beynəlxalq təsisatdır. Bu təşkilata üzv ölkələr heç bir hərbi bloka qoşulmur). Beynəlxalq sülh və təhlükəsizlik məsələləri Qoşulmama Hərəkatının gündəmində olan prioritet mövzulardır. Azərbaycanın sədrliyi dövründə bu hədəflərə töhfə verməsi üçün güclü iradəsi var. Azərbaycan ziddiyyətlərdən uzaq durur və ikitərəfli səmərəli əməkdaşlıq formaları ilə öz nümunəsini təqdim edir. Bu gün ölkəmiz qlobal sülh platforması rolunu oynayır. Müxtəlif mövqeləri olan ölkələr Azərbaycanda ortaq məxrəc tapır. Məsələn, Rusiya, ABŞ və NATO-nun hərbi liderləri müntəzəm olaraq Bakıda görüşür.
Yeri gəlmişkən, sualınız mənə prezident İlham Əliyevin Şimali Atlantika Şurasının iclasındakı sözlərini xatırlatdı. Dövlətimizin başçısı o zaman demişdi: "Biz dostlarımızın da bir-biri ilə dost olmasını istərdik”. Bu bəyanat qüvvədə qalır.
- "Bir kəmər - bir yol” təşəbbüsü Azərbaycan üçün nə qədər vacibdir? Ələtdəki Beynəlxalq Dəniz Ticarət Limanı şübhəsiz ki, bu böyük mozaikanın bir hissəsidir. Amma Avropa İttifaqı Çinin bu planından narahatdır və bununla bağlı Pekinə öz təklifini verib. Ölkələr üçün uduşlu plan necə ola bilər?
- Azərbaycan tarixən qədim İpək Yolunun bir hissəsi olub. Ölkənin tarixi təcrübəsinə, coğrafi mövqeyinə, həmçinin Azərbaycanın qlobal ticarətə töhfə vermək əzminə görə rəsmi Bakı belə layihələrdə fəal iştirak edir. Bununla yanaşı, o, bağlantı və uzlaşmalarla əlaqədar müxtəlif modellərin yaradılmasına töhfə verir. Bu gün ölkəmiz regionda ən müasir infrastruktura malik dövlətdir. Buraya İpək Yolunun yerüstü, hava, dəniz və dəmir yol komponentləri daxildir. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi bunun ən bariz nümunəsidir. Çin "Bir kəmər - bir yol” təşəbbüsünü irəli sürdükdən etibarən Azərbaycan bu layihəni dəstəkləyir. Bununla yanaşı, ölkəmiz Aİ-nin uzlaşma və bağlantılarla əlaqəli konsepsiyasını da təqdir edir. Nəqliyyat dəhlizlərinin yaradılması təkcə yük daşınması demək deyil. Əlbəttə ki, bu, daha böyük anlam kəsb edir. Çünki qədim İpək Yolu göstərib ki, bu, sivilizasiyaların, mədəniyyətlərin əməkdaşlığı və qarşılıqlı zənginləşməsidir. Azərbaycan isə müasir infrastrukturu və geniş regionlara çıxış imkanları sayəsində "Şərq-Qərb” layihəsi vasitəsilə Çin və Avropa bazarlarının birləşməsinə töhfə verir. Bu layihə ilə Çindən Avropaya ən qısa və sərfəli vaxtda yük daşınması mümkün olacaq. Bununla çox sayda iş yerləri yaradılacaq, ölkələr çiçəklənəcək və sabitlik olacaq. Ölkələr üçün uduşlu plan məhz budur.
- Azərbaycan həm coğrafi, həm də digər xüsusiyyətlərə görə Türkiyə və İranla yaxındır. Amma Aİ üçün geosiyasi ambisiyaları olan belə tərəfdaşlarla işləmək hər zaman asan olmur. Bu məsələ ilə bağlı məsləhət verə bilərsinizmi?
- Qonşu ölkələrlə əlaqələr Azərbaycanın xarici siyasəti üçün prioritet məsələdir. Düzgün qeyd etdiniz ki, ölkəmizin həm Türkiyə, həm də İranla dostluq və tərəfdaşlıq əlaqələri var. Heç kəsə məsləhət verə bilmərik. Amma Azərbaycan öz təcrübəsini bölüşə və özü ilə bağlı nümunələri göstərə bilər. Ölkəmiz şəffaf, təxmin edilən, müstəqil xarici siyasət yürüdür. Rəsmi Bakı heç bir dövlətin daxili işlərinə qarışmır, Azərbaycan öz maraqları ilə tərəfdaşlarının maraqları arasında ortaq nöqtə tapmaq yolu ilə regional əməkdaşlıq imkanları təklif edir.
Hesab edirik ki, ən yaxşı inkişaf bölüşülən inkişafdır. Nəticədə sülhə və dostluğa əsaslanan qonşuluq münasibətlərinin yaradılmasına töhfə veririk.
Azərbaycan Türkiyə və İranla ikitərəfli, həmçinin üçtərəfli formatda əməkdaşlıq edir. Bu, qarşılıqlı faydalı olan regional əməkdaşlığa töhfə verir. Sonda onu əlavə etmək istərdim ki, qarşılıqlı xoş niyyətə əsaslanan ümumi maraqlar və etimad sayəsində ikitərəfli əməkdaşlıq modelləri ilə bağlı uğur qazanmaq mümkündür.
Xəbərin oxunma sayı : 121
Müsahibə
Xəbərlər
-
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
-
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
-
DİN vətəndaşlara müraciət edib - “Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın”
-
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
-
Quzu ətindən baha olan göbələk növü - VİDEO
-
“Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır“ - Ukraynalı deputat
-
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
-
Nazir üç universitetə yeni prorektorlar təyin etdi - FOTO
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
“Ermənistan Rusiya ilə münasibətləri uçuruma aparır” - Lavrov
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - FOTOLAR
-
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
-
7-8 il əzab verdiyi arvadı gözünü itirib... - TƏFƏRRÜAT
-
“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Bu şəxslərin evləri təmir olunacaq: yarım milyon ayrıldı
-
Ramiz Mehdiyev məhkəmə qarşısında - Onu hansı cəza gözləyir?
-
Himayədar ailə olmaq istəyənlərin nəzərinə - Güzəşt tətbiq ediləcək
-
Taksilərlə bağlı yeni tələblər müəyyənləşdi - Nələr məcburi olacaq?
-
Azərbaycanda sahə rəisi həmkəndlisini niyə güllələyib? - TƏFƏRRÜAT
-
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
-
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
-
Daxili işlər naziri Şamaxı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO/VİDEO
-
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
-
Taleh Qaraşovun qardaşı oğluna hökm oxundu - Atasını öldürmüşdü
-
Azərbaycanda taksilər bu rənglərdə olacaq - Qərar verildi
-
Dövlət Xidmətindən xəbərdarlıq - Bu mesajlar telefonunuza gəlirsə...
-
Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
-
Tramp İncil satmağa başladı - VİDEO
-
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
-
Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN
-
Bakıda İran vətəndaşına hökm oxundu - Casusluğa görə
-
“Ermənistan “Dağlıq Qarabağ”ın “hökuməti”ni tanımır” - Paşinyan
-
Yeni qərar kredit faizlərini endirəcək? - AÇIQLAMA
-
“KTMT üzvləri su uğrunda münaqişələrlə üzləşə bilər“ - Baş katib
-
İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər - TƏFƏRRÜAT
-
“Telegram“ getdikcə terrorçuların əlində alətə çevrilir“ - Kreml
-
“Lifttəmir”in direktoruna şiddətli töhmət verildi – İki rəis vəzifədən kənarlaşdırıldı
-
“Vətəndaşlarımız Rusiyada terrora cəlb edilir“ - Qırğızıstanın əmək nazirliyi
-
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb
-
Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - Sabahın havası
-
Diri atı 340 manata Qazaxıstana satıb, kiloqramı 2,9 manata Qazaxıstandan at əti alırıq – RƏSMİ
-
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat
-
Mərkəzi Bank dollara tələbin artmasının səbəblərini AÇIQLADI
-
“İrəvan bizim işimizdə iştirak etmir“ - KTMT-nin Baş katibi
-
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
-
YAP qarşıdakı seçkidə bu deputatlardan imtina edəcək? - SİYAHI
-
Uşaq bağçalarında müdir vəzifəsinə qəbulun test mərhələsinin vaxtı AÇIQLANDI
-
Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev
-
Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO
-
Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verdi - VİDEO
-
DTX 27 dövlətə xəyanət işinin ibtidai istintaqını aparıb - Əli Nağıyev açıqladı
-
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
-
“Rusiya “Crocus”da terrorun hazırlandığını hələ fevraldan bilirdi“ - Budanov
-
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Ucar rayonunda dəhşətli cinayət
-
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
-
Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı yenilik: Qeydiyyatsız tikililərlə bağlı qərar - VİDEO
-
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? - VİDEO
-
Lalə Məmmədovadan cazibədar - Fotosessiya
-
“Yəqin ki, yığmadan gedəcəkdim“ - Messi açıqladı
-
Hikmət Hacıyev NATO-nun eks-baş katibi barədə: “Hesabatına ödənişi əlavə etməyi unudub”
-
Tikinti materialları bazarında son vəziyyət: Hansı məhsullar ucuzlaşdı?
-
Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq - Xəbərdarlıq
-
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib - Ölən və yaralananlar var
-
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
-
Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ
-
“55 min manat ver, övladının maddəsini dəyişdirib azadlığa buraxdırım” - Məhkəmə
-
“ABŞ-ni yenidən dua oxumağa məcbur etməliyik” - Tramp
-
“Fransa Azərbaycanla Ermənistan arasında razılaşmaların həyata keçirilməsinə mane olur” - Zaxarova
-
Ramazan ayının 18-cı günü - İmsak və iftar vaxtı
-
“Qərbi ərköyün övladına qarşı təzyiqləri artırmaq lazımdır” - Ərdoğan
-
Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA
-
Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ
-
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
-
Yüzə yaxın ailə təhlükədə: Zaqataladakı qəzalı körpü niyə təmir edilmir? - VİDEO
-
“Düzəltdiyim dəmiri silah üçün istifadə ediblər“ - “Bravo“da silahlı hücumla bağlı məhkəmə
-
2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI
-
Samuxun ötən əsrdən qalma keçilməz yolları - VİDEO
-
Prorektorun qətlini sifariş etməkdə təqsirləndirilənlərə ağır cəza istənildi - MƏHKƏMƏ
-
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
-
Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb
-
Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA
-
Ağalarovun “Crocus City Hall” konsert zalı bankda girov imiş - Yeni DETALLAR
-
“Bahalaşmanı müsbət qarşılamaq lazımdır“ - Deputat
-
“Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb“ - Paşinyan
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ukraynada rusiyalı agentlər ifşa edildilər - FOTO
-
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
-
Mərkəzi Bank Hökumət Ödəniş Portalını niyə ləğv edib? – “Ən çox zərbə mikrosahibkarlara dəyir...”
-
“Rusiyada baş verən terror aktını hər gün Türkiyədə törətmək istəyənlər var“ - Ərdoğan
-
Jurnalistlərin bitirdiyi gömrük polkovniki – Onu Bakıdan qardaşları ilə birlikdə aparıblar
-
Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
-
Dəmiryol Vağzalının qarşısında bir sutka parkinqin qiyməti 30 manat olacaq – Tariflər
-
Bakıda qəribə hadisə: Özünün xəbəri olmadan işə götürüldü - VİDEO
-
“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? – FOTO
-
“Dünyanın gələcəyi Çin-ABŞ münasibətlərindən asılıdır“ - Si Cinpin
-
Elçin Babayev yenidən BDU-nun rektoru təyin edildi - Sərəncam
-
“Traktor” komandasının azarkeşləri yeni şüar təqdim ediblər - VİDEO
-
Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın havası
-
Arıqlamaq üçün istifadə edilən toxumların faydası və zərəri nələrdir? - ARAŞDIRMA
-
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid dəfn olundu - FOTO
-
Bakıda qəbiristanlıqda çayxana tikmək istədilər-VİDEO
-
Yeraltı dayanacaqlarda kəskin qiymət artımının səbəbi nədir? - AÇIQLAMA
-
“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən açıqlama
-
Binəqədidə binanın zirzəmisi su ilə dolub: Təhlükəli vəziyyət yaranıb - VİDEO
-
Mərkəzi Bank növbəti faiz qərarını açıqlayacaq - Tarix bəlli oldu
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOLAR + VİDEO
-
Bakıda evə neft axır - VİDEO
-
Mənzil alışında yeniliklər - Nələr dəyişəcək?
-
“Serbiya tezliklə çox böyük təhlükə ilə üzləşəcək“ - Vuçiç
-
Qəbiristanlıqlar hasarlanır və zəbt edilir - VİDEO
-
Bayram günlərində yüzlərlə şəxs xəstəxanaya yerləşdirilib - RƏSMİ
-
Müdafiə Nazirliyindən 30 yaşınadək hərbi vəzifəlilərə müraciət - VİDEO
-
Pakistanda terror hücumu nəticəsində çinlilər həlak oldular - FOTO
-
Bəzi yerlərə yağış və qar yağıb - FAKTİKİ HAVA
-
Sumqayıtda Musiqi Kolleci köçürülür: Valideynlər nədən narazıdırlar? - VİDEO
-
Qırğızıstanın sabiq vəzifəli şəxsi Azərbaycanda həbs edildi - VİDEO
-
“Aİ və ABŞ-nin açıqlamaları qərəzli xarakter daşıyır” - Azərbaycan XİN
-
Güney Azərbaycanın incisindən yeni görüntülər - VİDEO
TOP 10
ARXİV