Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Mircəfər Bağırovun 1937-ci ildə Stalinə yazdığı qapalı məktub üzə çıxdı –Dörd min adamın həbsi üçün icazə istənilir (FOTO)

Tarix 05.12.18, 12:08

Font ölçüsü : - / +
bitmap-img6

Mircəfər Bağırovun 1937-ci ildə Stalinə yazdığı qapalı məktub üzə çıxdı –Dörd min adamın həbsi üçün icazə istənilir (FOTO)


Tarixçi alim Ədalət Tahirzadə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Mircəfər Bağırovun əməllərini sübuta yetirən sənədin fotosunu yayıb.

Strateq.az bildirir ki, tarixçi  Mircəfər Bağırovun Azərbaycan vətəndaşlarına qarşı repressiya siyasəti apardığını bildirərək, onu dəstəkləyənləri tənqid edib: “Mircəfər Bağırov 9 iyul 1937-ci ildə SSRİ rəhbəri Stalinə məktub göndərərək, minlərlə insanın tutulub məhv edilməsinə icazə istəyir!”.

M.Bağırov Stalinə yazdığı məxfi məktubda Azərbaycanda 4 min şəxsin tutulması üçün sanksiya verilməsini xahiş edir. Həmin şəxslər kateqoriyalara bölünür: 1800 qolçumaq, 2200 cinayətkar. Onların arasında 500 şəxs “birinci kateqoriyadan olan qolçumaq və 500 cinayətkar” kimi qeyd olunur.

Stalinə yazılan məktubda vurğulanır ki, həbs olunanların 250 nəfəri müsavatçılar, ittihadçılar, daşnaklar və ruhanilərdir. Digərləri isə sovet hökümətinə qarşı mübarizə aparan qaçaq dəstələrinin üzvləridir.

Məktubda Stalindən xahiş olunur ki, həbs edilmiş bu şəxslərin ailə üzvlərinin NKVD-nin düşərgələrinə göndərilməsi təmin olunsun.

Bunun üçün 1937-ci ildə məhkəməsiz qərar çıxaran “üçlük”lərə əlavə buraxılış sanksiyalarının verilməsi istənilir. Məktubda Azərbaycandakı bu qara “üçlük” üzvlərinin adları da qeyd olunub. Bunlar Sumbatov, Teymur Quliyev və Cahangir Axundovdur. M.Bağırov bu adamlara qərar çıxarmaq üçün səlahiyyət verilməsini xahiş edir.






Xəbərin oxunma sayı : 439




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap