Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanda kredit riskləri ilə bağlı yeni qərar verildi –Detallar

Tarix 06.12.18, 14:08

Font ölçüsü : - / +
bitmap-img6


Maliyyə Bazarlarına Nəzarət Palatası “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalan qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında qaydalar”ı təsdiq edib.

AzFakt.com “Report”a istinadən xəbər verir ki, yeni qaydalarda kredit risklərinin maksimum miqdarında dəyişikliklər edilib.

Belə ki, bankın bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit riskinin miqdarı aşağıdakılardan çox ola bilməz: 

– təminatlı kredit tələbi üzrə – bankın tutulmalardan sonra I dərəcəli kapitalının 25%-dən;

– təminatsız kredit tələbi üzrə – bankın tutulmalardan sonra I dərəcəli kapitalının 10%-dən;

– təminatlı və təminatsız məcmu kredit tələbləri üzrə – tutulmalardan sonra bankın I dərəcəli kapitalının 25%-dən;

– Azərbaycanda fəaliyyət göstərən bank, habelə beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik qeyri-rezident bankın kredit tələbi üzrə – tutulmalardan sonra bankın I dərəcəli kapitalının 20%-dən;

– sistem əhəmiyyətli bankın digər sistem əhəmiyyətli bank üzrə kredit riskinin miqdarı üzrə – tutulmalardan sonra bankın I dərəcəli kapitalının 15%-dən;

– məcmu iri kredit risklərinin miqdarı üzrə – tutulmalardan sonra bankın I dərəcəli kapitalının 8 mislindən.

Kredit risklərinin maksimum miqdarının hesablanmasında aşağıdakı kredit tələbləri nəzərə alınmır: 

– Azərbaycan hökumətinə və Mərkəzi Bankına qarşı tələblər;

– beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “AA-” ölkə (suveren) borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik İƏİT ölkəsinin hökumətləri və mərkəzi banklarına qarşı tələblər;

– banklararası bir günlük əməliyyatlar üzrə tələblər (overnayt / intradey); banklararası təminatlı pul bazarı üzrə tələblər;

– müxbir hesab qalıqları (Azərbaycanda fəaliyyət göstərən banklar, habelə beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik banklar olduqda).

Qeyd edək ki, hazırda isə bankın bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit riskinin miqdarı aşağıdakılardan çox ola bilməz: 

– kredit tələbi üzrə təminatın bazar dəyəri təmin etdiyi öhdəlik məbləğinin 100%-dən, təminat daşınmaz əmlak olduqda isə 150%-dən az olmadıqda – bankın I dərəcəli kapitalının 20%-dən;

– kredit tələbi üzrə təminatın bazar dəyəri təmin etdiyi öhdəlik məbləğinin 100%-dən, təminat daşınmaz əmlak olduqda isə 150%-dən az olduqda – bankın I dərəcəli kapitalının 7%-dən;

– məcmu iri kredit risklərinin miqdarı – bankın I dərəcəli kapitalının 8 mislindən.

Hazırda qüvvədə olan qanuna əsasən Azərbaycanda, habelə beynəlxalq nüfuzlu reytinq agentlikləri (Standard&Poor`s, Fitch Ratings, Moody`s, bundan sonra – beynəlxalq reytinq agentlikləri) tərəfindən verilmiş minimum “BBB-” ölkə (suveren) borc reytinqinə malik ölkələrdə fəaliyyət göstərən banklar üzrə kredit tələbləri kredit risklərinin maksimum miqdarının hesablanmasında aşağıdakı kimi nəzərə alınır: 

– bir günlük əməliyyatlar üzrə tələblərin (overnayt/intradey) 0%-i;

– banklararası təminatlı pul bazarı üzrə tələblərin 0%-i;

– müxbir hesab qalıqlarının 0%-i;

– müddəti 1 ilə qədər olan tələblərin 25%-i;

– müddəti 1 ildən 3 ilə qədər olan tələblərin 50%-i;

– 3 ildən artıq olan tələblərin 75%-i.

Həmçinin yeni qaydada qeyd olunur ki, xarici valyutada istehlak kreditləri xarici valyutada gəliri olan borcalanlara verilir. Xarici valyutada gəliri olmayan borcalanlara xarici valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda xarici valyutada olan depozitlər (borcalana yaxud üçüncü şəxsə aid) və ya banka girov qoyulmuş bank metalları çıxış etdikdə KTN əmsalı (kreditin təminata olan nisbəti) 90%-dən çox olmadıqda xarici valyutada istehlak kreditləri verilir.

Həmçinin yeni qaydaya əsasən daşınmaz əmlak krediti milli valyutada verilir. Bu zaman KTN əmsalı 70%-dən artıq olmamalıdır.

Yeni qərar bu il dekabrın 29-dan qüvvəyə minəcək.



Xəbərin oxunma sayı : 202




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap