Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Azərbaycan Mərkəzi Bankından 500 avro nominallı pul nişanı ilə bağlı AÇIQLAMA

Tarix 12.12.18, 15:30

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Mərkəzi Bankı (AMB) son günlər mətbuatda və xəbər portallarında 500 avro nominallı pul nişanı ilə bağlı dərc olunmuş məlumatlarla bağlı açıqlama yayıb.

AMB-dən Trend-ə verilən məlumata görə, Avropa Mərkəzi Bankı 04 may 2016-cı il tarixdə 500 avro nominallı əskinasın istehsalının dayandırılması və 2018-ci ilin sonlarından isə bu nominalın təkrar tədavülə buraxılmaması ilə bağlı qərar qəbul edib.

Bununla əlaqədar, Avropa Mərkəzi Bankının 23 noyabr 2018-ci il tarixli pres-relizinə əsasən Almaniya (Bundesbank) və Avstriya Mərkəzi Bankları tərəfindən 26 aprel 2019-cu il tarixindən (həmin gün daxil olmaqla), Avrozonaya daxil olan bütün digər mərkəzi banklar tərəfindən isə 26 yanvar 2019-cu il tarixindən (həmin gün daxil olmaqla) etibarən 500 avroluq pul nişanının təkrar tədavülə buraxılmasının dayandırılacağı bildirilib.

Buna baxmayaraq, həmin tarixlərdən sonra 500 avroluq pul nişanının tədavüldə qanuni pul vahidi kimi qalacağı, ödəniş və yığım vasitəsi kimi istifadəsinin davam edəcəyi qərara alınıb.

Eyni zamanda, 500 avroluq pul nişanının bütün kommersiya strukturlarının (o cümlədən banklar, ixtisaslaşmış nağd pul təşkilatları, valyuta mübadiləsi büroları və s.) mədaxil və məxaric əməliyyatlarında qalmasına icazə verilib, bütün digər nominallı avro əskinaslar kimi onun da daima öz nominal dəyərini saxlayacağı və müddətsiz olaraq Avrosistemə daxil olan mərkəzi banklar tərəfindən dəyişdiriləcəyi qeyd olunub.



Xəbərin oxunma sayı : 142




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap