Hülya Avşar gənc qızları qısqandırdı-VİDEO Azərbaycanlı müğənninin hoteldə görüntüləri yayıldı - VİDEO Modelin bikini üstündə pencəyi - Fotosessiya Evlilik üçün oğlundan icazə aldı
Axtar
 
  • / Maqazin / — 30 Yanvar 2019

    Hülya Avşar gənc qızları qısqandırdı-VİDEO

  • / Maqazin / — 29 Yanvar 2019

    Azərbaycanlı müğənninin hoteldə görüntüləri yayıldı - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2019

    Modelin bikini üstündə pencəyi - Fotosessiya

  • / Maqazin / — 08 Yanvar 2019

    Evlilik üçün oğlundan icazə aldı

  • / Maqazin / — 05 Yanvar 2019

    Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar

  • / Maqazin / — 05 Yanvar 2019

    52 yaşı olduğuna inanmaq çətindir - Fotolar


Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq - Ali Baş Komandan

Füzuli Ələkbərovun “qara kassa“sı Heybət İmanov ƏSMM-də “at oynadır“ - Narazılıq

Londona milyonlar yatıran ANARLARIN başı dərddə – Xüsusi komissiya yaradıldı

FETO-çu generalın Bakıdakı əlaqələri araşdırılır - Azərbaycan prokurorluğu Akın Öztürkü istintaqa cəlb etdi

“Sovetski”dəki söküntünün milyonçuya çevirdiyi məmurların adları bilindi – ləqəbi “çəpiş”

“Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır...“ - Prezident İlham Əliyevdən xalqa mühüm mesajlar

Saatda 81 km sürətlə “GƏLƏCƏYƏ GEDƏN” qatarımız – “Dünyada belə sürətlə öyünən ölkə varmı?”

Prezident əmək pensiyaları ilə bağlı dəyişikliyi təsdiqlədi - Yanvarın 1-dən belə hesablanacaq...

Dövlət tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı - Oqtay Şirəliyev “portfel nazirə” çevrilir

İcra başçısının müavini 6.5 milyon manatlıq cinayət işində - İfadə verdi

Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib... - Mərkəzi Kəşfiyyatın “Kölgəsi“ sensasion analiz yaydı

Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma

Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı – 30 milyonu ölkədən kimlər, necə çıxarıblar?

AZAL şefinin təyyarəsi “Abel zolağına“ enir? – Adı dəyişdirilən bank müəmması

“Yanğın işi”nin əsas fiqurantı! – Miryusif Mahmudov 8 il həbs cəzası almışdı…

Tarix 06.12.18, 15:47

Font ölçüsü : - / +
bitmap-img6


2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş, 15 nəfər ölümü, 50 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsinə görə açılmış cinayət işi çərçivəsində həbs olunmuş baş fiqurant  – “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu azadlığa çıxıb.

Bu barədə “AzPolitika.info”ya məlumatlı mənbə xəbər verib.

Məlumatda məhkəmənin qərarı ilə 8 il azadlıqdan məhrum edilmiş Miryusif Mahmudovun bir neçə gün öncə “üçdə birlə” azadlığa çıxdığı bildirilir.

Xatırladaq ki, sözügedən faciə ilə bağlı həbs olunanların arasında ən ağır cəza Miryusif Mahmudova kəsilmişdi. Belə ki, binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov (eləcə də digərləri-müəl.) qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına, qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqda ittiham olunaraq, barəsində 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələrilə 8 il  azadlıqdan məhrum edilmişdi.

london bina yangin

Miryusif Mahmudov isə  özünü təqsirli bilməyərək, hadisənin qəsdən törədildiyini bildirmişdi. O, qeyd etmişdi ki, keyfiyyətsiz məhsul istehsal etmək niyyətində olsaydı, şirkəti öz adına deyil, başqa şəxslərin adına təsis edərdi: “Hadisə baş verən gün günorta yanan binanın qarşısına gəldim. Sonra səhhətim pisləşdi. Yanğın heç vaxt bu şəkildə ola bilməzdi. Yanğın baş verən vaxt mənə xəbər etdilər ki, MTN-dən ofisimizə yoxlama gəlib. Mən dərhal ofisə qayıtdım və gördüm ki, 29 MTN işçisi şirkəti yoxlamağa gəlib. Məni idarəyə dəvət etdilər. Orda ifadəmi aldıqdan sonra prokurorluğa apardılar. Bir az əvvələ qayıtmaq istəyirəm. 2012-ci ildə MTN “Texnikabank”da əməliyyat keçirdi və bizim oradakı bank hesabımızı öyrəndikdən sonra bizə qarşı təqiblər başladı. Bizi MTN-ə dəvət etdilər. 2014-cü ildə mən qəti şəkildə telefonlarımın dinləndiyinə və avtomobilimin izləndiyinə əmin oldum”.

O, Binəqədidəki yanğının təxribat olduğunu deyib: “Mən demirəm ki, bu hadisəni sabiq Milli Təhlükəsizlik Nazirliyi edib, sadəcə, başıma gələnləri danışıram…“

Bununla belə, məhkəmə onu təqsirli bilərək, barəsində 8 il azadlıqdan məhrumetmə cəzası kəsdi. Ancaq ictimaiyyəti bu işdə əsas günahkarın Miryusif Mahmudov olduğuna inandırmaq mümkün olmadı. Hər halda  nə binanın tez alışan “poliuretan” məmulatı ilə üzlənməsinin sifarişini verən, nə də yanğının baş verməsinin günahkarı Miryusif Mahmudov deyildi. Miryusif Mahmudovun şirkəti olmasaydı, binanı bir başqa şirkətə, ucuz başa gəlsin deyə, “poliuretan” məmulatı ilə üzlətdirəcəkdilər.

Ona görə də, 15 nəfərin ölümünə görə məsuliyyətə ilk növbədə məhz binaları “poliuretan” məmulatı ilə üzləməyi sifariş edənlər və buna icazə verən qurumların rəhbərləri cəlb edilməli idi. Ancaq bir çox hallarda olduğu kimi, bu hadisənin də əsas günahkarları “təmiz” qalmağı bacardılar…


AzPolitika.info




Xəbərin oxunma sayı : 502

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda